10.7. Alovlanmanın (partlayışın) konsentrasiya vətemperatur hədləri
Yanar qaz və buxarların hava ilə qarışığının (maye fazası olmadıqda) alovlanması üçün onlar müəyyən nisbətə malik olmalıdır ki, bu da konsentrasiya üzrə partlayış həddini göstərir.
Buxar və qazların partlayışının qarşısını almaq üçün, onların konsentrasiya və temperatur hədlərini bilmək lazımdır. Alovlanma impulsunun təsiri ilə partlayış baş verə bilən yanar buxarların, qazların və ya tozların havadakı ən kiçik konsentrasiyasına partlayışın aşağı konsentrasiya həddi deyilir. Yanar buxarların, qazların və tozların partlayış verən ən böyük konsentrasiyasına partlayışın yuxarı konsentrasiya həddi deyilir.
Partlayışın aşağı və yuxarı qatılıq həddləri arasındakı intervala onun aralığı deyilir.
Ayrı-ayrı yanar maddələrin yuxarı (Yh) və aşağı (Ah) konsentrasiya partlayış həddini müəyyən etmək üçün aşağıdakı emprik düsturlardan istifadə etmək olar:
və ya ; (10.10)
və ya ; (10.11)
burada N– 1mol qazın yanmasına lazım olan oksigen atomlarının sayı;
– başlanğıc temperaturda 1 mol qazın həcmi;
M– qarışıqda 1 mol yanar komponentin kütləsidir.
Qaz-hava qarışığında bir neçə komponent iştirak edərsə, qarışığın partlayış hədləri Le-Şatelye düsturu ilə müəyyən edilir:
(10.12)
burada – qarışıqdakı yanar komponentin konsentrasiyası, həcmi % - lə;
... – qarışığı təşkil edən hər bir yanar komponentin partlayış həddidir.
Aşağıdakı cədvəldə bəzi maddələrin atmosfer təzyiqində partlayış konsentrasiya hədləri göstərilmişdir (cədvəl 4.3).
İstehsalatda partlayışın və yanğının qarşısını almaq üçün aparatlarda, tutumlarda temperatur və təzyiq elə saxlanılır ki, yanar maddələrin konsentrasiyası partlayışın aşağı həddindən az və yuxarı həddindən çox olsun.
Partlayışın (alovlanmanın) aşağı temperatur həddi elə bir minimal temperaturadır ki, bu temperaturda mayelərdən ayrılan buxar, qapalı həcmdə hava ilə qarışdıqda yaxınlaşdırılan alovlanma impulsu təsirindən alovlanır.
Yuxarı temperatur partlayışın həddi elə bir yüksək temperaturdur ki, bu temperaturda mayedən ayrılan buxar hava ilə qarışdıqda qapalı qabda alovlanma impulsu prosesindən partlayış və alovlanma törənsin.
Cədvəl 3
Maddələrin partlayış konsentrasiya hədləri
Dostları ilə paylaş: |