a) Sərri ibn Sərri;
Bu şəxs Təbərinin müasiri olmuşdur. Lakin ondan rəvayət nəql edilməmişdir. Heç kim ondan rəvayət nəql edildiyini və ya onun rəvayətçi olduğunu göstərməmişdir. Nəticədə o, " məchul" şəxsdir.
b) Sərri ibn Yəhya;
O, Təbərinin müasiri olmamışdır. Çünki onun vəfat tarixi h. q 162-ci il, yəni Təbərinin dünyaya gəlməsindən əlli yeddi il öncə qeyd edilmişdir. Deməli, rəvayətin sənədində göstərilən Sərri ibn Yəhya ibn İyas ola bilməz. Hər halda o, məşhur hədis rəvayətçisi deyil.
c) Sərri ibn İsmayıl Həmdani Kufi;
Onun haqqında deyilənlər hədislərinin rədd edilməsinə səbəb olacaq faktlardır. Bəziləri onun zəif, "mətruk əl-hədis" (nəql etdiyi hədislər tərk olunan) olduğunu qeyd etmişlər. İbn əl-Mübarək Əbu Davud və Nisai onun "qeyri-siqə" (etimadsız) olduğunu bildirmişlər. İbn Ədi yazır: "Onun yazdığı hədisləri heç kim nəql etmir"1.
ç) Sərri ibn Asim ibn Səhl.
O, Təbərinin müasiri olmuşdur. Çünki onun vəfat tarixi h. q. 258 kimi göstərilmişdir. Buna baxmayaraq, İbn Fəraş onun yalançı, İbn Əidyy isə zəif olduğunu bildirmişdir. Nəqqaş onu hədis saxtakarı adlandırmış, Zəhəbi isə onun qondarma hədislərindən ikisini qeyd etmişdir2.
3. Şüeyb;
O, Şüeyb ibn İbrahimdir. Onun məchul olduğu bildirilir. Zəhəbi yazır: “Şüeyb ibn İbrahim Seyfdən nəql etmişdir. Onun kim olduğu bəlli deyil"3. İbn Üdəyy onun kimliyi məlum olmayan biri olduğunu qeyd etmişdir4.
4. Seyf ibn Ömər;
"Tarixi-Təbəri" və "Lübab əl-ənsab" kitablarında yazıldığına görə, o, Seyf ibn Ömər Təmimi Üsəyyididir5 və Üsəyyid, Ömər Təmimidir6. "Xülasə ət-Təhzib" kitabının verdiyi məlumata görə, o, h. q. 180-ci ildən sonra dünyasını dəyişmişdir. "Təhzib" kitabında verilən digər məlumatda deyilir: "Mən Zəhəbinin xətti ilə onun Harun ər-Rəşidin dövründə öldüyünü oxudum".
Dostları ilə paylaş: |