Government of Azerbaijan



Yüklə 324,2 Kb.
səhifə1/2
tarix18.12.2018
ölçüsü324,2 Kb.
#86248
  1   2


Azərbaycan Respublikası Hökuməti

Ədliyyə Nazirliyi

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

QÜVVƏDƏN DÜŞMÜŞ SƏNƏDLƏRİN DÖVLƏT REYESTRİNİN FORMALAŞDIRILMASI” ÜZRƏ


TEXNİKİ YARDIM LAYİHƏSİ


Komponent 1 Ölkə: Azərbaycan


Layihənin adı:

“Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması” üzrə Texniki yardım layihəsi


UNDAF Nəticə 3:

BMT-nın inkişafa yardım üzrə çəçivə sənədi

Azərbaycan Respublikası vətəndaş cəmiyyətinin iştirakı ilə və beynəlxalq normalara uyğun olaraq əhalinin sosial cəhətdən həssas qruplarına xüsusi diqqət yetirməklə idarəçilik sistemini təkmilləşdirir




Ölkə Proqramı üzrə

Gözlənilən Nəticə 3.2:

Dövlət qurumlarının müvafiq sahələrdə imkanlarının gücləndirilməsi nəticəsində səmərəliliyin, məsuliyyətin və şəffaflığın artırılması




İcra edən qurum:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



QISA TƏSVİR



Layihənin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübəyə uyğun müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə edərək Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazasının yaradılması, əhaliyə elektron xidmətlərin göstərilməsi zamanı insanlara məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddətdə müəyyən edilməsi və hüquqi qüvvəsini itirmiş sənədlərin qanunsuz istifadəsinin qarşısının alınmasıdır.



Tam büdcə: 2 250 000 ABŞ dolları

- Hökumət 2 000 000 ABŞ dolları

- BMTİP 250 000 ABŞ dolları

- Digərləri:(daxil olan ianələr) 0

Maliyyələşdirilməmiş büdcə 0



Proqramın müddəti: 2011 - 2015

Proqramın tərkibi: İnkişaf üçün İKT

Layihənin adı: “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması”

Layihənin kodu:

Layihənin müddəti: 18 ay

İdarəetmə tədbirləri: NEX






Azərbaycan Respublikası Hökuməti adından
Fikrət Məmmədov

Ədliyyə naziri




Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı adından
Antonius Bruk

Rezident Nümayəndə



__________________________________






________________________________

I HİSSƏ. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ
Azərbaycan Respublikasında dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi və insan inkişafının təmin edilməsi istiqamətlərində çoxsahəli fəaliyyət həyata keçirilir.
Müasir dövrdə iqtisadi yüksəliş informasiya-kommunikasiya texnologiyalarının inkişafı, bununla bağlı təhsilin səviyyəsinin yüksəldilməsi, demokratik idarəetmənin möhkəmləndirilməsi, idarəetmə institutlarının səmərəliliyinin artması ilə bilavasitə əlaqəlidir. Hazırda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının, sosial-iqtisadi problemlərin həllinin, yoxsulluğun azaldılmasının əsas göstəricilərindən hesab olunur. Qeyd edilməlidir ki, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti əsas etibarı ilə onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsindən də asılı olacaqdır.
İnformasiya-kommunikasiya texnologiyalarının yaxşı planlaşdırılması və tətbiqi idarəetmə sahəsində əhəmiyyətli və müsbət nəticələrə gətirə bilər. İnformasiya-kommunikasiya texnologiyaları üzərində qurulmuş sistem və proseslər insanlara göstərilən xidmətlərin keyfiyyət və sayının artmasını, ictimai xidmətlərin səmərəliliyinin yüksəlməsi prosesinin şəffaf həyata keçirilməsini nümayiş etdirir.
Azərbaycan Respublikasında da bu istiqamətdə məqsədyönlü fəaliyyət aparılır və informasiya-kommunikasiya texnologiyaları sahəsi ölkənin inkişaf prioritetlərinə daxil edilmişdir. Modern və çevik idarəetmənin təşkili, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. Ölkənin sürətlə inkişafı informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçiliyində rolunu artıraraq dövlət səviyyəsində yeni layihələrin həyata keçirilməsini zəruri edir.
Həmçinin ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı yaradılmış normativ hüquqi baza dövlət orqanlarının əhaliyə müasir tələblərə uyğun elektron xidmətlər göstərməsi sahəsində geniş imkanlar yaradır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may və 2012-ci il 13 iyul tarixli fərmanları ilə bütün mərkəzi icra hakimiyyəti orqanlarına konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi tapşırılmış, həmin işlərin sürətləndirilməsini və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etmək məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır.
Bu sahədə həyata keçirilən başlıca layihələrdən biri ölkədə elektron cəmiyyətin özəyi olan Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin formalaşdırılmasıdır. Əhali barəsində qanunvericiliklə müəyyən edilmiş məlumatların olmaması və ya onların qeyri-dəqiq olması dövlət siyasətinin müxtəlif sahələrində, ilk növbədə əhalinin sosial müdafiəsində və seçkilər kimi mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsində çatışmazlıqların, vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində hüquq pozuntuları və çətinliklərin ortaya çıxması ilə əlaqədar ölkə vətəndaşları barədə müəyyən edilmiş məlumatlar məcmusunun toplanması məqsədilə 2004-cü il 21 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin yaradılması haqqında” Fərman imzalanmışdır. Ölkə başçısının bu sahədəki tapşırıqların icrası məqsədilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanun, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında” və “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında” əsasnamələr, “Fərdi eyniləşdirmə nömrəsinin verilməsi qaydası”, eləcə də həmin mövzuya aid onlarla digər normativ hüquqi aktlar hazırlanmış və təsdiq edilmişdir.
Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral və 2010-cu il 11 avqust tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007 - 2012 illər üçün” və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün (Elektron Azərbaycan)" dövlət proqramları çərçivəsində əhalinin dövlət reyestrinin xüsusi rolu qeyd olunmuş, onun formalaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması əhəmiyyəti xüsusi olaraq qeyd olunmuşdur.

Əhali barədə vahid məlumat məcmusunun yaradılmasının Azərbaycan üçün vacib əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu fəaliyyətin informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük təcrübəyə malik olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsi məqsədəuyğun hesab edilmiş, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı” layihəsi imzalanmışdır.


2006-2012-ci illəri əhatə edən “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı” layihəsinin üç mərhələsi çərçivəsində əhalinin dövlət reyestrinin formalaşdırılması üzrə bir çox mühüm işlər həyata keçirilmişdir ki, onların nəticəsində əhali barədə aktual məlumatları ehtiva edən vahid informasiya məcmusunun bilavasitə yaradılmasına imkan yaranmışdır. Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin nəticəsi olaraq əhaliyə elektron xidmətlər göstərilməsində müstəsna yeri olacaq beynəlxalq standartlara cavab verən mühüm informasiya sistemi formalaşdırılmışdır.
Göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılmış Əhalinin Dövlət Reyestrinin altsistemi olan Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin də Birləşmiş Millətlər Təşkilatı ilə birgə layihə çərçivəsində formalaşdırılması qərara alınmışdır.
Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə fəaliyyəti bu işlərin qarşılıqlı əməkdaşlıq nəticəsində 2006-cı ildə yaradılan institusional struktur çərçivəsində həyata keçirilməsinə imkan yaradaraq onların xeyli sürətləndirilməsinə xidmət edəcəkdir. Əhalinin dövlət reyestrinin alt-sistemi olan bu məlumat ehtiyatının qurulması üzrə fəaliyyətin eyni icra formatında yerinə yetirilməsi beynəlxalq tender prosedurları əsasında seçilən icraçı təşkilatlar tərəfindən görülən işlərin davamlılığını təmin edəcək, mövcud sistemlərin yenidən öyrənilməsi zərurəti ilə əlaqdar yarana biləcək uzunmüddətli fasilələrin qarşısını alacaq, bu istiqamət üzrə artıq təcrübə yığmış ixtisaslı kadrların potensialından istifadə etmək imkanı verəcəkdir. Bununla yanaşı reyestrin qabaqcıl beynəlxalq standart və normalara uyğun formalaşdırılmasını təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatı vasitəsilə zəngin təcrübəyə malik, yüksək ixtisaslı xarici ekspertlərin ən qısa zamanda və sərfəli qiymətlə cəlb edilməsi mümkün olacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli, 543 nömrəli Fərmanı ilə yaradılmış “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” Azərbaycan Respublikasının vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə məxsus olan qüvvədən düşmüş sənədlər və həmin sənədlərin blankları barədə informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır. Bu informasiya ehtiyatının formalaşdırılmasının məqsədi qüvvədən düşmüş sənədlərin, onların qüvvədən düşməsi səbəblərinin elektron qaydada vahid qeydiyyatının aparılması vasitəsilə həmin sənədlərin qanunsuz istifadəsinin qarşısının alınmasından ibarətdir.
Ötən müddət ərzində Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması üzrə müəyyən işlər aparılmış, o cümlədən informasiya sisteminin qurulması üçün texniki sənədlər hazırlanmış, bəzi avadanlıqlar satın alınmışdır.
İnformasiya texnologiyalarının tətbiqinə ayrılan diqqətin ildən-ilə artması və dövlət orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsi zamanı insanlara məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddətdə müəyyən edilməsinin vacibliyini nəzərə alsaq bu dövlət informasiya ehtiyatının xüsusi əhəmiyyəti vardır. Beləliklə layihə dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektron xidmətlərə keçidin sürətləndirilməsi prosesinə xüsusi töhfə verəcəkdir.

II HISSƏ. STRATEGİYA
Layihənin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübəyə uyğun və müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə edərək Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazasının yaradılması, əhaliyə elektron xidmətlərin göstərilməsi zamanı insanlara məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddətdə müəyyən edilməsi və hüquqi qüvvəsini itirmiş sənədlərin qanunsuz istifadəsinin qarşısının alınmasıdır.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı komponentlər işlənilməlidir:
- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin fəaliyyətini təmin edən xüsusi proqram təminatının tərtib edilməsi;
- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin fəaliyyətini təmin edən avadanlığın müasir tələblərə uyğunlaşdırılması məqsədilə zəruri olan əlavə ehtiyyat hissələrin və lisenziyaların alınması və quraşdırılması;
- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin daxili və idarələrarası rabitə infrastrukturunun qurulması, internet şəbəkəsində mühafizə olunmuş vasitələr əsasında real vaxt rejimində fəaliyyətinin təmin edilməsi;
- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin onun başlıca məlumat mənbələri olan “Əhalinin Dövlət Reyestri” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış sistemləri ilə qarşılıqlı inteqrasiyasının təşkil edilməsi;
- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və onun məlumat mənbələri olan digər dövlət informasiya sistemləri arasında avtomatlaşdırılmış məlumat mübadiləsinin təşkil edilməsi;
- Mövcud olan elektron informasiya ehtiyatlarında hazırda istifadədə olan (yenisi ilə əvəz olunmayan və ya təhvil verilməyən), lakin qanunvericiliklə müəyyən edilmiş əsaslarla hüquqi qüvvəsini itirmiş sənədlər əsasında ilkin məlumat bazasının formalaşdırılması;
- Sorğu əsasında qüvvədən düşmüş sənədlər barədə telefon və qısa mesaj vasitəsilə məlumatlandırma xidmətinin təşkil edilməsi;
- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məkanca kənarda yerləşən ehtiyat surətinin fəaliyyətini təmin edən avadanlığın və lisenziyalaraın satın alınması və quraşdırılması;

- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məkanca kənarda yerləşən ehtiyat surətinin fəaliyyətini təmin edən xüsusi proqram təminatının tərtib edilməsi;


- “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və onun məkanca kənarda yerləşən ehtiyat surəti arasında optik rabitə kanalları əsasında fasiləsiz, dayanaqlı əlaqənin təmin edilməsi.

LAYİHƏ ÜZRƏ NƏTİCƏLƏR VƏ RESURSLAR CƏDVƏLİ


Ölkə / regional / qlobal proqram nəticələri və ehtiyatlar barədə sənəddə göstərilənlərə müvafiq olaraq gözlənilən yekun nəticə:

UNDAF nəticəsi 3. Azərbaycan Respublikası vətəndaş cəmiyyətinin iştirakı ilə və beynəlxalq normalara uyğun olaraq əhalinin sosial cəhətdən həssas qruplarına xüsusi diqqət yetirməklə idarəçilik sistemini təkmilləşdirir



Müvafiq Strateji Yardım Sahəsi: 3.2. dövlət orqanlarında səmərəliliyin, məsuliyyətin və şəffaflığın artırılması

Müttəfiqlik strategiyası: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və digər dövlət qurumları

Layihənin adı və nömrəsi: ”Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması” layihəsi

Gözlənilən yekun nəticə

Nəticə hədəfləri

Göstərilən fəaliyyətlər

Məsul tərəflər

Büdcə

(ABŞ dolları ilə)

Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazası yaradılır, əhaliyə elektron xidmətlərin göstərilməsi zamanı insanlara məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddətdə müəyyən edilməsi təmin edilir və hüquqi qüvvəsini itirmiş sənədlərin qanunsuz istifadəsi mümkün qədər azaldılır

2012-ci il üzrə vəziyyət:


  1. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin 2008-ci ildə satınalınmış avadanlıq kompleksi bir qədər köhnəlmiş, sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatı və rabitə infrastrukturu mövcud deyil.


Görülən işlərin indikatorları:


    1. Layihənin sonunadək “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin fəaliyyətini təmin edən proqram-texniki kompleksi istifadəyə verilir (bəli/xeyir)




    1. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin rabitə infrastrukturu yaradılır (bəli/xeyir)




    1. İnformasiya ehtiyatı ilə qarşılıqlı inteqrasiyası təşkil edilmiş dövlət informasiya sistemlərinin sayı

3.1. Qüvvədən düşmüş sənədlərin ilkin məlumat bazası yaradılır (bəli/xeyr)


4.1. Qüvvədən düşmüş sənədlər barədə telefon və qısa mesaj vasitəsilə məlumatlandırma xidmətindən bəhrələnən insanların sayı (1 ay ərzində orta hesabla)


  1. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məkanca kənarda yerləşən ehtiyat surəti yaradılır (bəli/xeyr)




Nəticə hədəfi 1.

2013: “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin fəaliyyətini təmin edən proqram-texniki kompleksinin tərtib edilməsi

Fəaliyyət 1.1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması məqsədilə 2008-ci ildə satın alınmış server avadanlığının texniki ekspertizasının keçirilməsi və onun müasir tələblərə uyğunlaşdırılması üçün təkliflərin hazırlanması
Tapşırıqların təsviri

  • Beynəlxalq müsabiqə əsasında ekspertizanı keçirəcək mütəxəssisin seçilməsi;

  • Ekspertizanı keçirəcək mütəxəssislə müqavilənin bağlanması;

  • Təkliflərin hazırlanması.


Fəaliyyət 1.2. Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması məqsədilə 2008-ci ildə satın alınmış server avadanlığının müasir tələblərə uyğunlaşdırılması üçün zəruri olan əlavə ehtiyat hissələrinin və lisenziyaların satın alınması və quraşdırılması

Tapşırıqların təsviri

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətlə müqavilənin bağlanması;

  • Avadanlığın və lisenziyaların quraşdırılması və testdən keçirilməsi.


Fəaliyyət 1.3.Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin fəaliyyətini təmin edən xüsusi proqram təminatının tərtib edilməsi
Tapşırıqların təsviri

  • Proqram təminatını tərtib edəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Proqram təminatını tərtib edəcək şirkətlə müqavilənin bağlanması;

  • Tətbiqi proqram təminatının yazılması, quraşdırılması, sazlanması və testdən keçirilməsi;

  • 6 ay ərzində sistemə texniki dəstəyin göstərilməsi, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



737 500


Nəticə hədəfi 2.

2013: “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin rabitə infrastrukturunun qurulması, aidiyyəti dövlət informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyasının təşkili

Fəaliyyət 2.1. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin rabitə infrastrukturunun qurulması, internet şəbəkəsində mühafizə olunmuş vasitələr əsasında real vaxt rejimində fəaliyyətinin təmin edilməsi
Tapşırıqların təsviri

  • Sistemin rabitə infrastrukturunu quracaq şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Sistemin rabitə infrastrukturunu quracaq şirkətlə müqavilənin bağlanması;

  • Sistemin rabitə infrastrukturunun qurulması, sazlanması və testdən keçirilməsi;

  • “AzStateNet” Dövlət İnternet şəbəkəsi çərçivəsində müvafiq surətdə internet qoşulmasının təmin edilməsi;

  • Sistemin internetdə yerləşdirilməsi üçün xüsusi mühafizə olunmuş “AzStateNet” Dövlət İnternet şəbəkəsi çərçivəsində “qov.az” sonluğu ilə elektron ünvanın əldə edilməsi;

  • Sistemin internetdə yerləşdirilməsi və sınaqdan keçirilməsi.


Fəaliyyət 2.2. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin onun başlıca məlumat mənbələri olan “Əhalinin Dövlət Reyestri” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış sistemləri ilə qarşılıqlı inteqrasiyasının təşkil edilməsi

Tapşırıqların təsviri

  • Müvafiq informasiya sistemləri arasında optik rabitə kanalları vasitəsilə yüksək sürətli əlaqənin qurulması, sazlanması və testdən keçirilməsi;

  • Müvafiq informasiya sistemlərinin əlaqəli fəaliyyətini və avtomatlaşdırılmış qaydada qarşılıqlı məlumat ötürülüşünü təşkil edən xüsusi tətbiqi proqram təminatının tərtib edilməsi üzrə işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Sistemlərin əlaqəli fəaliyyətini və avtomatlaşdırılmış qaydada qarşılıqlı məlumat ötürülüşünü təşkil edən xüsusi tətbiqi proqram təminatının tərtib edilməsi üzrə işləri həyata keçirəcək şirkətlə müqavilənin bağlanması;

  • Sistemlərin əlaqəli fəaliyyətini və avtomatlaşdırılmış qaydada qarşılıqlı məlumat ötürülüşünü təşkil edən xüsusi tətbiqi proqram təminatının yazılması, inteqrasiyası və sınaqdan keçirilməsi;

  • 6 ay ərzində sistemə texniki dəstəyin göstərilməsi, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması.


Fəaliyyət 2.3. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məlumat ötürücüləri olan müvafiq dövlət orqanları ilə əlaqəli fəaliyyətinin təşkil edilməsi
Tapşırıqların təsviri

  • Müvafiq orqanların xüsusi kompüter işçi stansiyaların sistemə qoşulması üçün xüsusi mühafizə olunmuş “AzStateNet” Dövlət İnternet şəbəkəsi vasitəsilə sürətli internet əlaqəsinin təşkil edilməsi;

  • Məlumat ötürülüşü üçün xüsusi proqram təminatının müvafiq modulunun quraşdırılması və ondan istifadə edəcək əməkdaşlar üçün təlimlərin keçirilməsi.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



313 400

Nəticə hədəfi 3.

2013: Qüvvədən düşmüş sənədlərin ilkin məlumat bazasının formalaşdırılması;

Fəaliyyət 3.1. Mövcud olan elektron informasiya ehtiyatlarında hazırda istifadədə olan (yenisi ilə əvəz olunmayan və ya təhvil verilməyən), lakin qanunvericiliklə müəyyən edilmiş əsaslarla hüquqi qüvvəsini itirmiş sənədlərin aşkar edilməsi və müvafiq məlumatların Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin məlumat bazasında yerləşdirilməsi
Tapşırıqların təsviri

  • Müvafiq orqanlarda mövcud olan elektron informasiya ehtiyatlarıın strukturunun əldə edilməsi, təhlili və zəruri məlumatların elektron qaydada alınması;

  • Əldə edilmiş elektron məlumatların strukturlaşdırılması, tamamlanması və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin məlumat bazasında yerləşdirilməsi.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



48 000

Nəticə hədəfi 4.

2013: Qüvvədən düşmüş sənədlər barədə telefon və qısa mesaj vasitəsilə məlumatlandırma xidmətinin təşkil edilməsi;

Fəaliyyət 4.1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində saxlanılan informasiyanın əldə edilməsi üçün qısa nömrəli avtomatlaşdırılmış telefon xidmətinin təşkil edilməsi
Tapşırıqların təsviri

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətlə müqavilənin bağlanması;

  • Zəruri avadanlığın alınması, quraşdırılması və testdən keçirilməsi;

  • Tətbiqi proqram təminatının yazılması, sistemə inteqrasiyası və testdən keçirilməsi;

  • Qısa nömrənin alınması.


Fəaliyyət 4.2. Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində saxlanılan informasiyanın əldə edilməsi üçün qısa mesaj xidmətinin təşkil edilməsi
Tapşırıqların təsviri

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətlə müqavilənin bağlanması;

  • Zəruri avadanlığın alınması, quraşdırılması və testdən keçirilməsi;

  • Tətbiqi proqram təminatının yazılması, sistemə inteqrasiyası və testdən keçirilməsi;

  • Mobil rabitə operatorlarından qısa nömrənin alınması.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



82 300

Nəticə hədəfi 5.

2013: “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məkanca kənarda yerləşən ehtiyat surətinin formalaşdırılması, mərkəzi sistemlə sinxron fəaliyyətinin təşkili və fövqəladə hallarda avtomatlaşdırılmış qaydada mərkəzi sistemin bütün funksiyalarının yerinə yetirilməsinin üzərinə götürülməsinin təşkili;

Fəaliyyət 5.1. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məkanca kənarda yerləşən ehtiyat surətinin lisenziyalaşdırılmış əməliyyat sistemlərinin və məlumat bazalarının fəaliyyətini təmin edəcək xüsusi proqram mühitinin alınması
Tapşırıqların təsviri

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək seçilmiş şirkətlə müqavilənin bağlanması;

  • Xüsusi proqram mühitinin alınması və müvafiq avadanlıq üzərində quraşdırılması.


Fəaliyyət 5.2. ““Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məkanca kənarda yerləşən ehtiyat surətinin fəaliyyətini təmin edən xüsusi proqram təminatının tərtib edilməsi
Tapşırıqların təsviri

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətlə müqavilənin bağlanması;

  • Tətbiqi proqram təminatının yazılması, sistemə inteqrasiyası və testdən keçirilməsi;

  • 6 ay ərzində sistemə texniki dəstəyin göstərilməsi, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması.


Fəaliyyət 5.3. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məkanca kənarda yerləşən ehtiyat surətinin lisenziyalaşdırılmış əməliyyat sistemlərinin, məlumat bazalarının, proqram təminatının və şəbəkə infrastrukturunun fəaliyyətini təmin edəcək xüsusi avadanlığın alınması, quraşdırılması və testdən keçirilməsi
Tapşırıqların təsviri

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək seçilmiş şirkətlə müqavilənin bağlanması;

  • Avadanlığın satınalınması, quraşdırılması, əsas sistemə inteqrasiyası və testdən keçirilməsi.


Fəaliyyət 5.4. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və onun məkanca kənarda yerləşən ehtiyat surəti arasında optik rabitə kanalları əsasında fasiləsiz, dayanaqlı əlaqənin təmin edilməsi
Tapşırıqların təsviri

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək şirkətin seçilməsi üçün tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi;

  • Nəzərdə tutulmuş işləri həyata keçirəcək seçilmiş şirkətlə müqavilənin bağlanması;

  • Optik rabitə kanalları əsasında fasiləsiz, dayanaqlı əlaqənin qurulması və sınaq rejimdə yoxlanılması.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



873 500

Nəticə hədəfi 6.

2012: Layihənin ümumi idarə edilməsi

2013: Layihənin ümumi idarə edilməsi

2014: Layihənin ümumi idarə edilməsi və hesabatların hazırlanması


Fəaliyyət 6.1. Layihə çərçivəsində fəaliyyətin təşkil edilməsi, monitorinqin həyata keçirilməsi və hesabatların nəticələr üzrə işlərin idarə edilməsi qaydalarına uyğun hazırlanması
Tapşırıqların təsviri

  • Layihənin gündəlik fəaliyyətlərinin idarə edilməsi

  • Layihəyə dair hesabatların hazırlanması;

  • İllik iş planlarının hazırlanması və büdcənin yenidən nəzərdən keçirilməsi;

  • Nəticələr üzrə işlərin idarə edilməsi qaydalarının müəyyən edilməsi;

  • İnventarizasiyanın aparılması və inventarın saxlanılması;

  • Layihənin beynəlxalq ekspert tərəfindən müstəqil şəkildə dəyərləndirilməsi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



195 300

LAYİHƏNİN İŞ PLANININ BÜDCƏ VƏRƏQİ
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

İl: 2012-2014

Layihənin adı: “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması” üzrə Texniki Yardım layihəsi


Layihənin №si

Gözlənilən nəticələr

Əsas fəaliyyətlər

2012

2013

2014

Məsul tərəfdaş

Fond

Donor

Büdcənin təsviri

ABŞ dolları

IV

I

II

III

IV

I

II






















2012-2014




Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazasının yaradılır, əhaliyə elektron xidmətlərin göstərilməsi zamanı insanlara məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddətdə müəyyən edilməsi təmin edilir və hüquqi qüvvəsini itirmiş sənədlərin qanunsuz istifadəsi mümkün qədər azaldılır


Fəaliyyət 1.1.

X

X
















BMTİP

04000

00012

71300 Yerli məsləhətçilərin xidmətləri

5 000

BMTİP

04000

00012

74200 Audio, video yayım, habelə çap məhsulları üzrə xərclər

1 000

BMTİP

04000

00012

74500 Digər xərclər

500

CƏMİ:

6 500

Fəaliyyət 1.2.







X

X










Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

20 000

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

91 800

BMTİP

04000

00012

72800 İKT avadanlığı üzrə xərclər

7 200

BMTİP

04000

00012

74500 Digər xərclər

3 000

CƏMİ:

122 000

Fəaliyyət 1.3.




X

X

X

X

X




Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

580 000

BMTİP

04000

00012

71300 Yerli məsləhətçilərin xidmətləri

19 000

BMTİP

04000

00012

74500 Digər xərclər

10 000

CƏMİ:

609 000

Fəaliyyət 2.1.




X

X













Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

45 000

Hökumət

30071

01060

72400 Rabitə və audio vizual avadanlıq üzrə xərclər

17 900

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

35 000

BMTİP

04000

00012

74500 Digər xərclər

2 500

CƏMİ:

100 400

Fəaliyyət 2.2.







X

X

X

X




Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

75 000

BMTİP

04000

00012

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

15 000

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

12 000

BMTİP

04000

00012

72400 Rabitə və audio vizual avadanlıq üzrə xərclər

8 000

BMTİP

04000

00012

74500 Digər xərclər

2 000

CƏMİ:

112 000

Fəaliyyət 2.3.




X

X

X

X

X




Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

90 000

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

10 000

BMTİP

04000

00012

74500 Digər xərclər

1 000

CƏMİ:

101 000

Fəaliyyət 3.1.










X

X

X

X

BMTİP

04000

00012

71300 Yerli məsləhətçilərin xidmətləri

45 000

BMTİP

04000

00012

74200 Audio, video yayım, habelə çap məhsulları üzrə xərclər

2 000

BMTİP

04000

00012

74500 Digər xərclər

1 000

CƏMİ:

48 000

Fəaliyyət 4.1.
















X

X

Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

32 000

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

6 000

BMTİP

04000

00012

72400 Rabitə və audio vizual avadanlıq üzrə xərclər

6 300

BMTİP

04000

00012

74500 Digər xərclər

1 000

CƏMİ:

45 300

Fəaliyyət 4.2.
















X

X

Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

30 000

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

6 000

BMTİP

04000

00012

74500 Digər xərclər

1 000

CƏMİ:

37 000

Fəaliyyət 5.1.













X

X

X

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

176 000

BMTİP

04000

00012

71300 Yerli məsləhətçilərin xidmətləri

2 000

BMTİP

04000

00012

74500 Digər xərclər

2 000

CƏMİ:

180 000

Fəaliyyət 5.2.













X

X

X

Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

180 000

BMTİP

04000

00012

71300 Yerli məsləhətçilərin xidmətləri

3 000

BMTİP

04000

00012

74500 Digər xərclər

2 000

CƏMİ:

185 000

Fəaliyyət 5.3.













X

X

X

Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

98 000

Hökumət

30071

01060

72800 İKT avadanlığı üzrə xərclər

385 000

BMTİP

04000

00012

71300 Yerli məsləhətçilərin xidmətləri

8 000

BMTİP

04000

00012

74500 Digər xərclər

2 000

CƏMİ:

493 000

Fəaliyyət 5.4.













X

X




Hökumət

30071

01060

72100 Müqavilə üzrə göstərilən xidmətlər (hüquqi şəxslər tərəfindən)

10 000

Hökumət

30071

01060

72400 Rabitə və audio vizual avadanlıq üzrə xərclər

5 000

BMTİP

04000

00012

74500 Digər xərclər

500

CƏMİ:

15 500

Fəaliyyət 6.1.

X

X

X

X

X

X

X

Hökumət

30071

01060

75100 Ümumi idarəetmə dəstəyi üzrə xərclər

95 300

BMTİP

04000

00012

71400 Müqavilə üzrə göstərilən xidmətlər (fiziki şəxslər tərəfindən)

85 000

BMTİP

04000

00012

72400 Rabitə və audio vizual avadanlıq üzrə xərclər

5 000

BMTİP

04000

00012

72500 Ofis ləvazimatları

4 000

BMTİP

04000

00012

74100 Peşəkar xidmətlər üzrə xərclər

5 000

BMTİP

04000

00012

74500 Digər xərclər

1 000

CƏMİ:

195 300

HÖKUMƏTİN PAYI (ABŞD ilə)

2 000 000

BMTİP-in PAYI (ABŞD ilə)

250 000

ÜMUMİ BÜDCƏ (ABŞD ilə)

2 250 000


III HİSSƏ. İDARƏETMƏ STRUKTURU
A. Milli İcra (NEX). Layihə milli səviyyədə idarə edilir və layihə çərçivəsində eyni zamanda İcraçı Tərəfdaş və Benefisiari kimi çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən icra olunur (Cədvəl A: Layihənin idarəetmə strukturuna baxın). İcra dəstəyi BMTİP ölkə nümayəndəliyi tərəfindən təmin edilir. İcraçı Tərəfdaş kimi Ədliyyə Nazirliyi layihənin ümumi idarə edilməsi üzrə məsuliyyət daşıyır. Bununla yanaşı, Ədliyyə Nazirliyi layihə çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlərin icrasının asanlaşdırılmasını və sürətləndirilməsini, o cümlədən beynəlxalq ekspertlərin işinin təşkilini, aidiyyəti əməkdaşların təlimlərə cəlb edilməsi və layihə çərçivəsində müvafiq məlumatlara və qurumlara çıxışın təmin edilməsini öhdəsinə götürür. BMTİP, BMTİP-in satınalmalar və insan resurslarının idarə edilməsi üzrə qayda və proseduralarına, habelə nəticələrə əsasən idarəetmə qaydalarına uyğun olaraq satınalma və müqavilə məsələləri də daxil olmaqla dəstək və xidmətləri təmin edir.
B. Layihənin idarəetmə strukturu. Layihənin BMTİP-in Nəticələr Üzrə İdarəetmə barədə yeni qaydalarına əsasən idarəetmə strukturu formalaşdırılır. (Cədvəl A: Layihənin idarəetmə strukturuna baxın).

I. Layihə İdarəetmə Qrupu. Layihə İdarəetmə Qrupu layihə çərçivəsində əsas qərar verən orqan kimi çıxış edir, layihə direktoruna rəhbərlik edir və layihəyə edilmiş düzəlişləri təsdiqləyir. Eyni zamanda layihənin monitorinqini, əlaqəndirmə planlarını, mövcud riskləri və əldə edilmiş təcrübənin öyrənilməsi kimi məsələlərin nəzərdən keçirilməsinə və bu sahədə zəruri tədbirlərin görülməsinə nəzarət edir. Layihənin idarəetmə qrupu iki üzvdən ibarətdir:



- İdarəedici (İcraedici Tərəfdaş) - Layihə İdarəetmə Qrupunun işini əlaqələndirir;

- Baş Təchizatçı - BMTİP-in Rezident Nümayəndəsinin müavini tərəfindən icra olunur və ya BMTİP-in inkişaf üzrə məsləhətçisinə həvalə olunur.
II. Layihənin idarə edilməsi. Layihə direktoru layihə çərçivəsində gündəlik fəaliyyəti idarə edir, maliyyə və inzibatı işlər üzrə müvafiq hesabatları təqdim edir, layihənin icrasına görə məsuliyyət daşıyır, illik və rüblük iş planlarına, habelə nəticələrə əsasən idarəetmə standartlarına uyğun fəaliyyət göstərir. Layihə direktoru hər rübdən əvvəl rüblük iş planını hazırlayır və təsdiqlənməsi üçün Layihə İdarəetmə Qrupuna təqdim edir.
III. Layihənin təminatı. BMTİP layihə çərçivəsində nəzərdə tutulmuş işlərin fəaliyyətinin və hədəflərin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə layihənin gedişinə ümumi nəzarət və monitorinq funksiyalarını yerinə yetirməsi üçün inkişaf üzrə məsləhətçisini təyin edir. BMTİP-in inkişaf üzrə məsləhətçisi layihənin mövcud risklər və əldə edilmiş təcrübəyə dair tərtib etdiyi müddəalarını nəzərdən keçirilməsinə və onların layihənin monitorinq və kommunikasiya planına uyğunluğunun təmin edilməsinə görə məsuliyyət daşıyır.
IV. Layihənin dəstəklənməsi: BMTİP öz tərəfindən layihənin icrasına maliyyə və inzibati, o cümlədən təchizat, müqavilələrin bağlanması, səyahətlərin təşkili və ödəmələrin həyata keçirilməsi üzrə dəstək göstərəcəkdir.
V. Ekspert dəstəyi: Layihə çərçivəsində işlərin böyük hissəsinin icrası yerli məsləhətçilər tərəfindən həyata keçirilir, lakin beynəlxalq məsləhətçilər də cəlb oluna bilər. Ekspert müstəqil şəkildə fəaliyyət göstərir, hədəflərin təmin edilməsi istiqamətində görülmüş işləri və nailiyyətləri üçüncü şəxs qismində dəyərləndirir. Bununla yanaşı o BMTİP-ə və Hökumətə layihənin güclü və zəif tərəflərin, o cümlədən layihə hədəflərinin təmin edilməsinə şərait yaradan və maneə törədən faktorların aşkar edilməsində yardım göstərir.
VI. Məşvərət Şurası. Layihənin koordinasiyası, gedişinə nəzarət və şəffaflığın təmin edilməsi üzrə təkliflərin verilməsi, habelə BMTİP tərəfindən təyin edilmiş inkişaf üzrə məsləhətçi ilə birlikdə layihənin inkişafını və rüblük iş planının icrasının yoxlanılması Məşvərət Şurası tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikası Əhalisinin Formalaşdırılması və İnkişaf Etdirilməsi” Layihəsinin səmərəli icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılmış Məşvərət Şurası işini “Qüvvədən Düşmüş Sənədlərin Dövlət Reyestrinin Formalaşdırılması” layihəsi çərçivəsində də davam etdirir.
Cədvəl A. Layihənin idarəetmə strukturu.


