Seyf ibn Ömərdən öncə yaşamış və ya onun müasiri olmuş tarixçi və rəvayətçilər öz hədislərində və ya yazılı əsərlərində Abdullah ibn Səbanın adını belə çəkməmişlər. Doktor Əbd əl-Əziz Həllabi yazır: "Ürvə ibn Zübeyr (hicri 134), Məhəmməd ibn Müslim ibn Şəhab Zöhri (hicri 134), İbn İshaq (hicri 150), Vaqidi (hicri 207), Xəlifə ibn Xəyyat (hicri 240), İbn Səd (hicri 230) "ət-Təbəqat" əsrində, İbn əl-Həkəm, (hicri 257), "Fütuhi-Misir və əxbarüha" əsərində, Əbu Hənifə Dinəvəri (hicri 282) "əl-Əxbar ət-tival" əsərində, Kindi (hicri 283) "əl-Vülat vəl-qüzat" əsərində, Yəqubi (hicri 292) "Tarix" əsərində, Məsudi (hicri 346) "Tarix" əsərində və hicri üçüncü, dördüncü əsrlərdə yaşamış tarixçilər əsla İbn Səbadan və onun məlum hadisələrdəki rolundan söhbət açmamışlar1.