Günəşin və küləyin övladları adlanan



Yüklə 0,56 Mb.
səhifə4/7
tarix10.01.2022
ölçüsü0,56 Mb.
#108372
1   2   3   4   5   6   7
Sami musiqisi….

Sami musiqisi dedikdə ilk olaraq,joik yada düşür.Joik solo vocal musiqi növüdür,bu ifada ifaçılar öz hisslərini təbiətlə harmoniyada çatdırırlar.Belə hesab olunur ki,hər bir əsl Saminin qanında joik oxumaq hissi vardır.Joik oxuyanlar digərləri üçün deyil,məhz özləri üçün bunu edirlər.Joikdə insanlar,heyvanlar,təbiət,gün ,ulduzlar,ay və Şimal işıqları təsvir olunur.Həmçinin məhəbbət,nifrət,həzz,dərd də istisna deyildir.


Müasir joik
Sami musiqiçiləri bu musiqini daha rəngarəng və actual etmək üçün,eksperimantal olaraq joik musiqisini texno və cazz musiqisilə sintez edirlər.Bu yeni tərzin ən tanınmış nümayəndəsi Mari Boine olur.Finnmarkın Karasyok ərazisindən tanınmış ifaçının adı bu gün bütün dünyada məhşurdur.
Təsərrüfat
Şimalda yaşayan Samilər daha çox balıqçılıqla,ovçuluqla məşğul idilər.Onlar qış aylarını sahildə keçirdiklərindən,ərzağa olan tələbatlarını balıq,çay quşları ilə,balinalar ilə ödəməli olurdular.Yayda isə onlar daxili ərazilərə çəkilir,xəzli heyvanları ovlayırdılar.
Maralçılıq təsərrüfatı

Qeyd etdiyimiz kimi,qədim Samilərin həyatında maraların rolu əvəzsiz idi.Belə ki,marallar həm qida,həm də geyim mənbəyi idi.16-cı əsrdən başlayaraq Samilər şəxsi maral sürüləri saxlamağa başladılar.Bu təsərrüfat növü normal həyat üçün ilkin və başlıca şərt hesab olunmağa başlandı.

Aprel və may aylarında yazın gəlişi ilə əlaqədar olaraq maral sürüləri sahil ərazilərə aparılır və bu zaman onlar ətlik və hələ istifadə oluna biləcək sayılaraq 2 qrupa bölünür.Və mütləq olaraq marallar nişanlanmalıydı.Qədim Samilər maralların qulaqlarına onalrın hansı ildə doğulduğunu işarələyirdilər.Hər bir ailənin öz xüsusi işarəsi variydi.

Bu gün Samilərin yalnız 5-10%-i maralçılıq təsərrüfatı hesabına yaşayır.Hal-hazırda 140000-i Finnmark olmaqla Norveçdə cəmi 200000 maral vardır və maralların sürülərini idarə etmək üçün helikopter və motosikletlərdən istifadə olunur.


8 fəsil........

Maralçılıq təsərrüfatı ilə məşğul olan Samilər üçün 4 deyil 8 fəsil mövcuddur.

Qış:Dekabr-Fevral/Mart-Sami ailələri maral sürülərini qış yemi üçün münasib olan meşələrə aparırlar

Yaz-Qış:Mart-Aprel/May-artıma hazır olan maral sürüləri meşələri tərk edir və dağlara çəkilir.

Yaz:May-İyun-dağətəklərində yeni maral balaları doğulana qədər dağlarda qar əriyir

Yaz-Yay:İyun ortaları İyul əvvələrinə qədər-heyvan sürülərinin sakit dövrü hesab olunur

Yay:İyul-Şimal işıqları dövrü başlayır,həmçinin ailələr öz marallarını iadəti üzrə işarələyirlər

Payız-Yay:Avqust-yemlik üçün ayrılan marallar seçilir.

Payız:Sentyabr-Oktyabr15-nə qədər-ailələrin ən məhsuldar balıqçılıq dövrü sayılır.

Payız-Qış:Oktyabrın 15-dən Dekabrın 23-nə kimi-Maral sürüləri dağlardan hələ də yaşıl yem tapmaq mümkin olan bataqlıq ərazilərə aparılır.


Ümumilikdə,istər təsərrüfat,istər məişət,istərsə də geyim sahəsində təbiət Samilərə qarşı çox səxavətlidir.Onlar təbiətdə,təbiətdən və təbiətlə yaşayırdılar.Bir sözlə,onlar təbiət insanları idilər.Bu da Samiləri Sami edən başlıca cəhət idi və məhz buna görə də onlara təbiətin övladları deyirdilər.

Sami adət-anənələri

Sami mərasimlərinin içərisində ən maraqlı hadisələrdən biri Toy mərasimləridir.Toy hər bir Saminin həyatında vacib anlardan biri sayılır.Sami toyları ümumilikdə olaraq Rəngli Təcrübə adlandırılır.Gəlin və bəy “gakti” adlanan milli geyimdə olmalıdırlar,xüsusən gəlin müxtəlif(gümüşlə,bijuteriyalarla) bəzək əşyaları ilə bəzədilmiş şal taxmalıdır.Bəylər isə ipək şarf taxırlar.Hətta Sami miflərinin birində bəyin şarf taxmağının əhəmiyyəti belə izah olunur ki,əgər bəy ipək şarf taxıbsa deməli alənin və müqəddəs xaçın məsuliyyətinə hazırdır.Və onlar milli papaqlar taxırlar,bu papaqlar nəsildən-nəsilə ötürülür.

Mərasim gəlin və ya bəyin evindən başlanır,və kilsəyə qədər davam edir.Belə ki,bütün bu gedilən məsafəni onları özlərinin seçdikləri qız və oğlan köməkçiləri müşayiət edir.

Toy mərasimləri balaca Sami cəmiyyətində ən gözlənilən və sevilən mərasimlərdəndir.Adətən,600-700 qonaq dəvət olunur bu mərasimlərə,amma Kautokeina kimi ərazilərdə hətta say 2000-ə çatır.

Sami adətlərinə qayaüstü rəsmlər çəkmək də daxil olub,bu adət müasir zamanımızda daha çox Sami və Norveç tarixi ilə səsləşsə də,adlansa da,əslində isə öz zamanında qədim Sami adəti olub.Bu rəsmlərə daha çox Altada,Finnmark ərazisində rast gəlmək mümkindir.Təxminən 5000 qayaüstü rəsmlər aşkarlanıb ki,bunların da yaşı təxminən 2500-6200 kimi qiymıtləndirilir.

Altada tapılan qayaüstü rəsmlərdə müxtəlif heyvan,xüsusən maral,ayı,quş,balıq,dovşan və s.,insan və qayıq siluetləri əks olunub.Bu gündə Samilər maraları işarələmə zamanı bu rəsm texnikasından yararlanırlar.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin