8.4. Sıxılmış, həll olmuş və mayeləşdirilmişqazlar üçün balonlar
Balonlar sıxılmış (oksigen, hidrogen, azot, hava və s.) mayeləşdirilmiş (karbohidrogen qazları, ammiak, xlor) və həll olmuş (asetilen) qazların nəqli və saxlanması üçün tətbiq edilir.
Sıxılmış qaz doldurulmuş balonlarda təzyiq 15МPа qədər olur. Buna görə də, onları, əsasən, tikişsiz bütöv borulardan hazırlayırlar. Təzyiqi 3МPа qədər olan qaz balonlarını qaynaq tikişli borulardan hazırlamağa icazə verilir.
Balonlar doldurulub-boşaldılma ventilləri ilə təchiz edilirlər. Hidrogen və başqa yanar qaz doldurulmuş balonların yan çıxış xətti sol yiv, oksigen və başqa yanmayan qaz balonlarının çıxış xətti isə sağ yiv ilə təchiz edilir. Bu, hər balonun ona zidd olan sahədə tətbiq edilməsi üçün zamin yaradır. Balonların yan ventillərinin çıxışı qapayıcılarla, ventilin özü isə metal və ya plastmas örtüklə qorunurlar.
Balonların vertikal vəziyyətdə dayanıqlığını təmin etmək üçün onlar polad başmaqla təmin olunurlar.
Mayeləşdirilmiş qazla doldurulan balonlarda ümumi həcmin 10%-i boş saxlanılmalıdır. Əks halda, temperaturun artması balon daxilindəki təzyiqin artmasına və onun partlamasına səbəb ola bilər.
Sıxılmış, mayeləşdirilmiş və həll olmuş qazlar üçün hazırlanan balonlar qazın tipinə uyğun müvafiq rənglərlə rənglənirlər.
Cədvəl 1-da qazın növündən asılı olaraq tətbiq edilən balonların rəngi, işarələri və qeydləri verilmişdir. Balonların rənglənməsi, yağlı və nitro rənglərlə aparıla bilər.
Balonun yuxarı sferik hissəsinə aşağıdakı göstəricilər həkk olunur:
- hazırlanan zavodun işarəsi;
- balonun nömrəsi;
- boş balonun kütləsi, (N);
- hazırlanma tarixi və növbəti müayinə ili;
- işçi təzyiqi, (P, МPа);
- hidravliki sınaq təzyiqi, (P, МPа);
- balonun həcmi, (l);
- zavod ТNŞ işarəsi.
Balonların partlayış təhlükəsi onların daxilindəki qazın tipindən asılı deyildir. Onların partlamasının başlıca səbəbi müəyyən yüksəklikdən düşməsi və yaxud zərbədən gövdəsinin zədələnməsindən ibarətdir. Bu hal öz təsirini qabdaxili temperatur 300C-dən yüksək olduqda daha kəskin göstərir.
Balonların həddindən artıq doldurulması da onların partlamasına səbəb ola bilər.
Balondan çıxan oksigen axın hissəsində olan yağla birləşərək alışır və balonun partlamasına səbəb olur.
Balon daxilində olan hidrogen 1%-dən çox oksigenlə qarışdıqda, balon daxilində pas yığıldıqda o, partlamaya məruz qalır. Asetilenin saxlanması və nəqli üçün xüsusi balonlardan istifadə edilir.
Oksigen balonlarının daxilinə və yaxud onun ventilinə yağ və yaxud yağlı maddə düşdükdə, birləşmə yerlərinə yağlı araqatları işlətdikdə, onlar partlayışa düçar ola bilərlər.
Cədvəl 1
Balonların markaları
Qaz
|
Balonun rəngi
|
Üzərindəki yazı
|
Yazının rəngi
|
Üzərində çəkilmiş xəttin rəngi
|
Azot
|
qara
|
Azot
|
Sarı
|
qəhvəyi
|
Ammiak
|
sarı
|
Ammiak
|
Qara
|
-
|
Arqon təmizlənməmiş
|
qara
|
Arqon təmizlənməmiş
|
Ağ
|
Ağ
|
Arqon texniki
|
qara
|
Arqon texniki
|
Göy
|
Göy
|
Arqon təmiz
|
boz
|
Arqon təmiz
|
Yaşıl
|
Yaşıl
|
Asetilen
|
ağ
|
Asetilen
|
qırmızı
|
-
|
Butilen
|
qırmızı
|
Butilen
|
Sarı
|
Qara
|
Neft-qaz
|
boz
|
Neft-qaz
|
qırmızı
|
-
|
Butan
|
qırmızı
|
Butan
|
Ağ
|
-
|
Hidrogen
|
tünd yaşıl
|
Hidrogen
|
qırmızı
|
-
|
Hava
|
qara
|
Sıxılmış hava
|
Ağ
|
-
|
Oksigen
|
mavi
|
Oksigen
|
Qara
|
-
|
Hidrogen sulfid
|
ağ
|
Hidrogen sulfid
|
qırmızı
|
Qırmızı
|
Kükürd anhidrid
|
qara
|
Kükürd anhidrid
|
Ağ
|
Sarı
|
Fosgen
|
xaki
|
-
|
-
|
Qırmızı
|
Freon-11
|
alümin
|
Freon-11
|
Qara
|
Göy
|
Freon-12
|
“----“
|
Freon-12
|
“----“
|
-
|
Freon-13
|
“----“
|
Freon-13
|
“----“
|
2 qırmızı
|
Freon-22
|
“----“
|
Freon-22
|
“----“
|
3 sarı
|
Xlor
|
xaki
|
-
|
-
|
Yaşıl
|
Etilen
|
bənövşəyi
|
Etilen
|
qırmızı
|
-
|
Bu balonlar məsaməli kütlə (aktiv kömür) və həlledici məhlul (aseton) ilə doldurulur. Balonlara vurulan asetilen asetonda həll olaraq onun daxilində olan kömürün məsamələrində paylanılır. Təhlükəsizlik qaydalarında asetilen balonlarının konstruksiyalarına, onların doldurulmasına və müayinəsinə xüsusi tələbat irəli sürülür. Asetilen balonlarında təzyiq 1,6 МPа olur.
Balonların düzgün istismarı üçün onların daxilində qalıq təzyiqi 50 kP-dаn az olmamalıdır. Bu hal imkan verir ki, balon doldurulmazdan əvvəl onun tərkibindəki qaz götürülüb analiz edilsin və eyni zamanda balon daxilinə atmosfer havası daxil ola bilməsin.
İstismarda olan balonlar hər 5 ildən bir texniki müayinədən keçirilməlidir.
Korroziya törədən qazlarla (xlor, fosgen, hidrogen sulfid, hidrogen xlor və s) doldurulmuş balonlar hər 2 ildən bir müayinə edilir. Asetilen balonlarından başqa yerdə qalan balonların müayinəsinə daxil edilir:
- balonun daxili və xarici səthlərinin nəzərdən keçirilməsi;
- həcm və kütləsinin yoxlanması;
- hidravliki sınaq.
Balonların daxili və xarici səthlərinin nəzərdən keçirilməsində məqsəd onlarda olan korroziyanı, çatları, əzik sahələri və s. varlığını aşkar edib onların sonrakı istismara yararlı olub olmamasını müəyyən etməkdən ibarətdir. Balon baxışdan əvvəl yaxşı təmizlənməli su ilə yuyulmalıdır. Lazım olduqda balonlar xüsusi həlledicilərlə yuyulurlar.
Baxış nəticəsində balonun xarici və daxili səthlərində çatlar, əzintilər, boşluqlar aşkar edilərsə və onların dərinliyidivar qalınlığının 10% -ni təşkil edirsə, bu balondan istifadə etmək qadağan edilir. Yiv hissəsində kələ-kötürlük yarandıqda, yiv yeyildikdə və balonun pasport göstəriciləri olmadığı halda da onların istismarına icazə verilmir.
Yuxarıda göstərilən nasazlığa rast gəlmədikdə balonların kütləsi və həcmi yoxlanılır. Kütlənin azalması və həcmin artması halına təsadüf edilərsə balondan kiçik təzyiqlər üçün istifadə edilir, və yaxud o, işə yararsız hesab edilir. Balonların aşağı təzyiqdə istifadə edilməsi halları aşağıda verilmişdir (cədvəl 2).
Cədvəl 2
Balonların aşağı təzyiqdə istifadəsi halları
Kütlənin azalması, %
|
Həcmin artması, %
|
İşçi təzyiqin dəyişməsi
|
7,5-dən 10-dək
|
1,5 - 2,0
|
15% azaltmaq
|
10 - 15
|
2,0 - 2,5
|
50% azaltmaq
|
15 - 20
|
2,5 - 3,0
|
0,6 MPa qədər
|
20-dən çox
|
3-dən çox
|
Balon yararsızdır
|
Balonların sınağı 1 dəqiqə ərzində işçi təzyiqindən 1,5 dəfə artıq təzyiq altında saxlanması ilə aparılır. Bu hidravliki sınaqdan sonra, balon 2 dəqiqə ərzində işçi təzyiq altında saxlanılmalıdır.
Hidravliki sınaqdan sonra, işçi təzyiqdə pnevmatik sınaq aparılır. Bu zaman, onlar dərinliyi 1 m-dən yuxarı olan su vannası içərisinə salınır.
Məsaməli kütlə ilə doldurulmuş asetilen balonları azot vasitəsilə 3,5MPa təzyiqlə sınaq edilir. Bu halda da balon dərinliyi 1m-dən az olmayan su vannası içərisinə salınır. Sınaq üçün istifadə edilən azotun təmizliyi 97%-dən az olmamalıdır.
Dostları ilə paylaş: |