İYİRMİ YEDDİNCİ DƏRS İNSANLAR VƏ PEYĞƏMBƏRLƏR
Müqəddimə;
İnsanların peyğəmbərlər qarşısındakı əks-əməli;
Peyğəmbərlərlə müxalifətin səbəb və illətləri;
Peyğəmbərlərlə qarşılaşma üsulları;
Cəmiyyətin tədbir olunmasında bəzi ilahi sünnətlər.
MÜQƏDDİMƏ
Qurani-Kərim əvvəlki peyğəmbərləri yad edərək onların parlaq və bərəkətli həyatını şərh edərkən, eləcə də onların nurani tarix səhifələrində qəsdən olan və ya qəsdən olmayan təhrifləri paklamaq məqamında ümmətlərin peyğəmbərlərin dəvətləri müqabilində göstərdikləri əks-əməli bəyan etməyə çox diqqət yetirmişdir. Bir tərəfdən camaatın o ilahi peyğəmbərlər qarşısında sərt mövqe tutmaları, onların müxalifətlərinin səbəb və amillərini araşdırır, digər tərəfdən isə peyğəmbərlərin insanları hidayət və tərbiyə etmə üslubları, onların küfr, şirk və inhiraf amilləri əleyhinə mübarizələrinə işarə edir, həmçinin cəmiyyətin idarə olunmasında ilahi sünnətləri, xüsusilə camaatın peyğəmbərlər müqabilindəki rabitə nəzərindən xatırladır ki, onların hamısı çox ibrətli dərslərdir.
Bu kimi bəhslərin etiqadi və kəlam məsələləri ilə bir başa əlaqədar olmamasına baxmayaraq nübuvvət məsələləri ilə əlaqədar aydınlaşdırıcı xislət baxımından, bu barədə olan çoxlu müəmmaları və anlaşılmazlıqları aradan qaldırıdığına görə, həm də insanlara təlim verib onların ruhiyyəsini qurmağın əhəmiyyəti, mühüm tarixi hadisələrdən ibrət almağın əhəmiyyəti baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Buna görə də bu dərsdə onların ən mühümlərini qeyd edəcəyik.
CAMAATIN PEYĞƏMBƏRLƏR QARŞISINDAKI ƏKS-ƏMƏLLƏRİ
İlahi peyğəmbərlər qiyam edərək camaatı yeganə Allaha pərəstiş edib onun göstəriş və əmrlərinə itatə çağırdıqda1 eləcə də bütlərdən batil məbudlardan bezarlıq edib şeytan və tağut qüvvələrdən çəkinmək, zülm, fəsad, günah və çirkin işləri tərk etmək qarşısında dəvət etdikləri zaman ümumiyyətlə camaatın müxalifət və inkarları ilə qarşılaşırdılar.2 Xüsusilə dünya həyatında eyş-işrətlə məşğul olan, dünya malına, öz elm və biliklərinə məğrur olan cəmiyyətin sərvətliləri, yaxud hakimləri çox ciddi şəkildə onlarla mübarizə aparırdılar.3 Bunlar öz ardınca müəyyən xalq kütlələrini də çəkir və onları haqq yoluna getməkdən saxlayırdılar.4 Tədricən əksər hallarda cəmiyyətin məhrum təbəqəsi olan az bir qrup peyğəmbərlərə iman gətirirdilər.5 Çox az hallarda müəyyən bir cəmiyyət düzgün əqidə, haqq-ədalət meyarlarına uyğun, Allahın və peyğəmbərlərin fərmanlarına müti olan bir halda təşkil olunrdu. Belə ki, misal üçün həzrət Süleymanın dövründə belə bir hakimiyyət təşkil olunmuşdur. Peyğəmbərlərin təlimlərindən bir qisminin tədrici olaraq cəmiyyət mədəniyyətinə nüfuz etməsinə, bir cəmiyyətdən digər cəmiyyətə nəql olunmasına və bəzi hallarda küfr başçılarının ibtikarları kimi təqdim olunan nüfuz edən nüfuz edirdi. Belə ki, dünyanın hüquq sistemlərinin çoxu asimani şəriətlərdən əxz olunmuşdur və onun mənbəyini qeyd etmədən öz fikir və rəyləri kimi təqdim etmişlər.
PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFƏTİN SƏBƏB VƏ QƏRƏZLƏRİ
Peyğəmbərlərlə müxalifət həvayi-nəfsə itaət və etmək və açıq-saçıqlığa meyl kimi ümumi bir məqsəddən əlavə1 digər səbəbləri də olmuşdur. O cümlədən bəzilərinin qürur və təkəbbürləri və özünü hamıdan üstün hesab etməsi (istikbar) olmuşdur ki, bu da əksər hallarda cəmiyyətin varlıları arasında büruz edirdi.2 Digər səbəblər isə ata-babalarının yanlış sünnətlərinə vəfadar qalmaq, onların təəssübünü çəkmək, müxtəlif cəmiyyətlər arasında yaranan yanlış dəyərlərdən ibarət idi.3
Həmçinin iqtisadi mənbələri və ictimai məqam və mövqeyin qorunub saxlanılması sərvətlilər, hökmranlar və alimlər üçün güclü bir məqsəd idi.4 Digər tərəfdən xalq kütlələrinin cəhaləti və məlumatsızlığı onların küfr başçıları tərəfindən aldadılmasında, cəmiyyətin əksəriyyətinə və böyüklərinə tabe olmaqda böyük bir amil idi ki, bu da öz yanlış təsəvvürləri ilə ürəklərinə təskinlik vermələrinə səbəb olurdu, azacıq şəxslərdən başqasının qəbul etmədiyi ayinə iman gətirməkdən imtina edirdilər. O da əksərən ictimai baxımdan yüksək mövqeyə malik olmayan, cəmiyyətin böyükləri və əksəriyyət təşkil edən şəxslər tərəfindən qoyulan şəxslər iman gətirirdi. Eləcə də hakim təbəqənin və zorakıların göstərdiyi təziqləri də nəzərdə qaçırmaq olmaz.1
PEYĞƏMBƏRLƏRLƏ QARŞILAŞMA ÜSLUBLARI
Peyğəmbərlərin müxalifləri onların işinin irəliləməsinin qarşısını almaq üçün müxtəlif mübarizə üslublarından istifadə edirdilər:
a) Təhqir və istehza. İlk əvvəldə müəyyən bir qrup ilahi peyğam gətirən şəxsin şəxsiyyətini istehza, məsxərə vasitəsilə əzmək istəyirdilər2 ki, xalq kütlələri onlara qarşı etinasız olsunlar.
b) İftira və yersiz nisbətlər. Daha sonra iftira və yalan əl atır, onlara yersiz nisbətlər verirdilər. O cümlədən peyğəmbərləri səfeh və dəli adlandırırdılar.3 Onlar möcüzə göstərdikdə isə sehkarlıq, cadugarlıq və göz bağlayıcıqla müttəhim olurdular.4 Elə ki, Allahın buyurduğu xəbərləri əsatir və əfsanə hesab edirdilər.5
v) Yersiz mübahisələr və müvalitə. Allahın elçiləri hikmət və bürhan əsasında olan bürhanla danışdıqda, yaxud gözəl cədəl üslubundan istifadə edərək söhbət etdikdə, yaxud camaata moizə və öyüd-nəsihət verdikdə yaxud da küfr, şirk və tüğyanın acı nəticələri barəsində xəbərdarlıq verdikdə, Allaha pərstiş etməyin gözəl faydalarını xatırlatdıqda, möminləri və salehləri dünya və axirət səadətini müjdə verdikdə, küfr başçıları camaatı onların sözlərinə qulaq asmaqdan çəkindirir və sonra çox zəif məntiqlə onlara cavab verir və çalışırdılar ki, camaat kütlələrini bəzədilmiş sözlərlə aldatsınlar.1 Onları peyğəmbərlərə tabe olmağın qarşısını alır və əksər hallarda ata-babalarının keçmiş adət-ənələrinə istinad edirdilər.2 Özlərinin mal-dövlətlərini və iqtisadi inkişaflarını onların üzünə çəkir, peyğəmbərlərin ardıcıllarını maddi çətinlikdə, gerilikdə və zəiflikdə olmalarını onların rəftar və əqidəsinin düzgün olmasına bir əsas gətirirdilər.3 Müəyyən bəhanələri gətirirdilər misal üçün deyirdilər ki, nə üçün Allah öz rəsul və peyğəmbərlərini mələklərin arasından seçməmişdir? Nə üçün onunla yanaşı bir mələyi göndərməmişdir? Yaxud nə üçün onları böyük maddi və iqtisadi imtiyazlarla bəhrələndirməmişdir?4 Bəzi vaxtlarda onların inadkarlıqları elə bir həddə çatırdı ki, deyirdilər: Biz o vaxt iman gətirərik ki, özümüzə vəhy olunsun, yaxud Allahı gözümüzlə görək və arada heç bir vasitə olmadan onun sözlərini eşidək.1
q) Təhdid və mal-dövlət təklifi vermək. Qurani-Kərimdən çoxlu ümmətlərdən nəql olunan digər bir üslub budur ki, Allahın peyğəmbərlərini və onların ardıcıllarını cürbəcür işgəncələrlə, şəhərdən çıxartmaqla, diyarından və vətənindən sürgün etməklə, daşqalaq edib öldürməklə təhdid edirdilər.2 Digər tərəfdən də onları mal-dövlətlə tamahlandırırdılar, xüsusilə çoxlu miqdarda mal-dövlətin sərf edilməsi camaatın peyğəmbərlərə tabe olmasına mane olurdu.3
e) Kobud rəftar və qətl. Nəhayət onların peyğəmbərlərin səbr, müqavimət və dözümlülüyünü gördükdə4 eləcə də peyğəmbərlərin həqiqi ardıcıllarının ciddi və dözümlü olduğunu gördükdə, gördükləri tədbirlərin və əks təbliğatların təsir qoyacağından ümidsiz olduqda öz təhdidlərini əməli olaraq həyata keçirmək və çox xüşunətli əməl görməyə başlayırdılar, belə ki, peyğəmbərlərin çoxunu qətlə yetirmişdilər5 və insan cəmiyyətini belə bir böyük ilahi nemətlərdən, ən səlahiyyətli və ləyaqətli islahatçılardan, ictimai rəhbərlərdən məhrum edirdilər.
Dostları ilə paylaş: |