Haqqin iZİ İLƏ


Tarixi hadisələrin təhrif olunması



Yüklə 2,22 Mb.
səhifə162/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   158   159   160   161   162   163   164   165   ...   283
13. Tarixi hadisələrin təhrif olunması;

Seyf ibn Ömər hər iki kitabında çoxlu sayda hadisələri təhrif etmişdir. Buna misal olaraq, Üsamənin qoşununun göndərilməsi, Səqifə hadisəsi, Malik ibn Nüveyrə ilə bağlı hadisə, Həvəb itlərinin hürməsi və s. tarixi hadisələri göstərmək olar.

Üsamə ibn Zeyd məsələsində o, Əbu Bəkrdən on vəsiyyət nəql etmişdir. Hansı ki, digər tarixçilər bunu Peyğəmbərin (s) Üsaməyə vəsiyyəti kimi qeyd etmişlər3.

Seyf ibn Ömər Səqifə hadisəsi ilə bağlı nəql edir: "Səd ibn Übadə məcburiyyət qarşısında qalıb beyət etdi". O, bunu isbat etmək üçün Səd haqqında digər hadisələrlə bağlı bir çox şeylər uydurur. Bir halda ki, əhli-sünnə tarixçiləri onun əsla beyət etmədiyini qeyd etmişlər. Elə buna görə də onu ailəsindən uzaqda müəmmalı şəkildə öldürüb, cinlər öldürdü deyə şayiə yaydılar.

O, nəql etdiyi bir rəvayətdə Əlinin (ə) beyəti haqqında deyir: "Əli (ə) öz evində idi. Ona Əbu Bəkrin beyət kürsüsünə çıxdığı xəbəri verildi. O, əbasız, tək köynəklə beyət etmək məqsədilə tələsik evdən çıxdı. Çünki o, beyət üçün gecikmək istəmirdi. Nəhayət, Əbu Bəkrə beyət etdi. Sonra onun yanında əyləşdi. Bu zaman onun libasını gətirdilər". Bu, Təbəri və digərlərinin Əlinin (ə) ikrahla beyət etməsilə bağlı nəql etdiklərinin tam əksinədir.

Seyf, Malik ibn Nüveyrə məsələsində özündən bəzi rəvayətlər uyduraraq Xalid ibn Vəlidi ona ünvanlanan tənqidlərdən qurtarmağa çalışır. Digər tərəfdən də Malik ibn Nüveyrə haqqında son dərəcə şübhəli sözlər deyərək onun mürtəd olduğunu isbat etmək istəyir. O, bunu Xalidin adı belə çəkilməyən hədislər vasitəsi ilə oxucuya təlqin edir ki, sonradan oxucu Xalidin törətdiyi cinayətə diqqət yetirməsin və ya Malik ibn Nüveyrəni qətlə yetirməkdə onu haqlı hesab etsin. Bu, məşhur tarixçilərin bəlli məsələ haqqında yazdıqları ilə ziddiyyət təşkil edir. Seyf Xalidin Maliki qətlə yetirməsini bir xəta kimi göstərmək istəyir. Guya Xalidin qoşunu onun kinayəli danışdığını düşünmüş və onu öldürmüşlər. Əgər bu bir xəta olsaydı, nə üçün Xalid, Malikin və onun qəbiləsindən olanların başını nizəyə keçirərək aparılmasını əmr etdi?!

Bunlar yalnız Seyfə məxsus rəvayətlərdir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin