Azotun dövretməsi. Azot (N), karbon kimi, atmosfer havasının tərkibində molekul (N2) formasında yer tutur. Atmosfer havasının 78%-ə qədəri N2-dən ibarətdir.
Azotun dövretməsi sxemi aşağıda göstərilmişdir (Şəkil 3.2).
Şəkil 3.2. Azotun dövretmə sisteminin sxemi
Oksigen kimi, azot heyvanların nəfəsalması üçün əsas element sayılır. Azot bir çox üzvü birləşmələrin, xüsusilə zülalların tərkibinə daxildir. Azot zülalların tərkibində karbon və ya hidrogenlə möhkəm amid birləşməsi yaradır. C-N amid əlaqəsi zülal molekullarının əsas sintez mexanizmidir. Bu yer üzərində canlıların mövcudluğunun əsas şərtlərindəndir.
Okeanlara kifayət qədər azot axıdılır. Bu azot, su fotosintezləyici orqanizmlər tərəfindən istifadə olunur. Həmin orqanizmlər dəniz heyvanları tərəfindən qida şəklində istifadə olunur. Heyvanlar tərəfindən bu azotun bir hissəsi quruya qaytarılır. Okeanların dibinə çökən azotlu birləşmələr dövrü sistemdə iştirak etmir. Bu azotun dövrü bir neçə milyon ildən sonra baş verə bilər. Amerikan alimi Y.Oduma görə “bu itki vulkan püskürməsindən ayrılan azot tərəfindən bərpa olunur”. Buna görə də, yer üzərində bütün vulkanların püskürməsinin qarşısı alınsa, onda insanların acından ölməsi baş verə bilər.
Azotun dövrü sistemi kifayət qədər öyrənilmişdir. Müəyyən edilmişdir ki, biosfer tərəfindən qəbul olunan 109 ton azotun 80%-i sudan və qurudan dövrü sistemə daxil olur.
Gübrə şəklində istifadə olunan azotun cüzi hissəsi təkrar istifadəyə qayıdır.
Kükürdün dövretməsi. Kükürd ətraf mühiti çirkləndirən aqressiv maddə hesab olunur.
Tərkibində kükürdlü birləşmələr olan mikroorqanizmlər torpağın üzvü maddələri ilə reaksiyaya girib onlardan SO2 ayırırlar ki, bu da bitkilər tərəfindən udularaq dövrü sistemə qaytarılır.
Su hövzələri dibində olan müxtəlif kimyəvi birləşmələr sulfat tərkibli mikroorqanizmlərin təsirinə məruz qalaraq kükürdün regenerasiyasına səbəb olur. Bu zaman su daxilində vertikal H2S axını yaranır.
Kükürdün dövretmə sxemi aşağıda verilmişdir (şəkil 2.5):
Şəkil 3.3. Kükürdün dövretmə sxemi
Kükürdün dövretməsinə mənfi təsir göstərən amillərdən əsası kükürdtərkibli maddələrin yanması ilə əlaqədardır. Belə maddələrin yanması ilə əlaqədar atmosferə, əsasən, toksik maddə olan SO2 atılır. Yüksək aqressivliyə malik olan SO2 qaz şəklindəvə ya turş yağışlar şəklində təbiətə və müxtəlif obyektlərə dağıdıcı təsir göstərir.
Dostları ilə paylaş: |