10.2. Yanmanın növləri
Yanar maddə və oksidləşdirici mühitin fiziki halından asılı olaraq, yanma homogen və heterogen olur. Yanar maddə və oksidləşdirici mühit qaz halında olarsa, homogen, müxtəlif fazalarda (qaz-maye, maye-bərk, qaz-bərk) olduqda isə heterogen yanma baş verir.
Yanma prosesi zamanı, ardıcıl olaraq, yanma qarışığı əmələ gələrək yanma zonasına daxil olarsa, yanma davam edər. Bu prosesə qərarlaşmış yanma prosesi deyilir. Qərarlaşmış yanma diffuzion və kinetik şəkildə olur.
Əgər oksigen yanma zonasına molekulyar diffuziya vasitəsilə daxil olarsa, qərarlaşmış diffuzion yanma, qabaqcadan yanar maddə ilə qarışdırılmış halda yanma zonasına verilərsə, onda qərarlaşmış kinetik yanma baş verər. Yanğın zamanı yanma, əsasən, diffuzion, alovlu və alovsuz olur. Əgər yanar maddə buxarlandıqda və ya parçalandıqda özündən qaz ayırarsa bu zaman yanma alovlu olur. Alov üç hissədən ibarətdir: - yanma buxarı və qazı əmələ gələn zona; yanmanın başlandığı zona; maddənin tam yanma zonası. Alovun birinci zonasında oksigenin lazımi dərəcədə olmaması nəticəsində tam yanma prosesi baş vermir. Alovun mərkəzi zonasınadaxil olan oksigen yanma qarışığı əmələ gətirir.
Yanma prosesi zamanı mayenin üst təbəqəsi alovdan ayrılan istilik hesabına qızaraq onun buxarlanmasına və yanma sürətinin artmasına səbəb olur.
Müxtəlif maddələrin alovu müxtəlif temperatura malikdir. Məsələn, asetilen alovunun temperaturu 2127ºC, kükürd oksidinin 2195ºC, kükürdün 1820ºC, benzin alovunun temperaturu 1400ºC bərabərdir.
10.3. Yanacağın yanma məhsulu, yanma temperaturuvə istiliyi
Yanar maddə tam yandıqda, onun yanma məhsulu karbon iki oksid, su, azot, kükürd anhidridi, fosfor anhidridindən ibarət olur. Tam yanma olmadıqda isə, yanma məhsulunu karbon oksidi, spirt, aldehidlər, bəzi turşular və başqa birləşmələr təşkil edir.
Yanma prosesi yanma məhsulunun yaranması ilə yanaşı, istilik ayrılması ilə də gedir. Yanma istiliyi vahid miqdarda yanar maddənin yanmasından ayrılan istiliyə deyilir.
Tərkibi sabit olmayan işçi yanar maddələrin (daş kömür, neft, ağac və s.) yanma istiliyi D.İ.Mendeleyev tərəfindən verilmiş emprik düsturla təyin edilir:
(1)
burada , , , – uyğun olaraq karbonun, hidrogenin, oksigenin (azotla birgə), uçucu kükürdün %-lə miqdarını göstərir.
Yanma zonasından ayrılan istilik, yanar maddə tərəfindən qəbul edilərək onun qızmasına sərf olunur ki, bu temperatura yanma temperaturu deyilir.
Yanma temperaturu üç yerə bölünür: kolorimetrik, həqiqi və nəzəri temperaturlar.
Yanmanın kolorimetrik temperaturu o temperatura deyilir ki, yanma zamanı ayrılan istiliyin hamısı yanar maddənin qızdırılmasına və ondan yanma qarışığı əmələ gətirməsinə sərf olunur. Bu zaman istiliyin itməsi sıfıra bərabər qəbul edilir. Əgər yanar maddənin və havanın temperaturu 0ºC bərabər götürülsə, onda
olar.
burada – yanar maddənin yanma istiliyi, kkal/mol,
– 1 kq maddənin yanmasından yaranan molların sayı
– havanın başlanğıc temperaturu, °C
Cp – yanar maddənin orta istilik tutumudur,
kkal/mol×dər
Nəzəri yanma temperaturu yanma məhsullarının parçalanmasına sərf olan istilik nəzərə alınmadıqda yaranan temperatura deyilir.
Qeyd etmək lazımdır ki, yanğın zamanı həqiqi yanma temperaturu nəzəri yanma temperaturundan 30-50% az olur. Bu itki, əsasən, ətraf mühitin qızdırılmasına sərf olunur.
Dostları ilə paylaş: |