4. Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunu. Hər hansı bir sistem ekoloji müvazinət halından müəyyən gücün təsiri nəticəsində çıxarıldıqda onun bərpası sərf olunan enerjidən artıq enerji tələb edir. Məsələn, meşələrin qırılması, suya kimyəvi təsir və s. ilk növbədə müəyyən effekt versə də belə, onların əvvəlki vəziyyətə gətirilməsi, bərpası böyük qüvvə və vəsait tələb edir.
5. Ekosistemdə informasiyaların tam olmaması prinsipi. Bu prinsipə müqabil demək olar ki, ümumiyyətlə bizim ekosistem haqqında biliyimiz kifayət qədər deyil. Bu, əsasən ekosistemin çox komponentli olması, əlaqələrin qarşılıqlı asılılıqlarının çoxluğu və baş verən proseslərin dinamiki olması ilə izah edilir. Nəticə etibarilə demək olar ki, hər bir ekosistem öz-özlüyündə fərdi xarakter daşıyır. Deməli, ekosistem üçün, praktiki olaraq, analogiya prinsipi yaraya bilməz. Hər hansı bir layihənin hazırlanması zamanı, ekosistemin spesifik xüsusiyyətləri əlavə olaraq tədqiq olunmalıdır.
6. Yalançı müvəffəqiyyət prinsipi.İnsan təbii proseslərə müdaxilə etdikdə, öncə onda müvəffəqiyyət yarana bilər. Lakın, müdaxilənin sonu səmərəsiz ola bilər. Adətən, belə bir hal zəncirvarı reaksiyanın sonunda baş verir. Məsələn, vəhşi heyvanların məhvi, kimyəvi maddələrlə məhsuldarlığın ilkin artımı və s. müəyyən müddətdən sonra öz mənfi təsirini göstərir.
7. Bir və on faiz qaydası. Bir faiz qaydasına görə insanın ətrafa verdiyi enerji fotosintezlə əlaqədar olan 1%-i keçməmə- lıdir. Çünki fotosintezə sərf olunan enerji günəş enerjisinin yer üzərinə gəlib çatdığı 1% enerjiyə yaxın olur. Planetar miqyas- da enerjinin 1%-dən artıq olması orta illik temperaturun 2-2,5°C artmasına səbəb ola bilər ki, bu da fəlakətlə nəticələnə bilər.
On faiz qaydasına görə trofiki səviyyəyə 10%-dən artıq enerji keçmir. Bunu belə izah etmək olar ki, əgər heyvan 100 kilokalorilik enerjisi olan qida qəbul edirsə, onun 10%-i bədəndə qalır, qalan 90% ondan xaric olur. Bu qayda təbiətdən istifadə sahələrində nisbi xarakter daşıyır.