Azot oksidləri (NxOy) təbiətdə meşə yanğınlarından yaranır. Şəhərlərdə və sənaye müəssisələri ətrafında NxOy yaranması insan fəaliyyəti nəticəsində baş verir. Küllü miqdarda azot oksidləri istilik elektrik stansiyalarından və daxili yаnасаq mühərriklərindən ayrılır. Bunlardan başqa, metaləritmə və azot turşuları ilə məşğul olan müəssisələrdən də atmosferə azot oksidləri atılır.
Atmosferi çirkləndirən azot oksidləri bunlardır: – N2O insanlara praktik təsir edir, bu cərrahiyyə əməliyyatlarında istifadə olunur;
– NO insanların mərkəzi sinir sisteminə təsir edir, onlarda iflic yaranmasına, qanın qatılaşmasına təsir edir və oksigen çatışmazlığı yaradır.
– NO2, NO4 - su ilə birləşdikdə 4NO2+2H2O = 4HNO3 azot turşusu yaradır ki, bu da nəfəs yollarının zədələnməsinə və ağ ciyərin şişməsinə səbəb olur.
Azot oksidləri fotokimyəvi proseslərdə iştirak edir. Havada fotokimyəvi çirklənmənin səviyyəsi avtomobil nəqliyyatının hərəkət rejimi ilə sıx əlaqədardır. Səhər və axşam nəqliyyatın intensiv işi zamanı atmosferə küllü miqdarda azot oksidi və karbohidrogen qazları atılır. Bunlar, bir-biri ilə reaksiyaya girərək havanı fotokimyəvi çirkləndirirlər. Ürək-damar və nəfəs yolları xroniki xəstəliyi olan insanlar azot oksidlərinə çox həssas olurlar.
Atmosferə atılan tozların mənbəyi fırtınalar, torpağın eroziyası, vulkan püskürməsi və dəniz tullantıları hesab olunur. Atmosferə atılan tozların və aerozolların 10-20%-i insanların fəaliyyətinin nəticəsidir. Tozlar, əsasən, tikinti materialları, sement istehsalı, dağ-mədən işləri və tikinti işləri zamanı ətrafa atılır.
Tozlar və aerozollar təkcə insanların nəfəsalmalarını çətinləşdirmir. O, həmçinin yerdən istiliyin qayıtmasına maneçilik törədir, yerə istiqamətlənmiş günəş şüalarını əks etdirir və bunlarda iqlim dəyişməsinə səbəb olur.
Antropogen tullantılar yerətrafı ozon qatının dağılmasına səbəb olurlar. Bu tullantıların əsas mənbəyi sənayedə və məişətdə istifadə olunan soyuduculardan və kondisionerlərdən atmosferə atılan freon qazlarıdır.
Ozon stratosferin yuxarı və mezosferin aşağı qatında aşağıdakı reaksiya nəticəsində yaranır.
О2+hv =O+O
O2+O+М=O3+М
Murada M – atmosferdə olan hər hansı bir komponentdir (oksigen və ya azot).
Ozon və atom şəkilində olan oksigen atmosfer oksigeninin təsirinə məruz qaldıqda aşağıdakı reaksiya baş verir.
О3+hv =O2+O
O3+O=2O2
O+O+M=O2+M
Bu reaksiya “Çepmen sikli” adlandırılır.
Ozon qatının qalınlığı normal şəraitdə 2,5-5 mm arasında olur. Onun 40-50% azalması “Ozon yarığı” sahəsi adlandırılır.
Ozon qatının dağılma səbəbi stratosferə olan xlorflorkar- bon (XFK) birləşmələrinin təsiridir. Bu nəticəyə, birinci dəfə 1974-cü ildə Amerikan alimləri Ş.Roulend və M.Molina gəlmiş və buna görə də, onlara Nobel mükafatı verilmişdir. XFK atmosferin yuxarı qatına qalxaraq ozon qatını dağıdır. Ozon qa- tı yer kürəsini ultrabənövşəyi şüalardan mühafizə edir. Ozon qatının dağıdan Freon F-11 ve F-12-nin təsir müddəti 70-100 ildir.
XFK yüksək stabilliyə malik olan birləşmədir. O, atmosferin aşağı qatında günəş şüalarının uzun dalğalarını udmaq və unların təsirinə məruz qalmaq qabiliyyətinə malik deyillər. XFK atmosferin yuxarı qatına qalxaraq, qısa dalğalı şüalar təsirindən öz tərkibində olan xloru ayırır. Ayrılmış xlor və O3 reaksiyaya girir:
Сl+O3=СlO+O2
СlO+O=Сl+O2
Ayrılmış bir atom Cl 100000 molekul О3 dağıtmaq qabiliyyətinə malikdir. Stratosferdə ozonun azalması insanlarda dəri xərçənginin və gözlərdə katarakt xəstəliyinin yaranmasına səbəb olur. BMT-nin rəsmi məlumatına görə ozon qatının 1% azalması 100 min katarakt xəstəlinin və 10 min dəri xərçənginin yaranmasına səbəb olur. Amerikan alimləri müəyyən etmişlər ki, ozonun hər bir azalma faizi ekvator zonasında xəstəliklərin 4-5% artmasına, insanların və heyvanların xəstəliklərə qarşı immunitetlərinin azalmasına səbəb olur. Son 10 il ərzində Amerikada “melanoma” adlandırılan dəri xərçənginə tutulanların sayı 3-7% artmışdır.
Ozonun azalması atmosferin parnik effektinin artmasına, torpağın məhsuldarlığının azalmasına, ətraf mühitin ümumi çirklənməsinə səbəb olur.
1985-ci ildə Venada ozon qatının mühafizəsi haqqında Konvensiya qəbul edilmişdir. 1987-ci ildə isə Monrealda ozondağıdıcı maddələrin atmosferə atılmasının azaldılması haqqında protokol imzalanmışdır. Buna baxmayaraq Dünya üzrə freonun 2/3 hissəsini işlədən Avropa ölkələri bu qərarlara bu günə qədər tam riayət etmirlər.
Cənub yarım kürəsində “ozon yarığının” ümumi sahəsi 1995-ci ildə 10 min km2 olmuşdur. Amerika mütəxəssisləri belə hesab edirlər ki, əgər bütün ölkələr protokollara riayət etsələr onda freonun atmosferə daxil olması dayandırılar və XXI əsin ortalarında 30 il bundan əvvəlki ozon qatı bərpa olunar. Atmosferə atılan çirkləndirici maddələrin zəhərlilik dərəcələri və onların təhlükə törətmə sinfi aşağıdakı cədvəldə verilmişdir (cədvəl 3.2).
Ümumiyyətlə, bütün maddələrin buraxıla bilən qatılığı üçün ən aşağı qatılıq (təhlükə törədə bilən) götürülür. İki cür buraxıla bilən qatılıq istifadə olunur. Maksimal birdəfəlik (20- 30 dəqiqəlik) və orta sutkalıq.
Müəssisələr üçün hər bir maddənin atmosferə atılan buraxıla bilən həddi müəyyən edilir (ABH).
Qeyd etmək lazımdır ki, ABH təyin edilərkən atmosferə atılan zərərli maddənin qatılığı yox, onun havada olan qatılığı əsas götürülür və normalaşdırılır.
Cədvəl 3.2.
Çirkləndiricilərin atmosferdə orta sutkalıq qatılığı
Havanı cirkiəndirən əsas maddələr
|
Təhlüəiik sinfı
|
Göstərilən konsentrasiyadan yuxarıda hava qatının vəziyyəti
|
Təhlükə törədə bilən, mq/m3
|
Təhlükəli, mq/m3
|
Fövqalədə təhlükəli, mq/m3
|
1
|
2
|
3
|
4
|
5
|
Qeyri üzvü tozlar
|
IV
|
0,15
|
0,75
|
3,75
|
Kükürd qazı
|
III
|
0,05
|
0,2
|
0,38
|
Azot oksidi
|
II
|
0,085
|
0,255
|
0,765
|
Karbon oksidi
|
IV
|
3,0
|
5,0
|
25,0
|
Кarbohidrogenlər
|
IV
|
1,5
|
7,5
|
37,5
|
His
|
III
|
0,05
|
0,25
|
1,25
|
Fenol
|
III
|
0,01
|
0,04
|
0,16
|
Qurğuşun
|
I
|
0,0007
|
0,00126
|
0,00224
|
Hidrogen sulfıd
|
II
|
0,008
|
0,024
|
0,072
|
Ammonyak
|
IV
|
0,02
|
1,0
|
5,0
|
Kükürd turşusu
|
II
|
0,1
|
0,3
|
0,9
|
Xlor turşusu
|
II
|
0,2
|
0,6
|
1,8
|
Formaldehidlər
|
II
|
0,012
|
0,036
|
0,108
|
Civə
|
I
|
0,0003
|
0,00054
|
0,00096
|
Flor birləşmələri
|
II
|
0,005
|
0,015
|
0,045
|
Atmosferə atılan buraxıla bilən hədd (ABH) aşağıdakı düsturlar vasitəsilə hesablanır.
İsti tullantılar üçün:
Soyuq tullantılar üçün:
Bir neçə mənbəyin eyni zamanda tullantıları üçün:
burada – mənbəyin yer səthindən məsafəsi, m;
– qaz qarışığının həcm sərfi, m3/san;
– tullantı qazın və havanın temperaturlar fərqi, C°;
– zərərli maddələrin üfüqi və şaquli çökməsini müəyyən edən atmosferin temperatur qradiyentindən asılı əmsal;
– zərərli maddələrin havada çökmə sürəti;
və – mənbədən qaz qarışığının çıxma şəraitindən asılı olan əmsallar;
– mənbəyin diametri;
– qaz qarışığının həcmi, cəmi, m3/s;
;
, ... – hər bir mənbədən atılan qazın həcmi sərfi.
Hesablama zamanı fondda olan zərərli qazların qatılığı da nəzərə alınmalıdır. Yəni:
(3.6)
olmalıdır.
burada – təmiz havada olan qazın qatılığı;
– mənbədən atılan qazın qatılığıdır.
Ətraf mühiti çirkləndiricilərindən ən çox təhlükəli olanı qatılığın radiasiyasıdır.
Dostları ilə paylaş: |