Fosforun dövretməsi. Fosfor canlı orqanizmlərin qidasında və bitkilərin inkişafında böyük rol oynayan bir elementdir.
Fosforun əsas mənbəyi keçmiş geoloji əsrlərdə yaranmış dağ süxurları və digər çöküntülərdir. Mineral fosfor bir çox dağ süxurlarının tərkibinə daxildir. Bu süxurlar erroziyaya məruz qaldıqda su hövzələrinə axıdılır və orada lil şəklində çökür.
Fosfor canlı orqanizmlərin sümüklərinə və toxumalarına üzvü birləşmələrin tərkib hissəsi kimi daxil olur.
Üzvü birləşmələrin minerallaşdırılması və canlı orqanizmin çürüməsi (parçalanması) nəticəsində fosfor fosfat şəklində yenidən bitkilər tərəfindən istifadə olunaraq dövrü sistemə qoşulur.
Fosforun dövrü sistemdən çıxmasına əsas səbəb, onun dibdə çökməsidir. Müəyyən edilmişdir ki, fosforun dövrü sistemə kifayət qədər qayıtmayan miqdarını texnogen tullantılar belə əvəz edə bilmir.
Quş və balıq ovu təbiətin fosfor balansını pozur. Müəyyən edilmişdir ki, ildə balıq ovundan 60000 ton fosfor quruya geri qayıdır. Gübrə üçün 1-2 mln ton fosforlu süxur çıxarılır. Bu fosforların çox hissəsi yuyularaq su hövzələrinə axıdılır və beləliklə dövrü sistemdən çıxarılır.
Həyatı əhəmiyyət kəsb edən fosforun dövretməsinin yax- şilaşdırılması günün əsas tələblərindən biridir.
Suyun dövretməsi.Su biosferin əsas hissəsini təşkil edir. Bütün canlı orqanizmlərin tərkibinin 90%-i sudan ibarətdir. Yer üzərində su okeanlarda, buzlaqlarda, çaylarda, göllərdə, digər su hövzələrində, litosferin yuxarı hissəsində məsamələrdə və s. yerləşir.
Su bütün mənbələrdən buxarlanaraq atmosferə qalxır, orada kondensasiya olaraq son nəticədə çöküntü formasında su obyektlərinə qayıdır. Bu proses “Suyun böyük dövretməsi” adlanır. Buxarlanaraq öz mənbəyinə qayıtmayan, lakin, digər sahəyə çökən suyun dövrü “kiçik dövretmə” adlanır.
Biosenoz həddində suyun dövretməsində “tutma”, “transpirasiya”, “infıltrasiya” və “yığılma” proseslərinin böyük əhəmiyyəti vardır. “Transpirasiya” qrunt sularının bir hissəsinin buxarlanaraq atmosferə qayıtma prosesidir. “Tutma” yağan çöküntünün yer üzərinə çatmamış bitkilər tərəfindən tu- tulmasıdır. “İnfiltrasiya” torpaq üzərində olan suyun torpağa hopmasıdır. “Yığılma” dedikdə, torpağın səthində toplanan su başa düşülür.