Hdcjwgghp Lxsfhp Dcbvx


ALTINCI DƏRS ALLAHI TANIMAĞIN SADƏ YOLU



Yüklə 2,89 Mb.
səhifə6/28
tarix03.01.2019
ölçüsü2,89 Mb.
#89430
1   2   3   4   5   6   7   8   9   ...   28

ALTINCI DƏRS

ALLAHI TANIMAĞIN SADƏ YOLU


Allahı tanımağın yolları;

Sadə yolun xüsusiyyətləri;

Tanış nişanələr.

ALLAHI TANIMAĞIN YOLLARI


Mütəal Allahı tanımaq üçün çoxlu yollar mövcuddur ki, müxtəlif fəlsəfə və kəlam kitablarında, dini rəhbərlərin sözlərində, eləcə də asimani kitablarda onlara işarə edilmişdir. Bu dəlil və bürhanlar bir-biri ilə müxtəlif cəhətlərdən fərqlənirlər: Məsələn, onların bəzilərində hissi və təcrübi müqəddimələrdən istifadə olunur, halbuki digərləri sırf əqli müqəddimələrdən təşkil olunmuşdur. Bəziləri birbaşa hikmətli Allahı isbat etmək məqsədi güdür, halbuki bəziləri yalnız varlığı başqasının varlığından asılı olmayan bir vücudu (Vacibül-vücud) isbat etmək istəyir və onların sifətini tanımaq üçün başqa dəlillər gətirmək lazımdır.

Bir nəzərdən Allahı tanımaq dəlillərini çayın üstündən keçmək üçün qoyulan müxtəlif körpülərə oxşatmaq olar: Onların bəziləri çayın üzərinə salınan sadə taxta körpüdür ki, yüngül şeylər oradan asanlıqla keçərək tez bir zamanda öz məqsədinə çata bilər. Bəziləri isə ağır və uzun körpülərə bənzəyir ki, onların da möhkəmliyi daha artıqdır, lakin bunların yolu bir qədər uzadır. Bəziləri də əyri-üyri dəmir yolları kimi çoxlu yüksəkliyə, alçaqlığa, böyük tunellərə malikdir ki, ağır qatarların keçməsi üçün nəzərdə tutulmuşdur.

Sadə zehnə malik olan bir şəxs Allahı çox sadə yollarla tanıyaraq Ona bəndəçilik edə bilər. Amma üzərinə şübhələrdən ibarət olan ağır bir yük götürən şəxs daş körpüdən keçməlidir, nəhayət həddindən artıq şübhələr və vəsvəsələr yükünü daşıyan bir şəxs də çox möhkəm bünövrəsi olan yollardan keçməlidir, onun hətta çoxlu əyrilikləri, eniş-yoxuşları olsa da belə.

Biz ilk növbədə Allahı tanımağın sadə yolunu, sonra da orta səviyyəli bəyan edəcəyik. Lakin çoxlu mürəkkəb fəlsəfi məsələlərin həll olunmasını tələb edən mürəkkəb yolları da o kəslər ötməlidir ki, onların zehnləri çoxlu şübhələrlə qarışmış olsun, yaxud şübhələri təmizləmək və yoldan azmış şəxslərə nicat vermək istəsinlər.


SADƏ YOLUN XÜSUSİYYƏTLƏRİ


Allahı tanımağın sadə yolunun müəyyən imtiyaz və xüsusiyyətləri vardır ki, onların ən mühümü aşağıdakılardır:

1-Bu yolun mürəkkəb və ixtisaslı müqəddimələrə ehtiyacı yoxdur və bu barədə mümkün olan ən sadə bəyanı irəli çəkmək olar. Buna görə də məlumat səthinin hansı səviyyədə olmasından asılı olmayaraq bütün insanlar üçün dərk olunası bir tərzdədir.

2-Bu yol insanları birbaşa elmli, qüdrətli və yaradan Allaha doğru hidayət edir, amma çoxlu fəlsəfi və kəlami bürhanlarda bunların əksinədir. Belə ki, onlarda ilk növbədə Vacibül-vücud ünvanlı bir varlıq isbat edilir, onun qüdrət, hikmət, elm, xaliqiyyət, rübubiyyət və s. kimi digər sifətləri də başqa dəlillərlə isbat olunmalıdır.

3-Bu yol hər şeydən artıq fitrəti qəflətdən oyatmaq, fitri mərifəti agahlığa çatdırmaq rolunu ifa edir, onun barəsində diqqət yetirmək nəticəsində insanda irfani bir halət yaranır ki, sanki varlıqların yaradılıb idarə olunmasında Allahın qüdrətini, onun fitrətinə ilk əvvəldən tanış olan qüdrəti müşahidə edir.

Dini rəhbərlər və asimani dinlərin başçıları da bu yolu məhz adi camaat kütlələri üçün seçmiş, hamını bu yoldan istifadə etməyə dəvət etmişlər, başqa üslubları, ya xüsusi şəxslərə məxsus etmişlər, yaxud da maddi fəlsəfəçilər və dinsiz alimlərlə bəhs aparıb höcətləşmə məqamında bundan istifadə etmişlər.

TANIŞ NİŞANƏLƏR


Allahı tanımağın sadə yolu Allahın kainatdakı nişanələri barədə dərindən fikirləşmək, Quranın təbiri ilə desək “ilahi ayələrdə təfəkkür”dən ibarətdir. Sanki yerdə, göydə və insanın varlığında olan hər bir şey tanış olan bir məqsədin nişanəsidir və qəlbin oxunu hər bir yerdə və həmişə hazır olan varlıq mərkəzinə doğru istiqamətləndirir.

Əlinizdəki kitab da Onun nişanələrindən biridir. Məgər onu oxumaqla agah və hədəfli bir yazıçı ilə tanış olmursunuzmu? Heç bu kitabın bir sıra hədəfsiz və maddi reaksiyalar nəticəsində yaranmış olmasını və onu yazanın da heç bir hədəfi olmamasını ehtimal vermirsinizmi? Bir şəxsin bir neçə yüz cilddən ibarət olan enskilopediyanın bir filiz mədənində baş verən parltayış nəticəsində yaranmasını güman etməsi səfehlik deyilmi?! Belə ki, onun zərrələri hərflər şəklinə düşmüş olsun, kağız parçaları ilə təsadüfi toqquşma zamanında yazıları vücuda gətirsin və sonra kağızlar təsadüfü olaraq tənzim olunub cilidlənmiş olsun?!

Bu böyüklükdə aləmin içində mövcud olan məlum olan və naməlum qalan hikmət və sirlərlə belə kor-koranə, təsadüf üzündən yaranmasını qəbul etmək yuxarıdakı təsəvvürdən minlərlə qat axmaqcasınadır!

Bəli, hər bir hədəfli nəzm, hədəfli nəzm edənin bir nişanəsidir və belə nəzmlər dünyanın hər bir yerində müşahidə olunur, hamısı külli bir nizamı təşkil edir ki, hikmətli yaradan onu vücuda gətirmiş və həmişə Onun Öz əli ilə idarə olunmuşdur.

Bağda mövcud olan və torpağın, gübrənin arasından cücərən gül budağı rəngarəng çöhrələr və ətri ilə zahir olmuşdur. Kiçik bir dənədən yaranan və hər biri ləzzətli, ətirli və dadlı meyvələr verən alma ağacı, eləcə də müxtəlif şəkilli, rəngarəng olan sair ağaclar da eynilə.

Gül budağının üstünə qonan bülbül, yumurtadan çıxaraq torpağı dimdikləyən cücə, təzə doğulub anasının döüşünü tutan buzov, anasının döşündə onun üçün hazırlanan süd və s. və s. hamısı Allahın qüdrət nişanələridir.

Doğrusu, körpənin doğuşu ilə eyni zamanda ananın döşündə südün yaranmasında nə qədər təəccüblü və insanı heyrətə gətirən uyğunluq vardır!

Hər il kürü qoymaq üçün kilometrlərlə yolu ilk dəfə ötən balıqlar, öz yuvalarını çoxlu dəniz bitkiləri arasında tanıyan və heç vaxt səhv edərək başqasının yuvasına getməyən dəniz quşları, sübh tezdən öz yuvasından çıxıb uzun-uzadı yollar qət etdikdən sonra ətirli güllərdən istifadə edərək gecələr öz yuvalarına qayıdan arılar və s. hamısı Allahın nişanələridir.

Daha maraqlısı budur ki, bal arısı, süd verən inək və qoyun özü üçün lazım olan miqdardan qat-qat artıq süd və bal istehsal edir ki, istisnai və seçilmiş varlıq olan insan onlardan bəhrələnsin.

Amma nankor insan özünün tanış nemət sahibini tanımır, onun barəsində yersiz mübahisələrə başlayır!

Elə insan orqanizmində çox hikmətli tədbir əsərləri insanı heyrətə gətirir: İnsan bədəni bir-biri ilə tam uyğun və mütənasib olan “cihazlardan”, hər cihazın tərkibi də özünə mütənasib olan əzalardan təşkil olunmuşdur, hər bir üzv milyonlarla canlı və xüsusi hüceyrədən ibarətdir, halbuki onların hamısı vahid bir ana hüceyrədən əmələ gəlmişdir. Hər bir hüceyrənin müəyyən nisbətdə lazım olan maddədən təşkil olunması, hər bir hissəciyin bədənin ən münasib yerində qərarlaşması, üzvlərin hədəfli hərəkət və fəaliyyətləri, ağ ciyərin vasitəsilə oksigenin cəzb olunub qırmızı qan cisimcikləri vasitəsilə hüceyrələrə ötürülməsi, qara ciyərin vasitəsilə lazımi qədər qənd hazırlanması, yeni hazırlanan hüceyrələrin vasitəsilə xəsarət dəyən toxumaların təmir edilməsi, ağ qan cisimcikləri vasitəsilə hücum endən düşmən və mikroblarla mübarizə, bədənin həyat işlərinin tənzim olunmasında mühüm rolu ifa edən vəzlər vasitəsilə müxtəlif hormonların ifraz edilməsi və s... hamısı Allahın nişanəsidir.1

Minlərlə alimin uzun əsrlər boyu tədqiqat aparmasından sonra incəlikləri hələ də dəqiq şəkildə öyrənilə bilməyən bu qəribə quruluş kim tərəfindən yaradılmışdır?

Hər bir hüceyrə kiçik, amma hədəfli bir sistemdir, hüceyrələrdən təşkil olunan bir məcmumə nisbətən böyük və hədəfli bir sistem olan bir üzvü təşkil edir. Müxtəlif və mürəkkəb sistemlər məcmuəsi bədənin külli və hədəfli sisteminin təşkil edir. Amma iş bununla bitmir: canlı və cansız varlıqlardan təşkil olunan və sayı-hesabı olmayan sistemlər böyük və qeyri-sabit bir sistemi təşkil edir, bu da “təbiət aləmi” adlanır ki, son dərəcə nəzm və vahid bir hikmət sayəsində idarə olunur. Zalikumullahu fəənna tufəkun.”1

Aydındır ki, bəşərin elmi nə qədər irəliləsə, təbii varlıqlar arasındakı əlaqə və qanunlar nə qədər artıq kəşf olunsa yaradılışın hikmət və sirləri də bir o qədər aşkar olacaqdır. Bu sadə və aydın nişanələrdə dərindən diqqət yetirilməsi aludə olmamış, günah çirkabına düşməmiş pak qəlblər üçün kifayətdir.


SUALLAR


1-Allahı tanımağın müxtəlif yollarını və onların xüsusiyyətlərini bəyan edin.

2-Allahı tanımağın sadə yolu hansıdır? Hansı xüsusiyyətlərə malikdir?

3-Varlıqların hədəfli nişanələrinin bəyan edin.

4-Nəzm dəlilinin məntiqli şəklini bəyan edir.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin