3. CAHİLİYYƏT DÜŞÜNCƏLƏRİ
Əli ibn Əbi Talib (ə) İslamı əbədi və dünyamiqyaslı bir din bilirdi və ərəblərin onu irqi bir ayin və ərəb hökumətinin vəsiləsi hesab edəcəyindən həmişə nigaran idi. Bəlkə də fikirləşirdi ki, şəraitin mövcud olmadığını və müxaliflərin əks-təbliğatlarını nəzərə almaqla oğlu olmayan İslam Peyğəmbərinin canişinliyi ilə onun qiyamı tədriclə ata-babalarının dinini tərk və İslamı qəbul etmək istəyən qövmün gözündə “irsi səltənət” və “irqi hökumət” kimi tə`bir edərək, İslamın dünya miqyasında yayılmasına mane olacaqdır.
Məhz bu düşüncəyə görə, Peyğəmbər (s) “Qədir-Xum”da risaləti tamlamaqla bağlı ayə nazil olduqdan sonra, ilk öncə əmisi oğlu Əlinin (ə) canişinlik məsələsini e`lan etdi. O həzrət bilirdi ki, bə`ziləri həsəd və paxıllıq, bə`ziləri nadanlıq, bə`ziləri isə rəyasət və məqam arzusu ilə bu məsələni asanlıqla qəbul etməyəcəklər. Bu təhlükə o yerə gəlib çatmışdı ki, əgər Peybəməbəri-Əkrəm (s) Allah tərəfindən himayə olunmasaydı, “Qədir” hadisəsindən sonra bə`ziləri ona sui qəsd edəcək, ona və İslam ümmətinə çətinliklər törədiləcəkdi.
Bu təsəvvür Həzrətin vəfatından sonra özünü göstərdi. İkinci xəlifə, İbn Abbasla danışıqlarında məhz bu məsələyə toxunaraq dedi: “Camaat Allahın Rəsulunun vəfatından sonra xilafəti siz Əhli-beytdən kənarlaşdırdı. Çünki onlar nübüvvətlə xilafət məqamını yalnız bir xanədana nəsib olduğunu istəmirdilər.”
Bu amildən doğan digər çətin və əzabverici məsələ Əlini (ə) vəzifəpərəstliklə ittihamlandırmaq idi. Hərçənd, hökumət başındakılar çox gözəl bilirdilər ki, Əli ibn Əbi Talib (ə) fikirləşmədən və xilafət məqamını bu sadəliklə əldə etmək ardınca düşməyəcək. Dəfələrlə onu tə`nə ilə incidərək, xilafətə həris olduğunu deyirdilər!1 Elə “səqifə” yığıncağı günlərində də Əbu Übeydə Cərrah o həzrətə “Ey Əbu Talibin oğlu! Sən xilafətə nə qədər hərissən!” – dedikdə, Həzrət cavabında buyurmuşdu: “Allaha and olsun ki, siz daha hərissiniz, halbuki bu mövqedən uzaqsınız. Mən isə ona daha layiq və yaxınam. Mən öz haqqımı tələb edirəm, lakin siz (mənimlə onun) mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, mənə mane olursunuz!”2
Bu dövr ötüb-keçdikdən sonra o həzrət özünü siyasi böhranlardan kənarlaşdırsa da, Müaviyə tərəfindən xəlifələrə qarşı həsəd, ədavət və düşmənçiliklərə məruz qaısada, habelə xəlifə Osmanın öldürülməsinə mane olsa da, bu işdə əlbir olması ilə ittihamlandı.
Dostları ilə paylaş: |