Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


ÜÇÜNCÜ FƏSİL İNSANLIĞIN ME᾽YARLARI



Yüklə 2,8 Mb.
səhifə39/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   176

ÜÇÜNCÜ FƏSİL

İNSANLIĞIN ME᾽YARLARI


İnsanın kamilləşmə mərhələsi heyvanlıqdan başlayıb insanlıqda təkmilləşir. Ən əvvəl o, maddi bir cismdir, təkmilləşdirici rolunu oynayan cövhəri hərəkət nəticəsində ruh və ya qeyri-maddi cövhərə çevrilir. İnsan ruhu cismin bətnində doğulub kamala çatır və öz müstəqilliyini əldə edir. İnsan cismi insanlığın inkişaf və təkmilləşməsi üçün bir yuva rolunu ifa edir. Bunu da qeyd etmək lazımdır ki, bu təkmilləşmə prosesi insanın öz ixtiyarı ilə başa çatır. Çünki deyildiyi kimi, insan iki ünsürdən ibarətdir: şəxs və şəxsiyyət; cism və ruh. Ruha bağlı olan məsələlər, cismə aid deyildir. Həmçinin qeyd edildi ki, insan öz-özündən ayrıla bilən yeganə varlıqdır. İnsan öz insanlığını gərək özü əldə etsin. İnsanın insanlığı heç də onun bioloji quruluşu ilə bağlı deyildir. Yə᾽ni insanlıq adlanan bir şey və başqa ifadəylə desək, adamlıq məfhumu insanın cismi quruluşuna aid deyildir.

Sə᾽di deyir:


Təne adəmi şərifəst be cane adəmiyyət

Nə həmin libas zibast nişane adəmiyyət.


Hər bir şəxsə onun insanlığı şərəf bəxş edir. Gözəl paltar, zahiri görünüş heç də insanlıq nişanəsi deyildir. Odur ki, insanı təkcə onun bioloji quruluşuna görə insan adlandırmaq düz deyil. İnsan olmaq bundan başqa bir sıra şeylərin olmasını da tələb edir. «Alim olmaq çox asan, insan olmaq çətindir» kimi ifadələr onu göstərir ki, şəxs doğularkən alim olmadığı kimi, insanlığı da naqis bir formada olur və onu təkmilləşdirmək üçün özü sə᾽y etməlidir.

Məsələ bu mərhələyə çatdıqda «insanlıq necə olur» sualı meydana çıxır. Doğrudur ki, insanlıq məfhumu hətta materialistlər tərəfindən belə inkar olunmur, amma onlar bu məfhumu maddi me᾽yarlarla heç cür izah edə bilməzlər. Bəs insanlığı qiymətləndirmək üçün əsas götürülən me᾽yarlar hansılardır?

Bu sualın cavabında bir neçə mülahizə mövcuddur. Burada onları araşdıracağıq və axırda islam dininin bu məsələyə baxışını təqdim edəcəyik.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin