Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə140/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   136   137   138   139   140   141   142   143   ...   283
2. Məhəmməd Əmmarə;

Məhəmməd Əmmarə də Taha Hüseynin fikirlərini davam etdirərək Abdullah ibn Səba mövzusuna şübhə ilə yanaşır. O, şiəlik və imamət mövzusunda söhbət açdıqda Abdullah ibn Səba ilə şiəlik arasında güman edilə biləcək hər hansı bir əlaqəni rədd edir. Onun qənaətinə görə, şiəlik ideologiyası Hişam ibn Həkəmin dönəminədək bir siyasi firqə kimi fəaliyyət göstərmişdir. Bu firqə xilafət məsələsində Əlinin (ə) hüquqlarını qoruyurdu. Lakin etiqadi kimliyini Cəfər ibn Məhəmməd (ə), atası Baqir (ə) və nəvəsi Rza (ə) vasitəsi ilə əldə etdi. Çünki şiəlikdə nəql olunan hədislərin böyük əksəriyyəti bu imamlardandır"3.

O, bu sözlərindən sonra şiəliyin meydana gəlməsinin Abdullah ibn Səbanın Osmanın xilafətinin son dönəmlərindəki fəaliyyəti ilə bağlı olması ehtimalını qətiyyətlə rədd edir. O, Abdullah ibn Səba adlı bir şəxsin olmadığını sübut etməyə çalışır. Onun fikrincə, belə bir şəxs olmamışdır. İbn Səbanı əhli-sünnə tarixçiləri İslam dünyasında baş verən hadisələri onun boynuna atıb səhabələrin etibarını, müqəddəsliyini qorumaq üçün qondarmışlar. Ona görə də belə bir şəxs olmuşsa da tarixdəki rolu böyük ustalıqla şişirdilmişdir”.

O, sözlərini belə tamamlayır: "Bizim mübahsə obyektimiz şiəliyin yaranma tarixidir. Fikrimizcə, Abdullah ibn Səba deyə birinin məlum dövrdə yaşaması versiyasını qəbul etsək belə bu, şiəliyin həmin dövrdə yaranması deyildir. Çünki şiələr ondan bir rəvayət belə nəql etməmişlər. Elə buna görə də onun yaşadığı dövrü şiəliyin başlanğıc nöqtəsi kimi göstərmək olamaz"4.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin