Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə1/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
  1   2   3   4   5   6   7   8   9   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx


MÜHAZİRƏ 1


GİRİŞ

Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin sağlamlığı, texniki təhlükə­siz­lik və ətraf mühitin mühafizəsi üzrə səmərəli idarəetmə sisteminin əsas tərkib hissəsinin təşkilinə yönəldilməlidir.


İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi bütün dünyada ən aktual problemlərdən biri sayılır.
Elmi-texniki tərəqqi dövrü olan müasir zamanda, yeni texnika və texnologiyaların tətbiqi ilə əlaqədar peşə risklərinin meydana gəlməsi bu risklərin idarə olunması zərurətini yaradır.
Orqanizmin həyat fəaliyyətinə, onun işgüzarlıq qabiliy­yəti­nə və səhhətinə ətraf mühitin ayrı-ауrı sahələri və orada baş verən təbii və texnogen hadisələr ciddi təsir göstərir. İnsan cəmiyyətinin təbiətlə münasibəti problemi müasir şəraitdə kəskin və aktual xarakter almışdır. İnsanın ətraf mühitlə qarşılıqlı əlaqəsi dialektik olaraq mürəkkəb və çoxşəkillidir. Bir tərəfdən, insan və başqa


HƏYAT FƏALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI


1.1. Təhlükə və təhlükəsizliyin mahiyyəti

Təhlükə dedikdə müəyyən şəraitdə insanın sağlamlığına bilavasitə, yaxud dolayı yolla zərər gətirə bilən hadisələr, proseslər, obyektlər düşünülür. Təhlükəni xarakterizə edən əlamətlərin miqdarı təhlilin məqsədindən asılı olaraq azaldılıb və yaxud çoxaldıla bilər. Təhlükə enerjiyə, kimyəvi və bioloji aktiv elementlərə, həmçinin insanın həyat fəaliyyətinin şəraitinə uyğun gəlməyən xarakterik cəhətlərə malik bütün sistemləri özündə cəmləşdirir.


Təhlükələrin taksonomiyası. Taksonomiya mürəkkəb hadisələrin, anlayışların, obyektlərin sistemləşdirilməsi və təsnifatı ilə məşğul olan elm sahəsidir.
Təhlükələr mürəkkəb və çoxəlamətli olduğundan, onların taksonomiyası, yəni sistemləşdirilməsi və təsnifatı, təhlükələrin təbiətini daha mükəmməl mənimsəməyə və təhlükəsiz fəaliyyət sahəsində elmi biliklərin təşkilinə imkan yaradır.
Təhlükələr yaranma mənşələrinə görə təbii, texniki, antropogen, ekoloji və qarışıq olurlar. Rəsmi standartlara görə isə fiziki, kimyəvi, bioloji və psixofizioloji növlərə bölünürlər.
Ziyanlı nəticələrin meydana çıxması vaxtına görə təhlükə­lər impuls (tez baş verən) və kumulyativ tipli olurlar.
Məkana görə təhlükələr litosfera, hidrosfera, atmosfera və kosmosla bağlı olurlar.
Yekunlarına görə təhlükələr yorğunluq, xəstələnmə, zədə alma, qəza, hündürlükdən yıxılma kimi nəticələrlə qurtaran növlərə bölünürlər.
Dəyən ziyana görə təhlükələr sosial, texniki, ekoloji və s. olurlar.
Təhlükələrin baş vermə sahələrinə məişət, idman, yol-nəqliyyat, istehsalat, hərbi və s. sahələr aid edilir.
Quruluşuna görə təhlükələr sadə və mürəkkəb (sadə təhlükələrin qarşılığı təsiri nəticəsində yaranan) olurlar. İnsana təsir xarakterinə görə onlar aktiv və passiv növlərə bölünür.
Daşıyıcısı insan olan enerji təsirindən aktivləşən təhlükə passiv təhlükə hesab edilir. Məsələn, kələkötür sahədə insanın yerişi zamanı yaranan təhlükə.
Təhlükələrin nomenklaturası (siyahısı). Müəyyən əlamət­lərə görə sistemləşdirilmiş terminlər və adlar siyahısı təhlükə­nin nomenklaturası adlanır. Əlifba üzrə nomenklaturaya h hərfi ilə başlayan: havanın anomal nəmliyi, havanın anomal temperaturası, hava axınının anomal sürəti, havanın boşluğu və s. misal ola bilər.
Müəyyən tədqiqat işləri apardıqda ayrı-ayrı obyektlər üçün (istehsalat, sexlər, işçi yerləri, proseslər, peşələr və başqaları) təhlükələrin nomenklaturası tərtib edilir. Məsələn, kimyəvi proseslər üçün – absorbsiya, adsorbsiya, anomal temperatur, anomal barometrik təzyiq və s.
Təhlükələrin kvantifikasiyası. Kvantifikasiya kəmiyyət göstəricilərini daxil etməklə keyfiyyətcə mürəkkəb təyin olunan anlayışları qiymətləndirmək üçün tətbiq edilir.
Kvantifikasiyanın rəqəm, bal və digər qiymətləndirmə üsulları vardır. Təhlükələri qiymətləndirmək üçün ən geniş tətbiq edilən risk üsuludur.
Təhlükələrin eyniləşdirilməsi. Təhlükələr potensial, yəni gizli xarakter daşıyırlar. Həyat fəaliyyətinin təhlükəsiz təmin olunmasına zəmin yaradan operativ və profilaktik tədbirlər hazırlamaq üçün kəmiyyət və zaman göstəricilərini müəyyən­ləş­dirərək istifadə etmək prosesi təhlükələrin eyniləş­dirilməsi adlanır.
Eyniləşdirmə prosesində təhlükələrin nomenklaturası, onların yaranması ehtimalı, lokallaşdırılması (harada baş verdiyi), mümkün göstəricilər müəyyən olunur.
Potensial təhlükələrin baş verməsini (gizli vəziyyətdən real hala keçməsini) təmin edən şərait səbəb adlanır. Başqa sözlə, səbəblər təhlükənin yaranmasına və nəticədə bu və ya digər xoşagəlməz hallara zəmin yaradan şəraitlərin məzmunu­nu xarakterizə edir.
Zərər və xoşagəlməz hallara müxtəlif ağırlıqlı zədələn­mələr, xəstələnmələr, xarici mühitdə dağıntılar və başqaları aid edilir.
Bədbəxt hadisə, fövqəladə vəziyyət, yanğın və digər hal­lar üçün təhlükə, səbəblər və nəticələrin əsas xarakteristikaları­dır.
Təhlükələr-səbəblər-nəticələr” – üçlüyü potensial təhlü­kəni real ziyanlara gətirib çıxaran məntiqi inkişaf prosesidir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin