n bucaqlı çevrə daxilinə çəkilmişdir. Onun mərkəzini təpə nöqtələri ilə birləşdirdikdə n sayda ortaq təpəli bərabər bərabəryanlı üçbucaqlar alınır. Çoxbucaqlının perimetrini Pn=nan =2Rn sin alarıq. Çevrənin xaricinə çəkilmiş çoxbucaqlının perimetrini bu çevrənin uzunluğunun artığı ilə, daxilə çəkilmiş çoxbucaqlının perimetrini isə bu çevrənin uzunluğunun əksiyi ilə təqribi qiyməti götürmək olar. Çoxbucaqlının tərəflərinin sayı nə qədər çox olarsa, təqribi qiymət o qədər dəqiq olur. Deməli, dəqiqliyi artırmaq üçün tərəflərin sayını artırmaq kifayətdir. Çünki bu halda çoxbucaqlı çevrəyə daha çox «sıxılır» (çevrə uzunluğuna yaxın olur). Beləliklə, çoxbucaqlının tərəfləri sayı sonsuz artdıqda onun perimetrinin limit qiyməti çevrənin uzunluğu götürülür. Tutaq ki, Pn =2Rn sin daxilə çəkilmiş çoxbucaqlının perimetri, P`n =2R`n sin xaricə çəkilmiş çoxbucaqlının perimetridir.