1. Biohumus 2. Karbamid 3. Kül 4. Peyin 5. Bakterial gübrə
A) 1,3,5 B) 3,4,5 C) 1,4,5 D) 2,3,4
27. Biohumus nədir?
üzvi tullantıları emal edən soxulcanların hazırladığı 1-3mm ölçüdə dənəvər kütlədir.
bitkilərin havasız şəraitdə çürüməsindən əmələ gəlir.
torpaq qarışqalarının hazırladığı dənəvər kütlədir.
bitki və heyvan mənşəli tullantılar.
28. Aşağıdakı fikirlərdən hansı yanlışdır?
Biohumus ən müasir və natural üzvi gübrədir.
Biohumus xəstəlik törədiciləri,alaq otları toxumları olmur.
Biohumus peyinə nisbətən gec təsir göstərir.
Biohumus soxulcanların hazırladığı dənəvər kütlədir.
29. Aşağıdakılardan hansı bakterial gübrədir?
karbamid B) nitragin C) biohumus D) kompost
30. Aşağıda bakterial gübrələr haqqında verilmiş fikirlərdən hansı doğrudur?
tərkibində mikroelementlər, vitamin və antibiotiklər var.
bakterial gübrədə hazır qida maddəsi yoxdur.
ənənəvi bakterial gübrələr karbamid və küldür.
tərkibində humin maddələri var.
31. Aşağıda verilmiş cümlələrdən düzgün olanı seçin.
Üzvi gübrələrin torpağı qida maddələri ilə zənginləşdirməsinə baxmayaraq, onlar torpağın su-fiziki xüsusiyyətlərini pisləşdirir.
Peyinin tərkibində azotla müqayisədə fosfor çox olur.
Bakterial gübrənin tərkibində hazır qida maddələri var.
Üzvi gübrələri torpağa verməklə orada mikroorqanizmlər üçün qida mənbəyi yaradılır və torpaqda mikrobioloji proseslər sürətlənir.
32. ...................... gübrə kimi gülül, at paxlası, noxud, lərgə, lupin, maş lobyası və s. əkilməsi məsləhət görülür. Cümlədə olan boşluğu doldurun.
Yaşıl B) Mineral C) Bakterial D) Göy
33. Peyinin tərkibində faizlə aşağıdakı miqdarda azot, fosfor və kalium var:
50% azot, 25% fosfor (P2O5) və 60% kalium (K2O);
0,5% azot, 0,2% fosfor (P2O5) və 0,6% kalium (K2O)
15% azot, 35% fosfor (P2O5) və 45% kalium (K2O);
0,05% azot, 0,025% fosfor (P2O5) və 0,06% kalium (K2O)
34. Yarım çürümüş peyin quru halda torpağa nə vaxt və necə verilir?
Yayda, yemləmə gübrəsi şəklində
Payızda, toxum səpini ilə birlikdə
Payızda, əsas şum altına
Yazda, toxum səpini ilə birlikdə
3 5. Pomidor bitkisinin meyvəsindəki hansı elementin çatışmazlığının əlamətidir?
kalsium
kalium
maqnezium
bor
36. Yalnız orqanogen elementlərdən ibarət olan düzgün sıranı seçin.
P, K, Mg, Fe
B, Mn, Zn, Na
C, O, H, N, S
C, O, N, P, Na
37. Yalnız makroelementlərdən ibarət olan düzgün sıranı seçin.
C, O, H, N, S
C, O, N, P, Na
B, Mn, Zn, Na
N, P, K, Ca, Mg
38. Əsas gübrələmə nəyə deyilir?
Əgər gübrələr payızda və erkən yazda şum altına verilirsə, bu əsas gübrələmədir.
Əgər gübrələr vegetasiya dövründə kiçik dozalarla verilirsə, bu əsas gübrələmədir.
Əgər gübrələr çiçəkləmə dövründə kiçik dozalarla verilirsə, bu əsas gübrələmədir.
Əgər gübrələr yazda şum altına veriirsə, bu əsas gübrələmədir.
39. Normadan artıq azot gübrəsi istifadə olunduqda məhsulda hansı maddənin miqdarı artır? Hansı ki, bu maddənin məhsulda normadan artıqlığı insan sağlamlığı üçün zərərlidir.
Fosfat B) Nitrat C) Sulfat E) Karbonat
40. Aşağıdakı fikirlərdən hansı doğrudur?
Azot gübrələrinin payızda verilməsi məqsədəuyğundur.
Fosfor və kalium gübrələri asan həll olan gübrələr olub, onların illik normasının hamısı əlavə gübrələmə (yemləmə) şəkilində verilir.
Mineral gübrələr vegetasiya dövründə kiçik dozalarla verilirsə, bu yemləmə adlanır.
Mineral gübrələr vegetasiya dövründə kiçik dozalarla verilirsə, bu əsas gübrələmə adlanır.
41. Kökdənkənar əlavə yemləmə məqsədilə adi superfosfat gübrəsindən 5%-li məhlul (maye gübrə) hazırlamaq üçün nə qədər su və gübrə lazımdır?
50 kq superfosfat və 100 litr su
100 kq superfosfat və 5 litr su
5 kq superfosfat və 100 litr su
0,5 kq superfosfat və 100 litr su
42. Fərz edək ki, hektara 150 kq təsiredici maddə hesabi ilə fosfor verilməsi nəzərdə tutulmuşdur. Bu norma üzrə torpağı 48%-li ikiqat superfosfat gübrəsi ilə gübrələsək, fiziki çəkidə nə qədər gübrə lazımdır?
312,5 kq/ha
350 kq/ha
330 kq/ha
320 kq/ha
43. Fərz edək ki, hektara 200 kq təsiredici maddə hesabi ilə kalium verilməsi nəzərdə tutulmuşdur. Bu norma üzrə torpağı 60%-li kalium-xlorid gübrəsi ilə gübrələsək, fiziki çəkidə nə qədər gübrə lazımdır?
300 kq/ha B) 333,3 ka/ha C) 305 kq/ha D) 340,6 kq/ha
44. Aşağıdakı fikirlərdən hansı doğrudur?
Azotlu gübrələr çətin həll olan olub, onları tam norması ilə payızda şum altına vermək məsləhətdir.
Fosfor və kalium gübrələri asan həll olan gübrələr olub, onların illik normasının hamısı əlavə gübrələmə (yemləmə) şəkilində verilir.
Ammonium-sulfat, ammofos və diammofos kimi gübrələri kalsium sianamid gübrəsi ilə qarışdırmaq olar.
Verilmə vaxtına görə gübrələr səpindən əvvəl, səpin vaxtı və səpindən sonra verilir.
45. Hansı mülahizə səhvdir?
Peyin ........
gec təsir edən gübrədir
uzun müddət təsir edən gübrədir.
Torpağa yazda verilir.
Tədricən çürüyür.
46. Uyğunluğu tapın.
Dostları ilə paylaş: |