Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə110/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   106   107   108   109   110   111   112   113   ...   283

Əmindən Vasiqə qədər


(h.c. 232-193)

Harundan sonra Məhəmməd Əmin hakimiyyətə gəldi və dörd ildən çox hakimiyyətdə oldu. Əbu əl-fərəc “Məqatil ət-talibin” kitabında yazır: “Əminin Əli ibn Əbu Talibin (ə) övladlarına qarşı mövqeyi öz sələflərindən fərqlənirdi. Bunun səbəbi isə bu idi ki, Əmin daha çox əyyaş həyatı sürürdü. Sonra da Məmunla müharibə böhranı yaşadı və sonra öldürüldü. Məmun öz qardaşını öldürüb siyasi iqtidari tam ələ aldı və iyirmi il (h. c. 197-218) hakimiyyətdə qaldı. Məmunun hakimiyyəti dönəmində şiələr əksər şəhərlərə nüfuz etdilər. Bu, hətta Məmunun sarayında da özünü göstərirdi. Belə ki, Fəzl ibn Səhl Məmunun vəziri, Tahir ibn əl-Həsən Xüzai isə onun ordu komandanı idi.

Məmun şiələrin çoxluğunu görür və bilirdi ki, şiələr həzrət Rzaya (ə) böyük sevgi, atası Haruna və ondan öncəki hakimiyyətlərə nifrət bəsləyirlər. Elə buna görə də zahirdə özünü şiə kimi, Əhli-beytsevər kimi qələmə verərək kütlənin diqqətini cəlb etmək istəyirdi. Elə buna görə də nifaqla davranır, Əlinin (ə) xəlifəliyini, Əbu Bəkr və Ömərdən üstün olduğu fikrini müdafiə edir, hətta öncə xilafəti, sonra isə vəliəhdliyi İmama (ə) təhvil vermək təklifini önə çəkdi. Lakin onun əsl məqsədi öz hakimiyyətini möhkəmlətmək idi. Sonunda isə İmam Rzanın (ə) zəhərləyərək öldürdü. Bütün bunlara baxmayaraq, şiələrə qarşı bu yumşaq mövqe şiə etiqadının geniş yayılmasına gətirib çıxartdı.

Daha təsirli amillərdən biri də elmi və fəlsəfi kitabların digər dillərdən ərəb dilinə tərcümə edilməsi idi. Bu dövrdə müsəlmanlar rasional biliklərə maraqlarını artırmış və elə buna görə də din və məzhəblərlə bağlı sxolastik məsələlərin müzakirə edilməsinə geniş şərait yaradılmışdı. Şiə alimləri, sxolastlar yaranmış bu fürsətdən istifadə edib Əhli-beyt (ə) məzhəbini təbliğ etməyə başladılar.

Mötəsimin dönəmində də (vəfat-227 h. q.) şiələrlə bağlı siyasi vəziyyət Məmun dövründə olduğu kimi davam edirdi. Onların oxşar tərəfi ikisinin də mötəzilə olması və rasional sxolastik məsələlərə maraq göstərmələri idi. İmam Cavada (ə) ünvanlanan çoxlu sayda dini-sxolastik suallar Mötəsimin dönəmində İmamla (ə) görüşməyin yasaq olmadığını göstərir.1 Əslində Mötəsim İmama (ə) dərin kin bəsləyirdi və həmin kinin təhriki ilə sonunda İmamın (ə) qətlinə fərman verdi. İmamın (ə) şəhadətindən sonra onun dəfn mərasiminə misli görünməmiş insan axını oldu. Mötəsim onlara dəfn mərasimində iştirak etməyi qadağan etmək istədisə də geniş kütlə bu qadağaya məhəl qoymayıb xəncərləri çiyinlərində İmamın (ə) evini əhatəyə aldılar. Bu bir tərəfdən də o dövrdə şiələrin malik olduqları gücü göstərir.1


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin