«Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır».
b) Səbəb və nəticə qanunundan istifadə olunması;
Qur᾽anın, ağılı əsas götürməsinin başqa dəlillərindən biri də məsələləri səbəb və nəticə qanunu əsasında bəyan etməsidir. Səbəb və nəticə qanununun ağıl və təfəkkürün əsaslarından olması mə᾽lum məsələdir. Qur᾽an da bu qanunauyğunluğu e᾽tibarlı sayır və hadisələri onun əsasında izah edir. Qur᾽an səbəb və nəticənin özünü yaradan və bu nəzmin fövqündə dayanan Allahın sözlərini bəyan etməklə yanaşı, aləm və onda baş verən hadisələrin bu məsələ əsasında nizamlanmasını zikr etməkdən də qafil olmamışdır. Misal olaraq bu ayəni nəzərə alaq:
«İnnəllahə la yuğəyyiru ma bi qovmin hətta yuğəyyiru ma biənfusihim».
«...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə [pozmadıqca], Allah da onun tövrüni dəyişməz...». (Rə᾽d-11). Buradan belə bir nəticə çıxır ki, doğrudan da bütün müqəddərat Allahın iradəsilə həyata keçir, amma o, insan müqəddəratını iradə və ixtiyara hakim olan bir iş kimi, onlara icbari olaraq qəbul etdirmir, əksinə onu müəyyən nəzm və qanunauyğunluq əsasında idarə edir.
v) Hökmlərin fəlsəfəsi;
Qur᾽anda ağılın e᾽tibarlı bir sənəd kimi qəbul olunmasının başqa dəlillərindən biri də, onda hökm və göstərişlərin hikmətinin açıqlanması və bə᾽zən də onların hansı səbəb və məsləhət əsasında həyata keçirilməsidir. Üsul alimləri deyirlər ki, məsləhətli və məsləhətsiz olan şeylər hökmlərin silsiləvi illətləri arasında yerləşirlər. Məsələn, Qur᾽an bir yerdə «namaz qılın» deyə buyurur, «Ənkəbut» surəsinin 45-ci ayəsində isə onun fəlsəfəsini açıqlayır:
«İnnəssəlatə tənha ənil fəhşai vəl munkər».
Dostları ilə paylaş: |