C. Layihəyə edilən töfhələr. Layihənin tələb olunan səviyyədə müvəffəqiyyətlə həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti və BMTİP tərəfindən aşağıdakı tövhələr ediləcəkdir:
Hökumətin İştirakı:

  • Layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən 2 000 000 ABŞ dolları məbləğində maliyyə vəsaitin ayrılması;

  • Layihə üzərində çalışan əməkdaşların yerləşdirilməsi məqsədilə ofis yeri və məsləhətçilərin öz missiyalarını yerinə yetirilməsi üçün lazım olan hər bir məlumatdan istifadənin təmin edilməsi. Layihə çərçivəsində təlim məşğələlərinin keçirilməsi üçün xüsusi yer və avadanlıq tələb olunarsa, Hökumət tərəfindən həmin şərait yaradılır və ya layihə tələb olunan müvafiq yeri icarəyə götürmək hüququnu özündə saxlayır;

  • Təlim kurslarının hazırlanmasına ümumi köməkliyin göstərilməsi, o cümlədən BMTİP ilə məsləhətləşmə yolu ilə təlimlərə hansı şəxslərin dəvət edilməsi üzrə təkliflərin verilməsi. Bu şəxslər həm mövcud, həm də gələcək peşəkar vəzifələrində müasir İKT təcrübəsinin fəal tətbiqi sahəsində təcrübəyə malik olmalıdırlar;

  • Münasib milli ekspertlərin müəyyən edilməsi sahəsində köməkliyin göstərilməsi. Bu ekspertlər hökumətin İKT-nın tətbiqi ilə bağlı siyasətinə dair aydın anlayışa malik olmalıdırlar.


BMTİP-in iştirakı:

  • Layihənin həyata keçirilməsinə BMTİP tərəfindən 250 000 ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsi;

  • Layihə çərçivəsində işə cəlb olunan beynəlxalq və yerli məsləhətçilərinin və işçi heyətinin seçilməsi prosesinə yardım göstərilməsi;

  • Satınalmalar prosesinin həyata keçirilməsi;

  • Müəyyən edilmiş beynəlxalq və yerli məsləhətçilərin təlimatlandırılması;

  • Təlim fəaliyyətinin təşkilində, avadanlıq təchizatçılarının seçilməsində və təlim kurslarının tərtibatında iştirak;

  • Layihənin rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində layihənin nəticələrinin keyfiyyətinə nəzarət etmək.


D. Auditlə bağlı məsələlər. Layihə BMTİP/NEX qaydalarına müvafiq olaraq auditor yoxlamasından keçir.
IV HİSSƏ. MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ
Layihəyə baxış üç əsas amil əsasında aparılacaq:
1. Layihənin iş planı və gedişatına dair hesabtlar. Yekun nəticənin əldə edilməsi rüblük, illik və layihənin ümumi iş planında göstərilmiş nəticə hədəfləri, fəaliyyətlər və maddi göstəricilərə uyğun olaraq aparılacaq. Layihənin gedişatına dair hesabatlar layihə çərçivəsində əldə edilmiş nailiyyətləri, həmçinin ləngimələri və ümumi fəaliyyət planından kənara çıxmaları əhatə edir.
2. Fəaliyyətlərin icrası üzrə Layihənin təminatı. BMTİP tərəfindən təyin edilmiş inkişaf üzrə məsləhətçi layihənin inkişafını və rüblük iş planının icrasının yoxlanılmasını həyata keçirəcək, habelə illik iş planına dəyişiklik edilməsinə dair verilmiş təklifləri dəyərləndirəcək və Layihə İdarəetmə Qrupu ilə razılaşdıracaq. Baxışın nəticəsi olaraq Layihənin İnkişaf Hesabatı hazırlanacaq və aidiyyəti üzrə müzakirəyə təqdim olunacaq.
3. Monitorinq və əlaqəndirmə planı. Layihə Monitorinq və əlaqəndirmə planını, habelə risklərə və əldə edilmiş təcrübəyə dair müvafiq müddəaları tərtib edir (BMTİP-in Nəticələrə əsasən idarəetmə prinsiplərinə uyğun olaraq). Bu müddəaların hazırlanması birinci rüblük iş planı ilə eyni zamanda başlanacaq, layihə direktoru tərəfindən icra olunacaq və layihənin təminatının tərkib hissəsi kimi nəzərdən keçiriləcək. Layihə İdarəetmə Qrupu keyfiyyət təminatının yoxlanılmasından irəli gələn tövsiyələri nəzərə alacaq və səmərəlilik, göstəricilərin artırılması və risklərin azaldılması üçün zəruri olan dəyişiklikləri layihəyə təqdim edəcək.

Yüklə 324,2 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin