Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə98/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   90   91   92   93   94   95   96   97   98
476737273-C-fakepath-hft-muhazir-docx

Azot xətti olarsa (təzyiq 6 atm), hava-köpük qurğusunda azotun su ilə qarışması nəticəsində azot-mexaniki köpük alına bilər. Azotlu su məhlulunda əvvəlcədən köpükəmələgətirən maddə həll edilir.
Suvarıcılar, (səpələyicilər) yanğını söndürmək, onu məh­dud­laş­dırmaq və ya şüa enerjisindən mühafizə etmək üçün tətbiq edilir.
Suyun səpələnmə dərəcəsindən asılı olaraq, səpələyicilər damcı-su şırnağı, narın səpələnən su, bütöv pərdə şəklində, yelpik şəkilli və s. ola bilər.
İşəsalma xarakterinə görə səpələyicilər, avtomatik kla­pan­la birgə açılan (sprinkler) və nəzarət-işəsalma klapanı ilə qoşulan olur. Yanğını su ilə söndürən avtomatik qurğularda işlədilən səpələyicilər quruluşuna görə aşağıdakı əsas qruplara bölünür:
Zərbə təsirli səpələyicilər – suyun müxtəlif formalı səthlərə zərbə ilə vurulması zamanı damcı şəkilli su axını əmələ gətirir:
Mərkəzdən qaçma tipli səpələyicilər – su şırnağı mərkəz­dən qaçma qüvvəsinin təsiri ilə səpələnir;
Yarıq şəkilli səpələyicilərburada su, axın formasının dəyişməsi nəticəsində səpələnir, bu vaxt axın, müstəvi və yelpiyəbənzər şəkil alır. Sprinklerin seçilməsi, normal istismar zamanı, mühitin mümkün olan maksimal temperaturuna görə aşağıdakı verilən rəqəmlərə əsaslanır:
Temperatur 40 – 720 C olduqda boyaqsız, 60 – 930 C-də ağ rəngli, 61 – 1410 C-də göy rəngli, 141 – 1820 C olduqda isə qırmızı rəngli sprinklerlərdən istifadə olunur.
Böyük sahəni sulayan sprinkler zərbə təsirli səpələyicidir. Sprinkler tez əriyən qıfıldan və klapandan ibarətdir. Yarıq ölçüsü xüsusi seçilmiş böyük diametrli rozet müntəzəm suvarılmanı təmin edir.
Açıq səpələyicilər (drençerlər) DR – rozet markalı və DL – kürə­kşəkilli markalı, qıfılsız hazırlanır. Bunların suvarma sahəsi 12m2 –dir.
Uzununa yarıqları olan səpələyicilər (şəkil 3) 15 – 35m basqı ilə işləyir. Suvarma intensivliyini ( /san m2) bu düsturla hesablamaq olar:


, (7)

burada H – taxmanın təzyiqidir, m.


Səpələyicinin suvarma sahəsi – aşağıdakı düstur­la hesablanır:


, (8)
burada K – taxmanın döşəmədən hansı hündürlükdə (h) qoyul­ma­sından asılı olan əmsal:
h – 4,5m olduqda K = 20;
h – 5,2m olduqda K = 24 götürülür.
H – suvarıcının təzyiqidir, m.




Şəkil 2. Uzununa yarıqları olan məhsuldarlıqlı səpələyici (suvarma sahəsi 210m2)
1-taxmalar; 2-rozet, 3-deflektor, 4-əks etdirici lövhə, 5-qövs,
6-yarıqlar.

DR və DL markalı səpələyicilərin məhsuldarlığı q( /san) olduqda, onların çıxış borusunun diametri (mm) aşağıdakı ifadə­dən tapılır:


(9)
Verilən təzyiqə (H) görə səpələyicinin məhsuldarlığını aşağıdakı düsturdan tapmaq olar:
(10)


p əmsalının qiyməti
(11)
kimi tapılır.
burada – sərf əmsalı, SP - 2 sprinkleri üçün = 0,7; Böyük sahəni suvaran sprinkler üçün =1; evolvent sprinkler üçün =0,35 götürülür.
ω – axma deşiyinin en kəsik sahəsi, ;
g sərbəst düşmə təcili, m/san2.

Suvarıcının məhsuldarlığından və suvarma intensivliyin­-dən asılı olaraq, drençer vasitəsi ilə mühafizə edilən sahə aşağıdakı kimi təyin edilir:




(12)

burada – bir suvarıcının suvarma sahəsi, m2;


q – suvarıcının məhsuldarlığı, l/san;
I – suvarıcının intensivliyidir, l/san m2.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin