Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


MÜHAZİRƏ 4 Əmək mühafizəsi üzrə qanunvericilik



Yüklə 3,52 Mb.
səhifə32/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   28   29   30   31   32   33   34   35   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

MÜHAZİRƏ 4
Əmək mühafizəsi üzrə qanunvericilik
4.1. Əmək mühafizəsinin hüquq və təşkilatı məsələləri
Əmək mühafizəsinin hüquq məsələləri Azərbaycan Res­pub­li­kası Əmək qanunvericiliyi sisteminə daxil olan normativ-hüquqi aktlar əsasında müəyyənləşdirilir.
Azərbaycan Respublikası Əmək qanunvericiliyi sistemi Azərbaycan Respublikası Konstitusiyasından və Azərbaycan Respublikası Əmək Məcəlləsindən, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində qəbul etdikləri norma­tiv hüquqi aktlardan, əmək və sosial-iqtisadi məsələlərlə əlaqə­dar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasında Respublika vətəndaşlarının əsas hüquq və vəzifələri ilə yanaşı, əmək mühafizəsinə dair tələblər də qanunlaşdırılmışdır.
Konstitusiyaya görə, Azərbaycan Dövləti əmək şəraitinin yaxşılaşdırılması və əmək mühafizəsi, onun elmi təşkili, bütün təsərrüfat sahələrində istehsal proseslərini kompleks mexanik­lə­­ş­dirmək və avtomatlaşdırmaq əsasında ağır fiziki əməyin azaldılması, sonra isə tamamilə aradan qaldırılması qayğısına qalır.
Azərbaycan Respublikası Konstitusiyasına görə, Respub­lika vətəndaşları əmək hüququna, yəni əməyin kəmiyyət və keyfiyyətinə uyğun və dövlət tərəfindən müəyyən edilmiş minimum məbləğdən aşağı olmamaqla haqqı ödənilən təminatlı iş almaq hüququna, o cümlədən həvəsinə, qabiliyyə­tinə, peşə hazırlığına, təhsilinə münasib olaraq, peşə məşğuliy­yət növü və iş seçmək hüququna malikdirlər.
Bu hüquq məhsuldar qüvvələrin durmadan artması, pulsuz peşə təlimi, əmək ixtisasının artırılması və yeni ixtisasların öyrədilməsi, peşə seçməkdə istiqamətləndirmə və işə düzəltmə sistemlərinin inkişaf etdirilməsi vasitəsilə təmin olunur.
Azərbaycan Respublikasının Konstitusiyasının ikinci bölməsində fəhlə və qulluqçular üçün 40 saatdan çox olmayan iş həftəsi müəyyən edilməsi, bir sıra peşələr və istehsalatlar üçün qısaldılmış iş günü, gecə vaxtı iş müddətinin qısaldılması, hər il haqqı ödənilən məzuniyyət verilməsi, hər həftə istirahət günləri verilməsi göstərilmişdir. Burada, həmçinin, mədəni-maarif və sağlamlıq müəssisələri şəbəkəsinin genişləndiril­məsi, kütləvi idmanın, bədən tərbiyəsinin və turizmin inkişaf etdirilməsi, yaşayış yerində istirahət üçün əlverişli imkanlar və asudə vaxtdan səmərəli istifadə üçün digər şərait yaradılması, pulsuz tibbi yardım göstərilməsi, vətəndaşları müalicə edən və onların sağlamlığını möhkəmləndirən müəssisələr şəbəkəsinin genişləndirilməsi, təhlükəsizlik texnikasının və istehsalat sanitariyasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, ətraf mühiti sağlamlaşdırmaq tədbirləri, təlimlə və əmək tərbiyəsilə əlaqəsi olmayan uşaq əməyinin qadağan olunması tələbləri öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən yaranan digər hüquq münasibətlərini tənzim edir, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasi­bət­lərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olun­ma­sı ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyatı tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə edilməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq Əmək Təşkilatı­nın konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar Əmək Məcəlləsində təsbit olunmuşdur.
Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, Əmək məcəlləsi ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti vahid siyahıları təsdiq edir. Buraya, ağır əmək şəraiti, insan orqaniz­mi üçün təhlükəli və zərərli olan istehsalatların və iş yerlərinin, yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin, işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların və iş yerlərinin siyahıları daxil edilir. Nazirlər Kabineti tərəfindən həmçinin qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən istehsalatların, istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükəli maddələrin, peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin siyahıları təsdiq edilmişdir.
Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu nazirlik əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində digər nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin və idarələrin vəzifələ­rini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir, əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir.
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitə­ləri və idarələri, habelə dövlət konsernləri, şirkətləri vəbirlikləri öz səlahiyyətləri daxilində, həmkarlar ittifaqları təşkilatlarının, işəgötürənlərin, nümayəndəli orqan­larının iştira­kı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin müvafiq iş yerlərində həyata keçirilməsinin əsas istiqamətlərini müəyyən edir və bu sahədə nəzərdə tutulan tədbirləri həyata keçirir, əməyin mühafizəsi üzrə sahə standartlarını, normala­rını, qaydalarını, normativ hüquqi aktları hazırlayır və müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin edirlər.
Bələdiyyə orqanları əməyin mühafizəsi sahəsində dövlət siyasətini tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər. Onlar əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır vəyerinə yetirirlər. Regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün, onların pay iştirakı və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunveri­ciliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini həyata keçirirlər.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin