Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə10/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   6   7   8   9   10   11   12   13   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

2. 3. Ekoloji faktorlar

Ətraf mühitin vəziyyətinə və canlı orqanizmlərə müxtəlif ekoloji faktorlar güclü təsir göstərir. Canlı orqanizmlərə bilavasitə və ya dolayı təsir edən hər hansı bir mühit ekoloji faktor adlandırılır. Ekoloji faktorları üç kateqoriyaya bölürlər:


1) Cansız təbiət faktoru – abiotik faktor;
2) Canlı təbiət faktoru – biotik faktor;
3) İnsan fəaliyyəti faktoru – antropogen faktor.
Orqanizmlərin bu və ya digər faktor təsirinə uyğunlaş­ması həmin təsirin (faktorun) dövrlülüyündən asılı olur. Birinci dövrü faktora yerin fırlanması, ilin fəsillərinin dəyişməsi, gündəlik işıq dəyişməsi və s. aid edilir. Bu faktorlar hələ həyatın yaranmasından əvvəl mövcud olmuşdur. Yaranan orqanizmlər bu şəraitə uyğunlaşmaq məcburiyyətində qalaraq onlara uyğunlaşmışlar.
İkinci dövrü faktora, ətraf mühitin temperaturu, nəmliyi, atmosfer çöküntüləri və s. aid edilir.
Dövrü olmayan faktorlara təbii fəlakətlər və texnogen xa- rakterli faktorlar aid edilir.
Yer üzərindəki abiotik faktorlar:
1. İşıq. Bu spektrdə 45% narıncı günəş şüalarıdır ki, onlar fotosintez üçün böyük rol oynayırlar. Dalğasının uzunluğu 750nm-dən çox olmayan infraqırmızı şüalar heyvanlar və bitkilər tərəfindən hiss olunmamasına baxmayaraq, əsas istilik enerji mənbəyi sayılır. Günəş enerjisinin 7%-i ultrabənövşəyi şüaların hesabına düşür ki, bu spektrdə dalğanın uzunluğu 400 nm-dən çox olur.
2. İonlaşdırıcı şüalar. Bu şüalar yüksək enerjiyə malikdirlər. Onlar bir elementin atomundan onun elektronunu çıxarıb başqa bir elementə birləşdirərək mənfi və müsbət ionlardan ibarət cüt yaradırlar.
İonlaşdırıcı şüaların mənbəyi radioaktiv maddələr və kos- mik şüalardır. Günəş radiasiyasının atmosferin yuxarı sərhəd- dindəki intensivliyi 1380 vt/m2 və ya 1,980 kal/(dəqiqə. sm2) çatır. Yer üzərinə çatan günəş radiasiyası atmosferin yuxarı sərhədinə nisbətən az olur.
Şüanın udulma dozası “ber” ilə ölçülür. Ber – rentgenin bioloji ekvivalentidir. 1 ber 0,01 coul/kq-a bərabərdir. İnsan il ərsində orta hesabla 0,1 ber şüaya məruz qalır.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin