1.4. Təhlükəsizliyin təmin olunmasının vasitələri və etibarlılığı
Təhlükəsizliyin təmin olunma vasitələri prinsip və üsulların konkret yerinə yetirilməsinə yönəldilən konstruktiv, təşkilati və fiziki tədbirlərdən ibarətdir.
Bu vasitələr kollektiv və fərdi mühafizə vasitələrinə bölünür. Kollektiv və fərdi mühafizə vasitələri, öz növbəsində, təhlükələrin xarakterindən, konstuktiv həllindən, tətbiq olunduğu sahədən asılı qruplara bölünürlər.
İstehsalatın təhlükəsizliyinin təmin olunmasında avtomat vasitələrin tətbiqi və onların işinə nəzarət sistemi mühüm rol oynayır. Bu vasitələr ən vacib hesab edilən etibarlılıq keyfiyyətinə malik olmalıdır. Etibarlılıq, prosesin gedişi vaxtı qəbul olunan rejim üzrə texniki xidmət, təmir, nəqletmə proseslərində lazımi göstəriciləri verilən hədlər daxilində saxlamaq nəzərdə tutulur.
Təhlükəsizlik vasitələri, adətən, iki vəziyyətdə - gözləmə və icra rejimində olur. Gözləmə rejimində sistemin pozuntusu funksional işdənçıxma adlanır.
Təhlükəli halları aradan qaldırarkən qoruyucu vasitələrin iş qabiliyyətlərinin pozulması texnoloji işdənçıxma, etibarlılığı isə texnoloji etibarlılıq adlandırılır. Texnoloji işdənçıxmalar ölçü, qüvvə və vaxt göstəricilərinin təsiri ilə əlaqədar yarana bilər.
Etibarlılığı qiymətləndirmək və xarakterizə etmək üçün bərpa olunmayan sistemlərin göstəricilərindən və bərpa edilən sistemlər üçün təmirə yararlılıq parametrlərindən istifadə olunur.
Təmirə yararlılıq parametrləri sistemin təmir və texniki xidmət vasitələrinin işdən çıxmalarının aradan qaldırmaq xüsusiyyətini xarakterizə edir. Burada etibarlılıq göstəricilərindən istifadə olunur.
Təhlükəsizlik vasitələrinin işdən çıxmalarının təhlili göstərir ki, onlar gözlənilmədən və bir-birindən asılı olmadan baş verir. İşdən çıxma və bərpa olunma prosesləri adi, sadə və daimi (stasionar) xarakterə malikdirlər. Ona görə də, təhlükəsizlik vasitələrinin müntəzəm işləmə ehtimalı eksponensial paylanma qanunuilə ifadə olunur:
P(τ) = e-λτ (1.2)
burada: P(τ) – eksponensial paylanmanın parametridir (işdən çıxmaların intensivliyidir). İşdən çıxmaların sadə və daimi olduqlarını nəzərə alsaq, onda müntəzəm işləmənin orta vaxtı:
T = 1/λ yaxud λ = 1/ T (1.3)
Bu halda, P(τ) – müntəzəm iş ehtimalı, Τ – sistemin müntəzəm iş dövrü, λ(τ) – τ müddəti ərzində işdənçıxma intensivliyi, τ – müntəzəm işləmənin orta vaxtıdır.
Ümumi işdənçıxma prosesində, gözlənilmədən işdənçıxmadan başqa, tədricən işdən çıxma da mövcuddur. Tədrici işdən çıxmalar hissələrin yeyilməsi, köhnəlməsi, korroziyası və digər dönməyən proseslər nəticəsində baş verir.
Tədricən işdənçıxmada qurğuların müntəzəm işləmə vaxtının bölüşdürülməsi ən çox normal paylanma qanununa tabedir.
Qurğular layihələndirildikdə “zəif element” ayrılır və onun üçün yükün xarakterindən asılı olaraq, möhkəmliyin əsas kriteriyalarına görə normal paylanma təyin edilir və bu əsas da müntəzəm işləmənin ehtimalı tapılır.
Dostları ilə paylaş: |