Kitabda aşağıdakı qısaltmalar verilmişdir.
(s.ə.v.) – Səlləllahü əleyhi və alihi və səlləm.
(ə) – Əleyhüssəlam.
(A.o.r.) – Allah ondan razı olsun.
kq – kiloqram.
q – qram.
mq – milliqram.
mmq – mikroqram
mq% - 100 qram məhsulda milliqramla miqdar.
l – litr.
ml – millilitr.
BV – Beynəlxalq vahid.
kkal- kilokalori.
kCoul - kilocoul
MÜSƏLMANIN İNANC TƏMƏLLƏRİ
Müsəlmanlıq iki böyük inanc təməl üzərində qurulmuşdur.
Allahdan başqa ibadət ediləcək Tanrı olmadığı,
Muhəmməd Peyğəmbərin (s.ə.v.) Allah tərəfindən bütün insanlara göndərilmiş bir Peyğəmbər olduğu.
İslam dini bunu bir düstur kimi: - La ilahə illəllah Muhammedin-Rəsulüllah – cümləsində toplamışdır. Bu mübarək cümləni dili ilə söyləyib, qəlbi ilə təsdiq edən bir kəs, İslam Dinini qəbul etmiş olur.
Bu inanca: İman,
İnana da: Mömin – Müsəlman deyilir.
Peyğəmbər Əfəndimiz (s.ə.v.) imana belə tərif vermişdir:
“Aməntü billahi və məlaikətihi və kütübihi və rusulihi vəl-yevmil-axiri və bil-kadəri, hayrihi və şərrihi minallahi Təala vəl-basü badel-mevt. Hakkun əşəhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhammedin abdühü və Rəsulühü.”
1- İman Allahdan başqa bir Tanrı olmadığına, Muhəmmədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna,
2- Allahın mələklərinə,
3- Allahın kitablarına,
4- Allahın bütün Peyğəmbərlərinə,
5- Öləndən sonra dirilməyə (Axirət gününə),
6- Yaxşılıq və pisliyin Allahın təqdiri və yaratmasıyla olduğuna, inanmaqdır.
Bu altı prinsip imanın kökləri, islam inancının təməlidir.
İslam - Allahın və Peyğəmbərinin buyruqlarına inanmaq və boyun əymək, Allaha təslim olmaq, daxili, xarici təmiz, sözü özünə, özü sözünə uyğun olmaq deməkdir.
Allahın və Peyğəmbərin buyruqlarına boyun əyib təslim olana Müsəlman deyilir.
İnsan ağlı ilə, düşüncəsiylə hər nə qədər yaradanına inana bilirsə də, Allahın rizasının, əmr və qadağalarının nədən ibarət olduğunu sezə bilməz.
Bunun üçün Allah Peyğəmbərlərinin vasitəsilə əmr və qadağalarını bildirmiş, insanlara dünya və axirətdə səadətə qovuşan yollarını bəyan etmişdir.
Bildirilən ilahi əmr və qadağaların hamısına “Din” deyilir.
Dinimizin adı İslam dinidir. Bu adı Allah vermişdir. Bunun üçün İslam Dini bir xalqın, bir millətin dini olmayıb, bütün insanların dinidir; son dindir; ağıl və bilik dinidir; əxlaq dinidir; barış və intizam dinidir; inandıqlarını yaşama dinidir.
Mələklərə iman. Allahın müxtəlif yaratdıqları vardır.
Ulu Tanrı mələkləri ayrı-ayrı işlərin meydana gəlməsinə səbəbkar kimi yaratmış, qüvvət və qüdrətini onlarla göstərmişdir. Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil adındakı mələklər, mələklərin Allaha ən yaxın olanları və ən böyükləridir.
Mələklər yerlərdə, göylərdə və yerlə göy arasında, hədsiz, hesabsız olaraq, Allahın əmrlərini yerinə yetirirlər. Saylarını Allahdan başqa heç kim bilməz. Mələklərin böyüklərindən olan Cəbrayıl Allahın Kəlamlarını Peyğəmbərlərə çatdırmaqda vasitəçilik edər.
Dostları ilə paylaş: |