Mövüc (məviz). Qurudulmuş tumlu üzüm bizlərdə mövüc (məviz) adlanır, ərəblər isə ona zəbib deyirlər. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Kim hər gün ac qarına iyirmi bir ədəd qırmızı mövüc yesə, ölüm naxoşluğundan başqa heç bir xəstəliyə tutulmaz”.
Həzrəti-Əli (ə) buyurub: “Mövüc ürəyi möhkəmləndirər, naxoşluqları aparar, nəfəsə xoş ətir verər”.
Başqa bir rəvayətdə deyilir ki, “mövüc insanın qəmini aparar”.
Iydə. Imam Rza (ə) “Səhifə”-sində rəvayət olunur ki, Həzrəti-Əli (ə) qızdırma (malariya) xəstəliyi ilə yatırdı. Rəsuli-Əkrəm (s.ə.v.) buyurdu ki, iydə yesin.
Imam Cəfər Sadiq (ə) cənablarından rəvayət olunur ki, o Cənab (ə) buyurdu: “Iydənin əti bədəndə ət bitirir, tumu sümük yaradır, qabığı dəri bitirir. Bunlardan əlavə olaraq, o böyrəkləri qızdırır, mədəni dəbbağ edir, bəvasir və təqtir (babasil və podaqra) xəstəliklərindən qoruyur, ayaqlara qüvvət verir, Allah-təalanın izni ilə cüzamı qovur”.
Zeytun. Peyğəmbər (s.ə.v.): Zeytun ağacı – mübarək bir ağac nə yaxşı fırçadır! O ağzı xoşiyli edir, dişlərin dibindəki daşları təmizləyir. Zeytun həm mənim, həm də məndən qabaqkı peyğəmbərlərin fırçasıdır.
Imam Sadiq (ə): Zeytun suyu (spermanı) artırır.
“Kafi” - Ibrahim ibn Məhəmməd Zari Bəsri bir şəxsdən, o da Imam Sadiqdən (ə): Biz Həzrətin yanında zeytun haqqında söhbət açdıq. O kişi dedi:
- Zeytun insanda yel yaradır!
Həzrət dedi: “Xeyr, bəlkə yeli qovur”.
“Kafi” - Ishaq ibn Əmmardan və ya başqa birisindən: Imam Sadiqə (ə) dedim:
- Camaat deyir ki, zeytun insanda yeli hərəkətə keçirir.
Həzrət dedi: “Zeytun yeli qovur”.
Imam Kazim (ə): Adəmin (ə) öz oğlu Hibbətullah etdiyi vəsiyyətlərindən biri bu idi ki, zeytun ye. O mübarək ağaclardandır.
Səbzə (göyərti). Hədislərdə varid olub ki: “Süfrələrinizi səbzə ilə ziynətləndirin”.
Başqa bir hədisdə deyilir: “Süfrələrinizi səbzə ilə yaşıllaşdırın, “Bismillah” deməklə o Şeytanı qovar”.
Əhməd ibni Harun nəql edir ki, Imam Rzanın (ə) görüşünə getdim. O Cənab (ə) məni süfrəyə dəvət etdi. Süfrədə səbzə yox idi. O Cənab (ə) əlini çəkdi, sonra buyurdu: “Ya qulam, məgər sən bilmirsən ki, səbzə olmayan süfrədə mən təam yemirəm?”.
Qulam səbzə gətirəndən sonra o Cənab (ə) əlini süfrəyə uzatdı, mən də onunla yeməyə başladım.
Dostları ilə paylaş: |