Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Su hövzələrinin abiotik faktoru



Yüklə 3,52 Mb.
səhifə12/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   8   9   10   11   12   13   14   15   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

7. Su hövzələrinin abiotik faktoru. Yer kürəsi səthinin 71%-i okeanların payına düşür. Suyun sıxlığı havanın sıxlığından 800 dəfə, özlülüyü isə 55 dəfə çoxdur. Su hövzəsi axarlığı, şəffaflığı, duzluluğu, temperatur tutumluğu ilə başqa sahələrdən seçilir. Bu xüsusiyyət bakteriyaların, planktonların fotosintez proseslərinə böyük təsir edir.
Ətraf mühitin biotik faktoru. Biotik faktor dedikdə bir orqanizmin digərlərinin həyat fəaliyyətinə təsiri başa düşülür.
Hinlik faktorlar əsasən üç istiqamətdə inkişaf edir:

  • Qida vasitəsilə;

  • Sahə vasitəsilə;

  • Nəsilvermə vasitəsilə.

Canlılar arasında ən əsas əlaqə qida əlaqəsi sayılır. Bu əlaqə təbii olaraq elə yaradılmışdır ki, eyni ərazidə eyni vaxtda yaşayan heyvanlar biri-birinə qarşı olmur. Qida rəqabəti təbiət tərəfindən tənzim olunur. Məsələn, heyvanlar təbii olaraq gecə və gündüz qruplarına bölünmüş və bununla da, qida barəsində bir-birinə mane olmamışlar.
Canlıların sahə əlaqələri müxtəlif olur. Onlar növ daxilin­də güclü, növlər arasında isə zəif olur. Eyni bir sahədə növün fərdləri çoxaldıqda onlar arasında rəqabət artır, yaşayış səviy­yəsi aşağı düşür. Müxtəlif növlərin yaşadığı sahədə hər kəsin öz yeni növü olduğu üçün onlar bir-birinə rəqib olmurlar.
Nəsilvermə, yəni reproduktiv əlaqə əsasən növ daxilindəki fərdlər arasında gedir. Süni olaraq, eyni növ daxilində müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər. Lakin, hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.
Ətraf mühitin antropogen faktoru. Antropogen faktor dedikdə, insanların istehsalat və məişət fəaliyyəti nəticəsində ətraf mühitə edilən təsiri nəzərdə tutulur. İstehsalat fəaliyyəti dedikdə, sənayedə, kənd təsərrüfatında, neft-qazçıxarmada, dağ-mədən işlərində və s. göstərilən fəaliyyət nəzərdə tutulur.
Məhdudlaşdırıcı faktorlar: minimum və tolerant. Minimum qanunu 1840-cı ildə U.Libix tərəfindən irəli sürülmüşdür. Bu qanuna əsasən, bitkilərin inkişafı onların torpaqda çoxluq təşkil edən maddələr ilə yox, orada olan elementlərin cüzi miqdarı ilə limitləşdirilir (məhdudlaş­dırılır). Minimum haqqında qanun özünün doğruluğunu xüsusilə insanlarda və heyvanlarda sübut edir. Məsələn, insanların sağlamlığı onların bədənində cüzi miqdarda olan maddələrdən – vitaminlərdən asılıdır.
Bütün canlı orqanizmlərə temperatur, nəmlik, qida ümu­milikdə tam şəkildə yox, yalnız onların müəyyən həddi lazımdır. Ekoloji minimum ilə ekoloji maksimum arasındakı diapazon dəyanətlilik həddi adlandırılır. Başqa sözlə, bu orqanizmin tolerantlığı (tolerant qanunu) adlandırılır. Bu qanun 1910-cu ildə V.Şelferd tərəfindən irəli sürülmüşdür.
Məhdudlaşdırıcı faktorun qiyməti ondan ibarətdir ki, o, ən mürəkkəb ekoloji halların tədqiq edilməsinə imkan verir. Əgər orqanizm geniş tolerant faktoru diapazonuna malikdirsə, onda belə faktor məhdudlaşdırıcı ola bilməz. Orqanizm kiçik diapazon tolerantlığa malikdirsə, bu hal tədqiq olunmalıdır.
təsirinə məruz qalır, digər tərəfdən onların ətraf mühitlə əlaqələri və qarşılıqlı təsiri sosial-iqtisadi aspektdə yeni konkret münasibətlərin yaranmasına səbəb olur. Beləki insan tək bioloji varlıq yox, o, həmçinin sosial bir varlıqdır. Onun ətraf mühitlə qarşılıqlı münasibəti əsasən əmək və təsərrüfat fəaliyyəti ilə bağlı olan sosial faktorlarla müəyyən edilir.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sənaye kompleksi sahələrinin təhlükəsizlik məsələləri xüsusilə diqqət mərkəzindədir. Bu hal qəza və zədələnmələrin yaranmasının sosial və iqtisadi cəhətdən böyük itki olduğu qənaətindən yaranmışdır.
Texnogen qəzaların və onlardan törənən nəticələrin miqyası istehsalatın intensivliyindən, onun ayrı-ayrı obyektləri­nin xüsusiyyətindən, texnoloji proseslərin və avadanlıqların modernləşdirilməsindən, həmçinin mütəxəssislərin hazırlıq dərə­cə­sin­dən asılıdır. Bütün bu amillər istehsalatın təhlü-kəsizlik vəziyyəti və ətraf mühitə təsir dərəcəsi baxımından əsas səbəblər hesab edilir.
Məlumdur ki, bəşər tarixi insan və təbiət arasında olan qarşılıqlı münasibətlərin inkişaf prosesindən ibarətdir. İnsanla­rın əmək fəaliyyəti prosesində təbiətdən istifadə qanunauyğun­luq­larına riayət etməməsi onların həyatındamürəkkəbləşmələrə gətirib çıxarır. Bu halın baş verməməsi üçün təbiətin inkişaf qanunlarının, onun cəmiyyətlə qarşılıqlı münasibət formaları­nın, təbii sistemə yolveriləbilən təsir dərəcələrinin əsaslı surətdə öyrənilməsi ən vacib məsələlərdəndir.
Təbiətə zərərli təsir göstərən hər hansı bir amilin nəticəsinin aradan qaldırılması üçün kompleks tədbirlərin işlənib hazırlanması “Həyat fəaliyyətinin təhlükəsizliyinin” (HFT) prioritet istiqamətlərindən biridir. Kompleks tədbirlər qanunvericilik, təşkilatçılıq, sanitar-gigiyenik, mühəndisi-texniki və ekoloji tədbirləriözündə birləşdirir. Bu tədbirlər bakalavr üzrə mütəxəssis hazırlığı tədris planına daxil olan HFT fənninin tərkib hissəsi olan “Əmək mühafizəsi”, “Ətraf mühitin mühafizəsi” və “Fövqəladə hallarda təhlükəsizlik” bölmələrinin ardıcıl birgə tədrisi ilə həyata keçirilir. Lakin, “Fövqəladə hallarda təhlükəsizlik” bölməsi müasir tədris planına sərbəst fənn kimi daxil olan “Mülki müdafiə” fənni tərkibində tədris olunduğu üçün təqdim olunan “Həyat fəaliyyətinin təhlükəsizliyi” dərsliyi “Əmək mühafi­zəsi” və “Ətraf mühitin mühafizəsi” bölmələrinin metodiki inteqrasiya əsasında tərtib edilmişdir.
Bu baxımdan təqdim olunan “Həyat fəaliyyətinin təhlükəsizliyi”dərsliyinə əsasən aşağıdakı müstəqil bölmələr daxil edilmişdir.
1. HFT-nin nəzəri əsasları.
2. HFT-nin ekoloji əsasları.
3. İstehsalat şəraitində HFT (Əməyin mühafizəsi).
4. Yanğın təhlükəsizliyi.
Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları bölməsində təhlükəni xarakterizə edən əsas göstəricilər, təhlükə və zərərli istehsalat faktorları şərh olunur. Burada, həmçinin mürəkkəb hadisələrin, anlayışların, obyektlərin sistemləşdirilməsi, təsnifatı, təhlükəsizliyin yaratdığı nəticələri əks etdirən risk nəzəriyyəsinin əsas müddəaları ətraflı formada ifadə olunur.
Mütləq və münasib risk anlayışları, təhlükəsizliyin sistemli təhlili, təhlildə istifadə olunan metodoloji vasitələr və üsullar, təhlükəsiz fəaliyyətin təmin olunmasının prinsip və vasitələri bu bölmədə təhlil olunur.
Bölməyə daxil edilmiş HFT-nin erqonomikasında göstərilmişdir ki, qəza və zədələnmələrin təşkilatı-psixoloji səbəblərinin əsasını iş fəaliyyətinin keyfiyyəti təşkil edir.
HFT-nin ekoloji əsaslarında ətraf mühitin mühafizəsi və ya təbiətin mühafizəsinin ekologiyanın elmi bazası olduğu göstərilmişdir. Burada, ətraf mühitin mühafizəsi elmi-tədqiqat sahəsi kimi müəyyən edilir. Bu bölmədə biosfera, ekoloji amillər, ekoloji sistem və biogeosnozlar, ekoloji faktorlar və mövhumlarının şərhi daxil edilmişdir. Həmçinin istehsalatın antropogen çirklənməsindən ətraf mühitin mühafizəsi, tullantı qazlarının və suların təmizlənməsi və zərərsizləşdiril­məsi üsulları, torpağın sənaye çirkləndiricilərdən mühafizəsi, neft və dağ-mədən sənayesində yer təkinin mühafizəsi öz əksini tapmışdır.
İstehsalatda işçilərin təhlükəsizliyi problemi mürəkkəb kompleks tədbirləri əhatə edir. Problemin həlli istiqamətində müxtəlif elm sahələrinin nailiyyətlərindəntam şəkildə istifadə olunmalıdır.
İnsanın əmək fəaliyyətinin öyrənilməsi ilə məşğul olan elmsahələri sırasında “Əmək mühafizəsi”dolğunluğu və genişliyi ilə fərqlənir. Onun üç əsas hissəsi vardır:
1. Əmək qanunvericiliyinin əsasları.
2. Sənayedə əməyin gigiyenası və istehsalat sanitariyası.
3. Təhlükəsizlik texnikasının əsasları.
Əmək mühafizəsinin sanitariya-gigiyena əsasları istehsa­lat zərərləri və onların törətdiyi peşə xəstəlikləri ilə məşğul olur.
Əmək gigiyenası əmək mühafizəsinin profilaktika hissəsidir. O, iş şəraitinin və istehsalat mühitinin insan orqanizminə təsirini öyrənir.
Əmək mühafizəsi kursunun metodoloji əsası iş şəraitinin, texnoloji prosesin, istifadə edilən xammalın və istehsal edilən məhsulun təhlükəlilik dərəcəsinin elmi təhlilindən ibarətdir. Belə bir təhlil nəticəsində istehsalatın təhlükəli sahəsi və ortaya çıxa biləcək təhlükəli şərait aşkar edilir, onların ləğvi üçün tədbirlər hazırlanır.
Təcrübə göstərir ki, çox vaxt bədbəxt hadisələr iş yerində atmosfer şəraitinin pisliyi, təbii və süni işıqlanmanın qeyri-kafiliyi, yüksək səs-küy, radioaktiv şüalanma, işçinin yorğunluğu və s. səbəbindən, eyni zamanda, texnoloji prosesə düzgün riayət olunmamasından yaranır.
Əmək mühafizəsi elminin bu məsələlərini kimya, fizika, gigiyena, fiziologiya, psixologiya, istehsalatın planlaşdırılması və təşkilli, eləcə də mühəndis-texniki fənlərlə əlaqədar şəkildə öyrənmək tələb olunur.
İstehsalatda qurğu və avadanlıqların layihələndirilməsi və yerləşdirilməsi yanğın və partlayış təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir. Texnoloji proseslərin mürək­kəb­ləş­məsi qurğu və avadanlıqlar arasında sıxlığın yaranma­sına gətirib çıxarır, ağır nəticə törədə bilən yanğının yaranma ehtimalını artırır. Bunları nəzərə alaraq, istehsalatda yanğın təhlükəsini aradan qaldırmaq üçün kompleks profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi əsas şərtlərdən­dir.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin