8.8. Korroziya mühafizəsinin təmini
Korroziya bərk cisimlərin xarici səthində ətraf mühitlə qarşılıqlı təsir nəticəsində yaranan kimyəvi və elektrokimyəvi proseslərin dağıdıcı təsir vasitəsidir.Korroziya metal itkisi ilə kifayətlənməyib, möhkəmlik, plastiklik və hermetikliyin pozulması nəticəsində metal konstruksiyaların sıradan çıxmasına, qəzaların törənməsinə əlverişli şərait yaradır.
Mənşəyinə görə korroziyanı iki yerə bölürlər: - kimyəvi və elektrokimyəvi.
Kimyəvi korroziya– korroziya mühitinin metala təsiri nəticəsində baş verir. Bu zaman, metalın oksidləşməsi və mühitin oksidləşdirici komponentinin reduksiyası hissələrə bölünmədən bir akt üzrə gedir.
Kimyəvi korroziya bəzi elektrolit olmayan mayelərin və qazların metal səthinə təsiri nəticəsində də baş verə bilər. Neft məhsullarının tərkibinə daxil olan karbohidrogenlər təmiz halda metala təsir etmir. Ancaq, onların tərkibində kükürdlü birləşmələr olan zaman korroziyaya uğraya bilirlər. Qeyri-elektrolitlərin üzərinə su düşdükdə onların tərkibində olan qarışıqlar hiss olunacaq dərəcədə aktivləşir və bu zaman korroziya prosesinin mexanizmi dəyişilir (kimyəvi korroziya elektrokimyəvi korroziyaya çevrilir).
Hidrogen-sulfid 3500C-dən yuxarı temperaturlarda dəmirə təsir etdikdə dəmir-sulfid əmələ gəlir. Yüksək təzyiq və temperaturda hidrogenlə hidrogenləşmə prosesində hidrogen korroziyası baş verir, o da sementiti (Fe3C) dağıdır və metanı aşağıdakı sxem üzrə çıxarır:
Fe3C+2H23Fe+CH4 (10)
Alınan metan metaldan çıxmır, onun kənarlarında yığılır və kristalarası və ya transkristalla korroziya əmələ gətirir.
Elektrokimyəvi korroziya həlledici elektrolitin metala təsiri nəticəsində baş verir. Bu zaman metal atomlarının ionlaşması və oksidləşdirici komponentin reduksiyası bir akt üzrə getmir və onların sürəti metalın elektrod potensialının böyüklüyündən asılı olur. Elektrokimyəvi korroziya, demək olar ki, iki anod və katodun bir-birindən asılı olmayan, ancaq bir-birinə elektrik balansı vasitəsilə birləşmiş elektrokimyəvi prosesin nəticəsidir. Anod prosesində metal kationları həllediciyə keçir, katod prosesində isə azad olan elektronlar oksidləşərək birləşir (şəkil 5).
Dostları ilə paylaş: |