Haqqin iZİ İLƏ


Şeyx Müfidin tərifinə irad



Yüklə 2,22 Mb.
səhifə49/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   45   46   47   48   49   50   51   52   ...   283
12. Şeyx Müfidin tərifinə irad.

Doktor Qifari ardı-arası kəsilməyən əsassız etirazlarını davam etdirərək yazır: “Şeyx Müfidin tərifinə görə, şiəlik yalnız Əli ibn Əbu Talibin (ə) Peyğəmbərin (s) vəfatından öz vəfatına qədər xəlifə olduğuna, digər üç xilafətin yanlış olduğuna etiqad bəsləyənlərə aiddir. Bu mənada şiəlik Peyğəmbərdən (s) sonra yalnız üç səhabəyə aid ola bilər. Onların fikirincə, digər səhabələr kafirdirlər, Peyğəmbər (s) dövründəki müşriklər kimidirlər. Onların hakimiyyəti də küfr hakimiyyətidir. Əli (ə) onların arasında təqiyyə və nifaq pərdəsi altında yaşayırmış. Əliyə (ə), Peyğəmbər (s) səhabələrinə və İslama qarşı bundan böyük cəsarət ola bilərmi?”7



Cavab: Birincisi, şiələr Əlinin (ə) Peyğəmbərdən sonra fasiləsiz imam, xəlifə və vəli olduğunun sübutu üçün Qurana və Peyğəmbər (s) sünnəsinə əsaslanırlar. Onların bu dəlillərə istinadı olduqca aydındır. Bəli, şiələr Əlinin (ə) Peyğəmbərin (s) vəfatından öz vəfatına qədər xəlifə olduğuna inanır və bunu qəbul edirlər.

İkincisi, əgər kimsə kəskin dəlillərlə Peyğəmbərdən (s) sonra Əlinin (ə) Allah tərəfindən imam olduğunu sübuta yetirirsə, təbii ki, nəticə etibarı ilə bu xilafəti qəbul etməyənlər Allahın əmrinə qarşı çıxmış və inad etmişlər. Allaha qarşı çxaraq inad edənlərin hökmü isə olduqca aydındır.

Üçüncüsü, yeri gəldikdə isbat etdiyimiz kimi, imamət dinin təməl prinsiplərindən biridir. Kimsə bu prinsiplərdən hər hansı birini inkar edərsə, digərlərini də inkar etmiş olar.

Dördüncüsü, küfrün bir neçə mərhələsi var. Bəzi mərhələləri insanın yalnız qəlbində olur və müəyyən məsləhətlər nəzərə alındığından üzə çıxmır.

Beşincisi, bəzi rəvayətlərdə qeyd edilən “Peyğəmbərin (s) vəfatından sonra bəzi səhabələr mürtəd oldular (dönük çıxdılar)” hədisində məqsəd Əhli-beytdən (ə) dönməyə və ya mürtədliyin şiddətli və ya zəif olduğuna işarədir.

Altıncısı, Qifari təqiyyəni nifaq kimi açıqlamışdır, bir halda ki, təqiyyənin nifaq olmadığı tam sübuta yetirilmişdir. Təqiyyə Qurana və sünnəyə görə canın, malın, yaxud hörmət-izzətin kafirlərdən və ya əqidəmizə düşmən kəsilən müsəlmanlardan qorunması üçün istifadə edilir.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin