Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Hadisələrin kompleks formada analizi və ya xolizm



Yüklə 3,52 Mb.
səhifə15/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   11   12   13   14   15   16   17   18   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

1. Hadisələrin kompleks formada analizi və ya xolizm.
Hadisələrin analizi əsasən reduksion və xolistik formada араrılır. Reduksion analizdə mürəkkəb proseslər bir neçə əsas hissəyə ayrılır və hər hissə ayrılıqda analiz edilir. Xolistik formada isə, hadisə tam şəkildə analiz edilir. Reduksion yanaşma əsasən qarşıya parametrləri dəqiq şəkildə qoyulmuş məsələ həllində istifadə olunur. Xolistik yanaşma müxtəlif əlaqə və qarşılıqlı asılılıq vəziyyətində olan təbii hadisələrin həllində istifadə olunur. Məşhur amerikan alimi B.Kommoner belə hesab edir ki, ekoloji problemlərin həllinin mürəkkəbliyi ondan ibarətdir ki, ekosferada (ekosistemdə, biosferdə) proseslər bizim dərk etdiyimiz reduksion xaricində baş verir. İnsan konkret səbəbdən yaranmış ayrı-ayrı hadisələrin tədqiqi­nə adət etmişdir. Ekosferada baş verən hər hansı bir hadisə digər hadisələrin yaranmasına səbəb olur. Məsələn, heyvanat aləminin tullantıları bakteriyalar üçün yemdir. Bakteriyaların həyat fəaliyyətinin məhsulları bitkilər üçün qidadır. Bitkilər heyvanlar üçün qidadır. Göründüyü kimi proses dairə şəklində bağlanır.
Texnosferada bu formada ardıcıl proses baş vermir. İstehsal olunun məhsul bir dəfə istifadə olunur və o, yenidən həmin məhsulun emalında iştirak etmir. Bunların nəticəsində ətraf mühiti çirkləndirən tullantılar yaranır.
Reduksion yanaşmanın daha dəqiq dərk edilməsi üçün birneçə məsələyə baxaq:
Müəyyən edilmişdir ki, su hövzələrinə axıdılan üzvü birləşmələr suyun tərkibində olan oksigenin azalmasına, onun istifadə xassəsinin itirilməsinə, yosunların yaranmasına səbəb olur. Belə halların baş verməməsi üçün, sadəcə olaraq, su hövzələrinə üzvü maddələrin atılmasını dayandırmaq lazım gəlir. Hövzəyə su üzvü maddələrdən təmizləndikdən sonra axıdılır. Lakin, bir müddət keçdikdən sonra əvvəlki proses yenidən baş verir. Sonradan müəyyən edilmişdir ki, suda yosunların əmələ gəlməsinə üzvü maddələrin təmizlənməsi zamanı onlardan ayrılmış azot və fosfor səbəb olmuşdur. Əmələ gəlmiş su bitkiləri müəyyən müddətdən sonra məhv olaraq tərkibində üzvü maddələr olan tullantı suların vəzifəsini ifa edirlər. Deməli, tullantı sularını tək üzvü maddələrdən yox, eyni zamanda mineral maddələrdən də təmizləmək lazımdır.
Reduksion yanaşma materialların alınması üçün texniki məsələlərin həllində tətbiq olunur. Bu zaman, alınan materialın qiyməti ekologiyaya mənfi təsir edən maddələrin neytrallaşdı­rıl­masına sərf olunan vəsaitin miqdarından asılı olur.
Xolistik yanaşmada isə birdəfəlik bioloji üsulla təmizlə­mə aparılır.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin