Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Həyat fəaliyyətinin idarə olunmasının metodiki əsasları



Yüklə 3,52 Mb.
səhifə5/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   2   3   4   5   6   7   8   9   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Həyat fəaliyyətinin idarə olunmasının metodiki əsasları

Həyat fəaliyyətinin idarə olunması dedikdə, nəzərdə tutulan məqsədə çatmaq üçün “insan – mühit” sistemində təşkilati işlər nəzərdə tutulur. Başqa sözlə, obyekti bir vəziyyətdən (təhlükəli) digər vəziyyətə (az təhlükəli) keçirmək deməkdir. Bu prosesdə iqtisadi və texniki məqsədəuyğunluq əsas götürülməlidir. Həmçinin aşağıdakı tələblər yerinə yetiril­məlidir:



  • qərarların qəbul olunma prosesi sonuncu məqsədlərin dəqiq müəyyən olunması ilə başlanmalıdır;

  • bütün problem tam şəkildə araşdırıllmalıdır;

  • məqsədə çatmaq üçün alternativ yollar təhlil edilməlidir;

  • cari məqsədlər ümumi məqsədin tərkib hissəsi olmalıdır.

Bu tələblərin icrası ilə reallıq, effektivlik və nəzarət şərtləri də ödənilməlidir.
Həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması aşağıdakı mərhələlərdən ibarətdir:

  • obyektin vəziyyətinin təhlili və qiymətləndirilməsi;

  • idarəetmənin məqsəd və vəzifələrinə nail olmaq üçün tədbirlərin planlaşdırılması və proqnoz verilməsi, idarə olunan və idarəedici sistemlərin müəyyənləşdirilməsi;

  • idarəetmənin təşkilinin yerinə yetirilməsinin nəzarət sistemi ilə yoxlanılması;

  • tədbirlərin səmərəliliyinin müəyyən edilməsi.

Bu problemləri müvəffəqiyyətlə həll etmək üçün işçilərə həvəsləndirmə formalarının tətbiqi.
HFT-nin idarə olunması vasitələri fizioloji, psixoloji, sosial, tərbiyəvi, erqonomik, ekoloji, tibbi, mexaniki, operativ- təşkilati, hüquqi və iqtisadi sahələri əhatə edir. Hər bir sahə geniş idarəetmə sistemlərinə malikdir.Bunlara ümumi təhsil, peşə üzrə təhsil və kadrların seçməsi, əmək və istirahətin səmərəli təşkili, kollektiv və fərdi mühafizə vasitələri, texniki və təşkilati güzəştli təminat və s. misal ola bilər.









Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin