GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə42/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
İMİRHƏSƏN – Bolnisi rayonunda kənd adı. Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 13 km şərqdə yerləşir. Bu etnotoponim mürəkkəb struktura malik olan etnonim və antroponim modeli əsasında formalaşmışdır. Etnotoponimin mənası İmir/Eymur tayfasına məxsus olan “Həsənin saldığı kənd” deməkdir.
İNCƏOĞLU – Bolnisi rayonunda kənd adı. Bolnisçayın sol sahilində, rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Mürəkkəb quruluşa malik olan bu etnotoponim “incə” və “oğlu” komponentlərindən ibarətdir. Etnotoponimin birinci komponentində işlənən “incə” sözü qıpçaqların “əncə” tayfasının adı ilə bağlıdır. “Oğlu” sözü isə qohumluq bildirən leksik vahiddir.
İNCƏ – Axalsıx rayonunda 2 kənd adı. Edincə və İncebla. İncə/andja qıpçaq tayfalarından biri olmuşdur. Orta əsrlərdə Gürcüstanda Anca adlı toponim haqqında IX əsrə aid qədim gürcü mənbələrində məlumat verilmişdir.
YAQUBLU – Dmanisi rayonunda kənd adı. Rayon mərkəzindən 3 km qərbdə yerləşir. Etnotoponim kök+şəkilçi modeli əsasında formalaşmışdır. Mənbələrdə göstərilir ki, yaqublular XX əsrin əvvəllərinə kimi Qərbi Azərbaycanda (indiki Ermənistan) yaşamışlar. XX əsrin əvvəllərində milli qırğın zamanı Ermənistan ərazisindəki qədim torpaqlarından didərgin salınmış yaqubluların bir hissəsi Gürcüstana, bir hissəsi isə Azərbaycanın Oğuz rayonuna gəlmişlər. Onlar Ermənistan ərazisindəki yaşadıqları Yaqublu yaşayış məntəqəsinin adını məskən saldıqları kəndə vermişlər.
KOSALAR – Tetri-sxaro rayonunda kənd adı. Xram çayının sağ sahilidə, rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşən bu yaşayış məntəqə adı xəlfəli tayfasının kosalar tirəsinin adı ilə əlaqədardır. Azərbaycanın Ağdam, Qazax, Lerik, Lənkəran, Xocalı rayonlarında Kosalar adlı yaşayış məntəqələri qeydə alınmışdır.
KƏPƏNƏKÇİ – Bolnisi rayonunda kənd adı. Bolnisçayın sahilində, rayon mərkəzindən 6 km şərqdə yerləşir. Erkən orta əsrlərə aid mənbələrdə Kəpənəkçi tayfalarının adı çəkilir. Vaxtilə yapıncı düzəldən adamları kəpənəkçi adlandırırdılar. Kəpənək (yapıncı) termininə Dədə Qorqud dastanında da təsadüf olunur. Azərbaycanın Zaqatala rayonunda da eyniadlı yaşayış məntəqəsi var. XVI əsrin sonunda Gəncənin Yevlax nahiyəsində yaşayan otuzikilər tayfasından biri də Kəpənəkçi camaatı adlanırdı. XIX əsrin əvvəllərində Kaxetiyada Telavi şəhərinin yaxınlığında Kəpənəkçi adlı kənd olmuşdur.
KOLAYIR – Bolnisi rayonunda kənd adı. Xram çayının sahilində, rayon mərkəzindən 17 km qərbdə yerləşir. Etnotoponimik vahidin əsasında “kul/qul” tayfa adı dayanır. XVII əsrin sonlarında “kul” tayfası qarapapaqların tərkibində olmuşdur. Mənbələrin verdiyi məlumata görə, Kolayır kəndi Talıb xanın (Gəncə xanlarından olub) və oğlu Ağası bəyin başçılığı ilə Gəncədən köçmüş əhali tərəfindən salınmışdır.
KEŞƏLİ – Saqareco rayonunda kənd adı. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 37 km qərbdə yerləşir. Mürəkkəb quruluşa malik olan bu etnotoponim “kiş” və “Əli” komponentlərindən ibarət olub. “kiş tayfasına mənsub Əlinin saldığı yurd yeri” anlamındadır.
KASPİ – Gürcüstanda rayon mərkəzinin adı. Kaspi Zaqafqaziyada ən qədim etnoslardan birinin adıdır. Xəzər dənizinin ən çox yayılmış adlarından biri də Kaspidir. Bu tayfanın adı ilk dəfə V əsrə aid olan mənbələrdə çəkilir. Mənbələrdə o da qeyd edilir ki, Kaspi/Kaspiana vilayəti indi Şimali Azərbaycanın Kürün Arazla birləşdikdən sonra Xəzərədək olan hissəsindən cənubda yerləşən dənizətrafı ərazini əhatə edirdi. Şərqi Avropanın cənubunu Yaxın şərq ölkələri ilə birləşdirən ticarət karvan yolu Kaspiana ərazisindən keçirdi. Eranın III əsrindən sonra bu vilayət Bala-Sakan və sonralar həm də Muğan adlanmağa başladı. Mənbələrdə kaspilərin gürcüstan ərazisində məskunlaşması V əsrə aid edilir.
KÜRDLƏR YERİ – Marneuli rayonu ərazisində qeydə alınmışdır. Qədimdə “Kürdlər yeri” adlanan bu ərazidə Zəngəzur qəzasındakı şotlantlı kürd tayfasına məxsus qışlaq yeri olmuşdur. Buna görə də etnotoponim belə adlandırılmışdır.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin