Haqqin iZİ İLƏ


TƏSDİQ EDƏNLƏRİN FİKİRLƏRİNİN TƏNQİDİ



Yüklə 2,22 Mb.
səhifə148/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   144   145   146   147   148   149   150   151   ...   283

TƏSDİQ EDƏNLƏRİN FİKİRLƏRİNİN TƏNQİDİ


Sənədin zəifliyi

Şiəlik əleyhinə ittihamları təsdiq edənlər Təbəri və digərlərinin nəql etdiyi bir rəvayəti əsas götürürlər. Bu hədis hər biri Seyfə istinad edilən dörd vasitə ilə nəql edilmişdir.



SEYFİN RƏVAYƏTLƏRİNİN QAYNAQLARI


Seyf ibn Ömərin İbn Səba və onun Osmanın qətlindəki rolunu əks etdirən rəvayəti dörd vasitə ilə dörd hədis qaynağından nəql edilmişdir. Hansı ki, digər tarixçilər onlardan, əsasən də Təbəridən götürmüşlər:

1. Təbəri vasitəsi ilə;

O, bu hadisəni (əks etdirən rəvayəti) Sərridən, Sərri Şüeybdən, Şüeyb Seyfdən, Seyf Ətiyyədən, o da Fəqəsidən nəql etmişlər4.



2. İbn Əsakir vasitəsi ilə;

O, Seyf ibn Ömərin Abdullah ibn Səba və tərəfdarları haqqında nəql etdiyi hədisləri "Dəməşq şəhərinin tarixi" (“Tarixi-mədinəti-Dəməşq”) kitabında Təbərinin əsaslandığı sənədlə qeyd etmişdir. O, hədisləri Seyf ibn Ömərə aşağıdakı şəkildə istinad edir.

"Əbu əl-Qasim Səmərqəndi Əbu əl-Həsən Nəqurdan, Əbu əl-Həsən Əbu Tahir Müləxxəsdən, Əbu Tahir Əbu Bəkr ibn Seyfdən, İbn Seyf Sərri İbn Yəhyadan, İbn Yəhya Şüeyb ibn İbrahimdən, Şüeyb ibn İbrahim də Seyf ibn Ömərdən belə nəql edir”. Göründüyü kimi, İbn Əsakir məlum hədisləri Təbərinin əsaslandığı dörd vasitəli sənədlə nəql edir5.

3. Zəhəbi vasitəsi ilə;

O, da Seyf ibn Ömərin hədislərini hicri 35-ci ilin hadisələrini araşdırarkən qeyd etmişdir. O, sözünə belə başlayır. "Seyf ibn Ömər Ətiyyədən, Ətiyyə də Yezid Fəqəsidən nəql etmişdir"6.



4. İbn Əbu Bəkr vasitəsi ilə.

O, “ət-Təmhid vəl-bəyan” kitabının giriş sözündə Seyf ibn Ömər Təmiminin "əl-Fütuh" kitabından hədis nəql etdiyini xatırladır.

Abdullah ibn Səba haqqında söhbət açan digər müəlliflərin hamısı bu dörd vasitə ilə nəql etmişlər. İndi bu müəlliflərin kimlər olduğunu nəzərdən keçirək.

İbn Əbu Bəkr “ət-Təmhid vəl-bəyan" kitabında qeyd etmiş, lakin ondan nəql edən olmamışdır.

İbn Əsakir "Tarixi-mədinəti-Dəməşq" kitabında qeyd etmiş, İbn Bədran, "Təhzibi-Tarixi-Dəməşq" kitabında və Səid əl-Əfqani, "Aişə vəs-siyasə" kitabında ondan nəql etmişlər.

Təbəri "Tarix əl-üməm vəl-müluk" kitabında qeyd etmiş, İbn Əsir "əl-Kamil fi ət-tarix", İbn Kəsir "əl-Bidayə vən-nihayə", İbn Xəldun "Tarixi-İbn Xəldun" kitablarında ondan iqtibas etmişlər.

Şərqşünaslardan Julius Wellhausen "əd-Dövlət əl-Uməviyyə və suqutuha", Johannes Van Vloten "əs-Siyasə əl-ərəbiyyə vəş-şiə", Reynold Alleyne Nicholson "Tarix əl-ədəb əl-ərəbi", Donaldson "Əqidə əş-şiə", Mirxand "Rövzə əs-səfa", Qiyas əd-Din "Həbib əs-Siyər", Həsən İbrahim "Tarix əl-İslam əs-siyasi”, Fərid Vəcdi "Dairə əl-məarif", Əhməd Əmin "Fəcr əl-İslam" əsərlərində qeyd etmişlər. Əbu əl-Fida "Tarixi Əbu əl-Fida", Rəşid Rza "əs-Sünnə vəş-şiə" kitablarında isə İbn Əsirdən iqtibas etmişlər. Zəhəbi məlum hədisi "Tarixi əl-İslam" əsərində qeyd etmiş, lakin ondan nəql edən olmamışdır.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin