Əhli-Sünnəyə görə nicat tapacaq firqə
Əhli-sünnə sözügedən hədislərdəki nicat tapacaq firqəni özünə aid etmiş və özünü nicat əhli hesab etmişdir. Öz iddialarını əsaslandırmaq üçün həmin rəvayətlərin son hissəsini - "mənim və səhabələrimin olduğu inanclar", "camaat", "İslam və camaat" və “böyük bir qrup” ifadələrini sübut göstərmişlər. Aşağıda göstərilən sübutların cavablarını diqqətinizə çatdırırıq:
1. Bu əlavələr ümmətin parçalanması ilə bağlı hədislərin əksəriyyətində yoxdur. Əgər Peyğəmbərin (s) məqsədi onları bəyan etmək olsaydı, bütün hədislərdə deyilərdi. Bütün hədislərdə qeyd olunmadığına görə bəlli olur ki, bu əlavələr rəvayətçilərin öz sözləridir.
2. Yuxarıdakı əlavə izahlar qeyd olunan bütün hədislərin zəif olması nəzərə çarpır. Öncə də buna işarə vurduq.
3. Bir çox ayələrdə çoxluq məzəmmət olunmuş, pislənmiş və bildirilmişdir ki, Allahın çox az bəndəsi şükr edəndir. Buna görə də "böyük bir qrup", "camaat" ifadələrini haqqın meyarı kimi qəbul etmək olmaz.
4. Albani sonunda "mən və səhabələrimin olduğu inanclarda" ibarəsi yer alan hədislər haqqında yazır: "Əqili onu zəif hədislər sırasında qeyd etmişdir. O, bu hədisi Abdullah ibn Süfyan vasitəsi ilə Yəhyadan nəql etmişdir. Əqili demişdir ki, onun hədisini əsas götürmək olmaz".5
5. Bəzi səhih sənədli hədislərdən aydın olur ki, bəzi səhabələrin problemi olmuşdur. Ədalətli olmamışlar. Buna görə də onların hamısını nicat tapacaq firqəyə daxil etmək olmaz.
6. "Müstədrəki-Hakimdə deyilir: "Mənim və səhabələrimin bu gün olduğu (dində) olanlar". Yəni vəfatımdan qabaqkı dövrü nəzərdə tuturam. Bu söz, İslam ümmətinin arasında ixtilaf və təfriqə olacağını göstərir. Məlumdur ki, səhabələr Peyğəmbərin (s) vəfatından sonra əsla hamısı bir qrupu təmsil etməmişlər.
7. Sonunda "camaat" ifadəsi qeyd olunan hədisə gəlincə, "camaat" sözündə məqsəd, hətta az olsa belə haqq əhlidir. Əmir əl-Möminindən (ə) nəql olunan bir hədisdə deyilir: "Camaatdan məqsəd az da olsa haqq əhlidir".6
Abdullah ibn Məsuddan nəql olunur: "Həqiqətən, camaat haqqa müvafiq olanlardır. Hərçənd ki, sən tək olmuş olasan".1
Bunu Quran ayələri də təsdiq edir. Çünki haqqa tapınanların az olduğunu göstərir. Allah-taala buyurur: “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”. 2
Peyğəmbər (s) buyurmuşdur: "İslam qəribcəsinə zühur etdi. Tezliklə qəribcəsinə zühur etdiyi kimi yenə qəribcəsinə geriyə dönəcək. Demək, xoş qəriblərin halına".3
8. "Böyük bir qrup" ifadəsi yer alan hədislər hamısı sənəd baxımından zəifdir. Necə ki, öncə də qeyd etdik.
Dostları ilə paylaş: |