4. “Təhlükəsizlik” hədisi;
Hakim Nişapuri İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ulduzlar insanları (dəryada) azmaqdan qoruyur. Mənim Əhli-beytim isə ümməti ixtilafdan qoruyur. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxarsa, öz aralarında ixtilaflar düşər və şeytan firqəsi sayılarlar”4.
Bu hədisi bir çox əhli-sünnə alimi nəql etmişdir.
5. “Əli (ə) haqq ilədir” hədisi.
Peyğəmbər (s) buyurmuşdur: “Allahın rəhməti Əlinin üzərindən əskik olmasın! İlahi, Əli harada olarsa, haqqı da orada et!”5
Hakim Nişapuri Ümmü-Sələmədən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əli Quran ilə, Quran da Əli ilədir. Bunlar ikisi (Qiyamət günü) hovuzun (Kövsərin) kənarında mənim yanıma gəlincə bir-birindən ayrılmazlar”6.
Bu hədisi iyirmi üc nəfər səhabə və onlarla əhli-sünnə alimi nəql etmişlər. Əhli-beyt (ə) haqqında qeyd olunan bütün ayə və rəvayətlər (hədislər) onların fəzilətini göstərməklə yanaşı, bu fəzilətin yalnız onlara aid olduğunu, onların digərlərindən daha fəzilətli olduqlarını da açıqca isbatlayır. İbn Teymiyyə və digər bir çox əhli-sünnə elm adamlarının etirafına görə, imamət ümmətin ən fəzilətlisinin haqqıdır.
Dostları ilə paylaş: |