Ca (НСО3)2 → Ca CO3 + CO2 + H2O
– Həll olmuş oksigen. Suyun temperaturundan və barometrik təzyiqdən asılıdır, mq/ℓ;
– Oksigenə olan bioloji tələbat. Tullantı sular tərkibində olan mikroorqanizmlər tərəfindən udulan oksigendir. Bunun üçün, kriteriya 20°C temperaturda suda həll edilmiş oksigenin miqdarının 5 və ya 20 sutkadan sonra azalma miqdarı götürülür.
Mənşəyinə görə tullantı suları 3 qrupa bölünür: məişət tullantı suları, atmosfer və sənaye tullantı suları.
Su hövzələrində biokimyəvi proseslərin düzgün getməsi və suyun özünü normal təmizləməsi üçün, onda həll olmuş formada olan oksigenin miqdarı kifayət qədər olmalıdır. Əks halda, suda olan orqanizmlər məhv olar, üzvü maddələr parçalanar və suyu çirkləndirən yeni maddələr əmələ gələr.
Sanitar normasına görə, təbii su hövzələrində oksigenə olan bioloji tələbat 3-6 mq O2/ℓ-dən artıq olmamalıdır. Tullantı sularında bu rəqəm 200-300 mq/ℓ həddində olur. Bu hal, belə suların təmizlənməsi və ya ona həlledicilərin əlavə edilməsini tələb edir.
Su hövzələrinə axıdılan tullantı sularının yarısından çoxu demək olar ki, təmizlənməmiş axıdılır. Onların təmizlənməsi təmiz suyun əlavə edilməsi və özünü təmizləmə prosesi ilə baş verir.
Dəniz və okeanların çirkləndirilməsi neft-qaz quyularının qazılması və istismarı zamanı da baş verir. Dəniz neft və qaz yataqlarının işlənməsi zamanı, neftlə dənizin çirkləndirmə mənbəyini iki yerə –“istismar” və “qəza” mənbələrinə ayırırlar. Qazma, istismar, neftin nəqlə hazırlanması zamanı dənizə axıdılan cüzi miqdarda neft “istismar”, tullanış, açıq fontan, sualtı boru kəmərlərinin partlaması zamanı dənizə axıdılan neftin mənbəyi “qəza” mənbəyi adlandırılır.
Məlumdur ki, dəniz neft yataqlarının kəşfi və işlənməsi zamanı, kimyəvi birləşmələrin tətbiqilə aparılan müxtəlif əməliyyatlar dənizi çirkləndirən mənbələr rolunu oynayırlar. Bu hal, xüsusilə quyuların qazılması prosesinə aid edilə bilər.
Geoloji cəhətdən mürəkkəb olan yataqlarda kəşfiyyat və istismar quyuları qazan zaman, yuyucu məhlulun keyfiyyətinə xüsusi tələb irəli sürülür. O, müxtəlif kimyəvi maddələrlə işlənilir və hazırlanır.
Yuyucu mayenin struktur-mexaniki xassəsini tənzim etmək üçün, üzvü və qeyri-üzvi kimyəvi birləşmələrdən istifadə edilir. Bunlardan okzil, sunil, nitroliqnin, KMS, PFLX, sulfanol, qrafit, neft, kaustik soda, paltar sodası, kalsium-xlor, xrompik, gips, alebastr və s. göstərmək olar. Yuyucu mayeləri ağırlaşdırmaq üçün, əsasən, barıtdan istifadə edilir. Barıtın miqdarı, yuyucu mayenin lazım olan sıxlığından asılı olaraq götürülür və bu, bəzən 35%-ə qədər çatır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kimyəvi işlənmiş və ağırlaşdırılmış yuyucu mayelər və həmçinin, onların tərkibinə daxil olan kimyəvi reagentlər və barıt balıqlara və onların yem bazası olan onurğasızlara məhvedici təsir göstərir.
Laboratoriya tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, qazılmış süxur tərkibində, kimyəvi işlənmə intervalında 30-90% gil, 10-30% ağırlaşdırıcı, 8%-ə qədər üzvi mənşəli kimyəvi reagent, о cümlədən 4 %-ə qədər neft, 6%-ə qədər suda həll olan duzlar olur. Bu reagentlərin BBQ-ı aşağıdakı hədd daxilində olmalıdır:
Gilli məhlul, q/l
|
0,5 – 1,0
|
Qazıma şlamı, q/1
|
0,5-dən az
|
Barıt, q/l
|
0,5
|
КMS, mq/1
|
0,3 – 0,4
|
Nitroliqnlin, mq/1
|
0,3 – 0,4
|
PFLX, mq/1
|
0,05 – 0,07
|
SSB, mq/1
|
0,1 – 0,2
|
Xrompik, q/1
|
0,01 – 0,02
|
Əhəng, q/1
|
0,005-ə qədər
|
Xörək duzu, q/1
|
0,005-ə qədər
|
Tərkibində kimyəvi, işlənmiş və ağırlaşdırılmış yuyucu maye olan qazılmış süxur dənizə titrəyən ələkdən və nov sisteminin təmizlənməsi zamanı tökülə bilər. Kimyəvi işlənmiş yuyucu maye ilə çirklənmiş tullantı sularının dənizə tökülməsi ələyin torunun və döşəmənin yuyulması, həmçinin, qazıma nasosunun ştokunun soyudulması zamanı baş verir. Tullantı sularının tərkibində kimyəvi maddələrin miqdarı BBQ-dan yüksək olduqda, dəniz canlılarına məhvedici təsir göstərə bilər.
Suların bu və ya digər maddələrlə çirklənməsi zamanı, təhlükə təkcə ilk mərhələdə baş vermir. O, həmçinin, çirkləndirici maddənin xüsusiyyətindən asılı olaraq yaranmış kimyəvi reaksiya məhsulları olan maddələrin təsirindən baş verə bilər.
Dənizin çirklənməsinə başlıca səbəb təzahür, tullanış və açıq fontanla əlaqədar olan qəzalardır. Təzahür və açıq fontanın qabağını almaq ətraf mühitin mühafizəsinin əsas şərtlərindən biridir. Quyuların qazılması zamanı təzahür, lay agentlərinin yuyucu məhlula daxil olaraq yer üzərinə qalxmasıdır.
Açıq fontan quyuağzından neftin, qazın və suyun idarə olunmayan axınıdır.
Qrifon, məhsuldar qatdan neftin, qazın və suyun çatlar və kanallar vasitəsilə yer səthinə axmasıdır.
Açıq fontanın ləğvi müddəti müxtəlif faktorlardan asılı olaraq, bir neçə aya qədər davam edir. Bu, başlıca olaraq, fontanın mürəkkəbliyindən və qrifon yaranmasından asılıdır. Fontan məhsulu olan neft, küləyin və dəniz dalğalarının təsirilə dəniz səthində yayılaraq, geniş sahəni əhatə edir. Açıq fontan yer dərinliyinə və ətraf mühitə həddindən artıq ziyan vurur.
Okean və dənizlərin çirklənməsinin başlıca səbəblərindən biridə dəniz neft nəqliyyat vasitələridir. 1973-cü ildə “MARPOL-73/78” konvensiyası qəbul edilmişdir. Konvensiya dənizdə neftin nəqli üçün tələblər irəli sürmüşdür.
Sahil sularının AES tullantı suları vasitəsilə radioaktiv çirklənməsi baş verir. Radioaktiv izotoplar su biotopları və dib çöküntüləri tərəfindən tez bir zamanda mənimsənilir. Bunun nəticəsində, suyun özündə radioaktivlik azalır. Ancaq, su fauna və floralarında radioaktivlik bir neçə dəfə normadan artıq olur.
Radioaktiv maddələrin biotop və dib çöküntüləri tərəfindən udulma miqdarı suyun PH-dan, dib çöküntülərinin xassə- sindən, ilin fəslindən, temperaturdan və s. asılıdır.
Məsələn, Co-60, Sr-90, Cs-197-nin su otları tərəfindən udulma dərəcələri işıqdan asılıdır.
Bitkilərin canlı lifləri Ғе-59-u özündə yaxşı saxlayır və s.
Dostları ilə paylaş: |