3.1. Sosial və tətbiqi ekologiyanın əsasları, qaydaları və prinsipləri
“Sosial və tətbiqi ekologiya” “Ümumi ekologiya”nın təbii davamı hesab edilir. “Ümumi ekologiya”da əsas fikir təsir fak- torlarına, onların ekoloji sistemə olan təsirinə yönəldilir. “Sosial və tətbiqi ekologiya” isə, antropogen faktorlar, onların təbiətə və sosial sistemlərə olan təsir xüsusiyyətləri ilə məşğul olur.
“Sosial və tətbiqi ekologiya”nın əsas məqsədi, ətraf mühitdə insanlar tərəfindən yaradılan dəyişiklikləri qeyd etməkdən ibarət deyil. Onun ən əsas məqsədi, yaranmış dəyişikliklərin elmi cəhətdən əsaslandırılmış səbəblərini öyrənmək və bu səbəblərin təsirlərini neytrallaşdırmaqdan ibarətdir. Ekoloji problemlərin həllində texniki, təşkilati, iqtisadi, mənəvi və digər vasitələr və metodların təsirlərinin qiymətləndirilməsi ən vacib məsələ sayılır.
Məlumdur ki, energetika mühiti çirkləndirən əsas sahələr- dən biridir. Amerika Birləşmiş Ştatlarının əhalisi dünya əhali- sinin 6%-ni təşkil etməsinə baxmayaraq, inkişaf etmiş ölkələr- də yaşayan əhalinin istifadə etdikləri enerjinin 2/3 hissəsi qə- dər enerji işlədir. Əgər yer üzərində yaşayan hər bir insan ABŞ-da yaşayan 1 nəfər qədər qida qəbul edərsə, onda dünyada mövcud olan qida yalnız 2 milyard əhalini qidalandıra bilər. Buradan belə bir nəticə çıxır ki, bütün ölkələr enerji və məhsulun hər adambaşına düşən miqdarına görə ABŞ səviyyəsinə çatarlarsa, onda biosferin belə bir yükə davam gətirməsi çətin ki, mümkün olsun.
Onu da qeyd etmək düzgün olmaz ki, əgər insanların həyat səviyyəsini inkişaf etməkdə olan ölkələr səviyyəsində saxlasaq, onda ekoloji problemlər həll olar. Yaddan çıxarmaq olmaz ki, bu ölkələrdə əhali böyük sürətlə artır, onlarda köhnəlmiş texnologiyalar tətbiq olunur, aqrotexniki səviyyə çox aşağıdır. Bütün bunların hamisi təbii ekosistemin məhvinə yönəldilən amillərdir. Deməli, ekoloji problemlərin həlli üçün digər yollar axtarıb tapmaq lazımdır.
Ekoloji problemlərin həlli üçün insanlar öz fəaliyyətləri ilə təbiətin imkanları arasında aşağıda göstərilən iki istiqamətdə uzlaşma yaratmalıdırlar:
1) Texnoloji istiqamət: – ekoloji qanun, qayda və normalara cavab verən yeni və təkmilləşdirilmiş texnologiya işləyib hazırlamaq;
2) Sosial istiqamət: – istehsal olunan məhsulların səmərəli istifadəsi nəzərdə tutulur. Bu zaman üçün normaların bioloji və ekoloji cəhətdən əsaslandırılması kriteriyası əsas götürülməlidir.
Bu məsələlərin səmərəli həlli qəbul olunmuş qayda və normaların ümumi ekologiya qanunlarına nə dərəcədə uyğun edilməsindən asılıdır. Bunun üçün, insanlar başa düşməlidirlər ki, yalnız və yalnız onlar biosfer üçün təhlükə yaradanlardır. Düşünülməmiş hərəkət həyat üçün təhlükə mənbəyidir. İnsanlarla ətraf mühit arasında olan münasibətlərin uyğunsuzluğunun aradan qaldırılması kifayət qədər vəsait tələb edir.
Məsələn, insanlar tərəfindən son 20 ildə biosferə vurulan zərərin neytrallaşdırılması üçün lazım olan xərcin həcmi dünya üzrə məhsul istehsalına sərf olan xərcdən xeyli yüksəkdir. Belə xərclərin həcmi ilbəil artır. Bununla yanaşı, sosial-tətbiqi ekologiya üzrə həlli tələb olunan məsələlərin həcmi də geniş- lənir. Ümumi planda bu məsələləri 3 bölməyə ayırmaq olar:
1) insanların biosferdə yeri və rolu, onların ətraf mühitə olan təsiri;
2) insanlar tərəfindən yaradılan ekoloji problemlər, onların məzmunu, səbəbləri və nəticələri;
3) Ekoloji problemlərin həllinin mövcud və proqnozlaşdırılan yolları.
Göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, “Sosial və tətbiqi ekologiya” yalnız “Ümumi ekologiya” ilə yox, həm- çinin sosial (mədəniyyət, iqtisadiyyat, sosiologiya, demoqrafi- ya), təbiət (biologiya, kimya, coğrafiya), tətbiqi (təbiətdən istifadə, energetika, şəhərsalma və s.) elementlər və tədris fən- ləri ilə sıx əlaqədardır. “Sosial və tətbiqi ekologiya” üzrə baş verən hadisələr və onların yaratdıqları problemlər dinamiki xarakter daşıyır. Onların öyrənilməsi üçün yeni-yeni materiallar tələb olunur.
Sosial və tətbiqi ekologiyada tətbiq olunan qayda, norma və prinsiplər əsasən digər elm sahələrindən götürülərək ekologiya prinsiplərinə uyğunlaşdırılmışdır. Bu sahədə alimlərdən V.İ.Vernadski, N.F.Reymers, B.Kommonerin böyük xidməti olmuşdur.
“Sosial və tətbiqi ekologiya”da xüsusi əhəmiyyət kəsb edən aşağıdakı mövcud qayda, qanun və prinsipləri nəzərdən keçirək:
Dostları ilə paylaş: |