Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə139/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   135   136   137   138   139   140   141   142   ...   283
3. Abbas Mahmud.

O, "Əqbəriyyəti-Osman" əsərində Osmanın qətlinə toxunaraq bu fitnənin kökündə Abdullah ibn Səbanın və bəzi əhli-sünnə mənsublarının dayandığını qeyd edir.


Şübhə ilə yanaşanlar

1. Doktor Taha Hüseyn Misri;

O, Abdullah ibn Səba haqqında yazır: “Fikrimcə, Abdullah ibn Səba məsələsini bu qədər şişirdənlər özlərinə və tarixə böyük haqsızlıq etmişlər. Çünki çox mühüm tarixi qaynaqlarda Abdullah ibn Səbanın adı belə keçməmişdir. İbn Sədin "Təbəqat", Bəlazurinin "Ənsab əl-əşraf", və s. bu kimi qaynaqlarda onun haqqında hər hansı bir məlumata rast gəlmirik. Bu məsələni yalnız Təbəri Seyf ibn Ömərdən nəql etmiş, digər tarixçilər də ondan götürmüşlər”1 .

O, yazır: "Çox güman ki, Bəni-Üməyyə və Bəni-Abbas dönəmində güclü İslam düşmənləri Abdullah ibn Səba məsələsini şişirtmişlər. Bununla, bir tərəfdən Osman dönəmində baş verən hadisələr üçün İslam və müsəlmanlardan kənar bir səbəb göstərmək istəmiş, digər tərəfdən isə Əli (ə) və şiələrə qarşı əks-təbliğat aparmışlar. Onlar Şiyəliyin bir yəhudi tərəfindən İslama zərbə vurmaq məqsədi ilə yarandığını göstərməyə çalışırlar. Şiəliyin düşmənlərinin irəli sürdüyü bu kimi əsassız ittihamlar olduqca çoxdur”2 .

"Mən Osman dönəmində Abdullah ibn Səba tərəfindən müsəlman cəmiyyətini hədələyən hər hansı bir təhlükə olub-olmadığını bilmirəm. Lakin bunu yəqin bilirəm ki, belə bir təhlükə olmuşsa da onların mübaliğə etdiyi qədər olmamışdır. Osman dönəmində müsəlmanlar bir yəhudinin onların ağlı ilə oynayacaq səviyyədə deyildilər"3.

O, Abdullah ibn Səba haqqında danışarkən tüpikə rastlamış kimi yazır: "Tarixdə Abdullah ibn Səba haqqında heç bir məntiqə sığmayan məqam var. Bu, Əbuzərin də onun tərəfdarı olduğunun, ondan əmr aldığının iddia edilməsidir. Digər təəccüb doğuran ittihamlardan biri də onun Əbuzərə “Müaviyənin Allah əmlakı kimi qələmə verdiyi mallar xalqındır” - deyə tənqid etməsini öyrətməsidir. O, Əbuzəri varlanmış, qızıl-gümüş yığmış insanlara qarşı mübarizə aparmağa, onları cəhənnəmlə qorxutmağa təhrik edirdi.

Mən bu qədər haqsızlıq görməmişəm. Çünki Əbuzərin İslamı yeni qəbul etmiş birinə ehtiyacı yox idi. Əbuzərin, var-dövlət yığıb Allah yolunda xərcləməyənləri cəhənnəm əzabı gözlədiyini ondan öyrənməsinə lüzüm yox idi. Əbuzər İslamı bir çox ənsar və mühacirdən öncə qəbul etmiş və uzun müddət Peyğəmbərin (s) yanında olmuşdu. O, Quranı əzbərləmiş və Peyğəmbər (s) sünnəsinə yiyələnmişdi. Belə olan halda o, İslamın ilkin məsələlərini İslama yeni gələnlərdənmi öyrənməli idi? Abdullah ibn Səbanın Əbuzərlə hər hansı bir əlaqəsi olduğunu və onu öz fikirlərinin təsiri altına saldığını deyənlər həm özlərinə, həm də Əbuzərə qarşı böyük haqsızlıq etmiş və beləcə İbn əs-Səvadı (Abdullah ibn Səbanı) da şişirdərək layiq olmadığı bir məqama yüksəltmişlər”4 .

Taha Hüseyn bu iddianı sübuta yetirmək üçün Əbuzərlə Kəb əl-Əhbar qarşıdurmasını yada salır.

Təbərinin Seyfdən nəql etdiyinə görə, Əbuzər Osmanın yanına gəldi. Kəb əl-Əhbar da Osmanın yanında idi. Əbuzər dedi: “Xalq sırf pis işlər görmür deyə razılaşma. Onları xeyirli işlərə sövq et. Xalq zəkat ödəyirsə, bununla kifayətlənmə. Onları qonşularına, qardaşlarına yardım etməyə vadar et”. Sözünün bu yerində Kəb əl-Əhbar dilləndi: "Zəkatını verənlər vacib vergilərini ödəmiş hesab olunurlar". Onun söhbətə qarışdığını görən Əbuzər əlindəki əsa ilə onun başına elə vurdu ki, başı yaralandı və ona müraciətlə dedi: "Ey yəhudi qadının oğlu! Sənin bu məsələlərdə (şəriət məsələlərində) fikir yürütməyə nə haqqın var?"1

O, əsərinin digər bir hissəsində yazır: "Tarixçilərin İbn Səba mövzusuna bu şəkildə yanaşması göstərir ki, bu, qondarmadır. Bunu şiəliyə müxalif və düşmən qüvvələr qondarmışlar. Onlar bu yolla şiəlikdə yəhudi ünsürünün olduğunu göstərərək öz məqsədlərinə çatmaq istəmişlər. Əgər İbn Səba məsələsinin tarixi bir əsası olsaydı, təbii ki, onun izini Siffeyn döyüşündə, Əlinin (ə) səhabələri xilafət seçimi ilə barışmadıqda və ya bir yeni döyüşün meydana gəlməsində görərdik. Lakin xəvariclə olan döyüşdə belə onun hər hansı bir izinə rast gəlmək olmur. Buna nə ad vermək olar? İbn Səbanın Siffeyndə və xəvariclə döyüşdə olmamasını necə izah etmək olar?

Biz bu iki məsələni yalnız bir yolla həll edə bilərik. Bu, Abdullah ibn Səbanın yalnız uydurma, əfsanə olduğunun üzə çıxarılmasıdır. Əgər tarixdə belə bir şəxs olmuşsa da bəzilərinin şişirtdiyi kimi ittiham olunan cinayətləri törətməmiş, Osmanın qətlində, şiəliyin yaranmasında hər hansı bir rolu olmamışdır. O, şiə düşmənlərinin öz xeyirlərinə istifadə etdikləri bir şəxsdir"2.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin