4-Antizülm hərəkatlar.
Şiə hərəkatlarının formalaşması, onların xəvaricdən fərqli olaraq mötədil mövqeyi kütlənin şiəliyə yönəlməsinin amillərindən biri idi. Zülmə qarşı çıxma amili həm şiə fiqhində, həm də şiələrin həyat tərzində özünü göstərir. Bu müxalifət və mübarizə Əməvi və Abbasi xilafətləri dönəmində də davam etdi.
Əhli-sünnəyə məxsus rical kitablarında fasiq hakimə qarşı mübarizənin qaçılmaz olduğuna etiqad bəsləmək şiəliyin əlamətlərindən biri kimi göstərilir1. Əyyub ibn Mütəvəkkil yazır: “Bir padşah keçirdi. Məşhur şiə Əban ibn Təğlibdən başqa hamı ayağa durdu. Ondan bu hərəkətinin səbəbini soruşduqda dedi: “Quranı təhqir edəcəyimdən qorxdum”.
Zeyd ibn Əli atdığı addımların səbəbəini belə izah edir: “Ey insanlar! Biz sizi Allahın kitabını, Peyğəmbərin (ə) sünnəsini tanımağa sövq edirik. Sizi zülmkarlara qarşı savaşa, zülmə məruz qalanları himayə etməyə, imkansızlara köməyə, beytülmalın ona layiq olanlara verilməsinə və Əhli-beytə kömək etməyə səsləyirik”.
Məsudi Yəhya ibn Zeyd hərəkatını təhlil edərkən yazır: “O, bütün xalqı əhatə edən zülmə qarşı üsyan etdi” 1.
Muxtar kütləni belə səsləyirdi: “Sizi Allahın kitabını, Peyğəmbərin (s) sünnəsini tanımağa, Əhli-beytin (ə) intiqamını almağa, onlara hörmətsizlik edənlərlə savaşa və zülmə məruz qalanları müdafiə etməyə dəvət edirəm”.
Şiəyönlü hərəkatlarda zülmə qarşı mübarizədən başqa Peyğəmbərin (s) sünnəsinə, Qurana sədaqət də özünü göstərir. Bu hərəkatlarda şiə ədəbiyyatı böyük əhəmiyyət daşıyırdı. Kümeyl ibn Zeyd Əsədinin, Seyid Hümeyranın və digər ədiblərin ahəngli, ritmik şeirləri şiəliyin yayılmasına öz töhfəsini vermişdir. Daha çox Əhli-beytin (ə) fəzilətlərini, başına gələn müsibətləri əks etdirən bu şeir nümunələri insanlara böyük təsir bağışlayırdı. Şiəliyə bu vasitə ilə xidmət göstərənlərdən Əlinin (ə) səhabəsi Əli ibn Rafei, İmam Səccadın (ə) və İmam Sadiqin (ə) yetirmələrini göstərmək olar.
Dostları ilə paylaş: |