Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


ƏQLİ MƏ᾽RİFƏTİN ƏSALƏT VƏ E᾽TİBARI



Yüklə 2,8 Mb.
səhifə46/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   176

ƏQLİ MƏ᾽RİFƏTİN ƏSALƏT VƏ E᾽TİBARI


Həkimlərin nəzərincə, insan öz ağlı ilə aləmdə olan həqiqətləri kəşf etməyə qadirdir və ağılla əldə olunan elm əsil, həqiqi və e᾽timad olunası bir elmdir. Çünki ağıl aləm və həqiqətləri necə varsa, o cür də dərk etməyə və özündə əks etdirməyə qadirdir. Ağıl aləmin həqiqi surətini özündə əks etdirə bilən bir qüvvədir.

İMAN — HƏKİMLƏRİN NƏZƏRİNDƏ


Müsəlman həkimlər Qur᾽anda bəyan olunan prinsiplərə əsaslanaraq deyirlər ki, iman, aləmi ümumi şəkildə necə varsa, o cür də tanımaq, həmçinin aləmin mənşə, cərəyan, nəzm və hansı nöqtəyə qayıdacağını bilmək deməkdir. Qur᾽an insanları Allaha, mələklərə və aləmin yaradılışına iman gətirməyə də᾽vət edir. Eləcə də aləmin hər an Allah tərəfindən idarə olunmasına və bütün məxluqatın Onun tərəfindən yaranıb, nəhayətdə Ona qovuşacağına e᾽tiqad bəsləməyə, yə᾽ni mə᾽ada çağırır. Müsəlman həkimlərin nəzərincə, bütün bunları tanımaq və dərk etmək «iman» gətirmək deməkdir. Bunlar həmişə imanı mə᾽rifət, tanımaq, bilmək və hikmətlə bir şey kimi təfsir edirlər. İslam fəlsəfəsi kitablarında (hətta bir qədər ariflərin zövqünə uyğun tərzdə yazılmış Molla Sədranın kitablarında belə) bu məsələyə, yə᾽ni Allaha, Peyğəmbərə, mələyə və mə᾽ada imanın, onları dərk etmək mə᾽nasında olması məsələsi ilə rastlaşırıq. Qısa şəkildə desək, bunların fikrincə Qur᾽anda işlədilən iman sözünün hamısı dərk edib başa düşmək, mə᾽nasını daşıyır.

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin