Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə25/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   21   22   23   24   25   26   27   28   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Radiasiya dedikdə radioaktiv maddələrdən ayrılan ionlaşdırıcı şüalar nəzərdə tutulur.
Onun mənbələri təbii və antropogen olur. Günəş şüaları, mədən suları, bəzi kimyəvi elementlər, əksər süxurlar müəy­yən qədər təbii şüalanma mənbələridirlər.
Antropogen radiasiya mənbələrinə atom elektrik stansiya­ları, nüvə silahları, rentgen şüaları və s. aid edilir.
Təbii və antropogen mənbələrdən yayılan şüalar ətraf mühitin təbii şüalanma fonunu yaradır.
Təbii şüalanma fonu kosmik şüalanmadan, yer səthində, atmosferdə, ərzaq məhsullarında, suda olan təbii parçalanmış radioaktiv maddələrin şüalanmalarından yaranır. Təbii şüalan­ma fonu yaşayış ərazisində 0,36 - 1,8 MEB/il ekvivalent doza gücü yaradır ki, bu da 40 – 200 A/mq il ekspozisiya doza gücünə uyğun gəlir.
İnsan təbii şüalanma fonundan əlavə digər şüalanma mən­bələrinin də təsirinə məruz qalır.
Nüvə parçalanması zamanı 100-dən çox izotoplar havaya yayılır. Ən təhlükəli izotoplara U238, Cs90, K40, Ra222, Rn222, S14 hesab olunur. Zn65, Ba131, Xe133 və s. təbiətdə zərərsiz olmaları­na baxmayaraq, onlardan alınan süni izotoplar radioaktivliyə malik olurlar .
İonlaşmanın insan orqanizminə bioloji təsiri canlı toxumalarda əmələ gələn cüt ionların sayından və ya şüalanma ilə əlaqədar udulan enerjidən asılıdır. İonlaşdırıcı şüaların təsiri altında canlı toxumada olan suyun hidrogen atomuna və ОН hidroksil qrupuna parçalanması baş verir. Yüksək aktivliyə malik olar H və OH toxumanın digər molekulları ilə birləşir və canlı toxumaya mənsub olmayan yeni yabancı kimyəvi birləşmələr yaranır. Baş verən dəyişikliklər nəticəsində orqani­zmdəki biokimyəvi proseslərin normal gedişi və maddələr mübadiləsi pozulur. İonlaşdırıcı şüaların təsiri altında orqanizmdə qanyaradıcı üzvlərin funksiyalarının tormozlan­ması, qanın normal laxtalanmasının pozulması, qan damar­larının elastikliyinin azalması, mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması və infeksiya xəstəliklərinə qarşı müqavimətin azalması baş verir.
İonlaşdırıcı şüaların maddələrə təsiri həmin maddənin atom və molekullarının ionlaşmasında təzahür edir. Bu təsirin miqdarca ölçüsünü müəyyən edən əsas parametr udulma dozasıdır. Udulan doza vahidi qrey (qr) qəbul edilib.
Təcrübədə sistemdən kənar vahidlərdən də istifadə edilir– 1rad=100 erq/q;Şüanın udulma miqdarı şüalanma xüsusiyyə­tin­dən və mühitin uduculuğundan asılıdır.
Son zamanlara qədər rentgen (R) və γ şüaları ekspozisiya dozasından istifadə edilir. Ekspozisiya dozası kinetik enerjiyə çevrilmiş foton şüalanmasından ibarətdir.
Rentgen və γ şüaları üçün ekspozisiya doza vahidi kulon/kiloqram (Kl/kq) qəbul edilib. Bu elə bir dozadır ki, Rentgen və γ şüaları normal şəraitdə 1 kq quru atmosfer havasına təsir etdikdə yükü 1 Kl olan ionlar yaradır. Hal-hazırda qədər, təcrübədə, doza vahidi rentgen istifadə edilir. 1R=2,58·10-4 Kl/kq.
Elektronun yükü 4,8·10-4 el. vahidinə bərabərdir.Havada bir cüt ionun yaranmasına orta hesabla 34 erq enerji sərf olunur. Beləliklə, 1R ekspozisiya dozasında təkrar elek­tronlar 1qr havada 88 erq enerji sərf edir. 88 erq/q hava və ya 0,114 erq/sm3 hava rentgenin energetik ekvivalenti adlandırılır.
Rentgen və γ şüalanmasının hər hansı bir mühitdə udulma dozası aşağıdakı düsturla hesablanır.



burada və – tədqiq edilən maddə və hava üçün zəif­lətmə


əmsalıdır, sm2/q.

Müxtəlif ionlaşdırıcı şüaların insan orqanizminə bioloji təsirinin tədqiqi göstərir ki, bu təkcə udulan enerjinin miqdarın­dan yox, həmçinin ionlaşmanın xətti sıxlığından da asılıdır. Xətti sıxlıq artdıqca bioloji təsirin dərəcəsi artır. Bunu nəzərə almaq üçün, ekvivalent doza (H) məvhumundan istifadə edirlər ki, bu da aşağıdakı bərabərliklə təyin edilir.




(3.8)

burada – udulan doza:


– ölçüsüz əmsaldır və şüalanmanın xətti sıxlığı
təsirindən yaranan bioloji təsiri göstərir.

Aşağıdakı bir neçə şüalanmalar üçün -nin qiyməti verilmişdir:


γ və β şüalanması zamanı, , α şüalanması 10 MeV-dən az olduqda , enerjisi 20 KeV qədər olan neytronlar üçün , ener­jisi 10 KeV qədər olan neytronlar üçün .
Ekvivalent doza üçün ölçü vahidi zivert (Zv) qəbul edilib.
Ekvivalent doza üçün xüsusi vahid Ber qəbul edilir (rad-ın bioloji ekvivalenti); 1 ber=0,01 Zv.
Ber elə bir enerji miqdarıdır ki, onun 1 qramı bioloji to­xumalar vasitəsi ilə udulduqda 1 rad rentgen və γ şüalanması­nın (Q=1) təsirinə bərabər olur.
Vahid zamanda udulma (ekspozisiya və ekvivalent doza) müvafiq dozanın gücü adlandırılır.
Radioaktiv parçalanma sürətini xarakterizə etmək üçün yarım parçalanma periodu T1/2 məvhumundan istifadə edilir. Bu vaxt – nüvənin ilk sayının yarısının parçalanma vaxtıdır.
Əksər radioaktiv izotopların yarımparçalanma dövrü saatlar və ya günlərlə ölçülür. Bu vaxtın bilinməsi hər bir hal üçün vacibdir. Qəza zamanı radioaktiv izotopu aktivsizləşdir­mək, tullantılarının işlənməsi, basdırılması üçün yarım parçalanma vaxtını bilmək vacibdir.
Radioaktiv maddələrin parçalanma sürəti onların aktivliyini göstərir. Aktivliyin ölçü vahidi bekkerel (Bk) qəbul edilib. Aktivliyin sistemdən kənar vahidi küri (Ki) adlandırılır. 1 saniyədə 3,7·1010 atom parçalanması 1 Ki qəbul edilib.
Radioaktiv maddələrlə işlədikdə, elə şərait yaradılmalıdır ki, işləyənlərə təsir edən şüa minimum olmaqla onlarda bu və ya digər xəstəliklərin yaranmasına səbəb olmasın. Keçmiş SSRİ-də 1969-cu ildə “Radiasiya təhlükəsizlik normaları (RTN-69) qəbul olunmuşdur.
Radioaktiv maddələr bədənin ayrı-ayrı üzvlərinə müxtəlif cür təsir etdiklərinə görə, RTN-69-а əsasən bədənin üzvləri radio­aktiv həssaslığına görə 3 qrupa bölünürlər:
I qrup – bütün bədən, sümük iliyi;
II qrup – əzələlər, qalxanvarı vəzlər, piy qatı, qara ciyər, dalaq, böyrək, mədə-bağırsaq, ağ ciyər, göz və i.a. (I və III qrupa daxil olmayan bütün üzvlər);
III qrup – dəri örtüyü, sümük, bilək, çiyin, daban, pəncə. Daxili və xarici şüalanmada buraxılabilən doza cədvəl 3.5-də verilmişdir.

Cədvəl 3.5.


Daxili və xarici şüalanmada buraxılabilən doza

Şüalanma kateqoriyası

Bədən üzvləri qrupları üçün buraxılabilən doza ber/il

I

II

III

A – radioaktiv maddələrdə daim və ya fasilə ilə işləyən şəxslər

5

15

30

B – A kateqoriyalı binalar
yaxınlığında yaşayan şəxslər

0,5

1,5

3,0

V – ümumi əhali

0,17

0,5

1

Şüalanan hər bir şəxs üçün üç sinif normativ müəyyən edilmişdir:



  • Əsas doza həddi;

  • Buraxılabilən səviyyə (BS);

  • Nəzarət səviyyəsi (NS).

A kateqoriyası üçün əsas doza həddi il ərzində ekvivalent dozanın buraxılabilən həddi (BBD) qəbul edilir. В kateqoriyasıüçün isə ekvivalent dozanın illik həddi qəbul edilir (DH). DH elə bir illik dozadır ki, bunun 50 il insan orqanizminə təsirindən insan səhhətinə mənfi təsir olmur. DH miqdarı BBD-dən kiçik olur.
Bütün orqanizmə düşən ümumi şüalanma dozası aşağıdakı şərti ödəməlidir:


(3.9)

burada – insanın yaşı;


– insanın şüalanma təsirinə məruz qalana qədər yaşı. 30 yaşa qədər, bütün hallar üçün, bu norma 60 ber-dən artıq olmamalıdır.
Ətraf mühitdə yayılaraq insan həyatı üçün təhlükə yaradan məvhumlardan biri də elektromaqnit şüalarıdır.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin