Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Partlayış haqqında məlumat



Yüklə 3,52 Mb.
səhifə89/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   85   86   87   88   89   90   91   92   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

10.4. Partlayış haqqında məlumat

Yanar qaz və buxar qabaqcadan hava ilə qarışdırılmadan açıq havaya axıdılaraq ona alışma impulsu yaxınlaşdırılarsa, bu zaman sakit yanma baş verəcəkdir. Belə yanmanın sürəti hava oksigeninin yanma zonasına diffuziyasından asılı olacaqdır.


Yanar buxar və ya qaz qabaqcadan hava ilə müəyyən nisbətdə qarışdırılıb alışma impulsuna yaxınlaşdırılarsa, bu zaman partlayışlı yanma baş verəcəkdir ki, bu da böyük sürətə malik olur.
Partlayış vahid zamanda xeyli miqdarda istilik ayrılması və yanma məhsullarının yüksək temperatura qədər qızması ilə gedir. Partlayış hadisəsinin əsas xüsusiyyətlərindən biri, onun qapalı fəzada (aparatlarda, binalarda) qazların qızması nəticə­sində təzyiqin kəskin artmasından ibarətdir.
Buxar, qaz və toz qarışığının partlayışı zamanı yaranan təzyiq, qarışığın miqdarından asılı olaraq, minimal və ya maksimal qiymətə malik ola bilər. Bu qiymətlər, həmçinin qarışığın başlanğıc temperaturu və təzyiqindən də asılıdır.
Partlayış zamanı ayrılan istilik yanma məhsullarının və yanacağın yanması üçün tələb edilən miqdardan artıq olan havanın qızmasına da sərf olunur. Qarışıqda havanın miqdarı­nın artması təzyiqin minimal qiymətə yaxınlaşmasına səbəb olur.
Qaz-hava qarışıqlarının partlayışı zamanı yaranan təzyiq ( ) aşağıdakı düsturlarla təyin edilir:



burada – partlayışdan əvvəl qarışığın temperaturu, K°;


– partlayış zamanı temperatur, K°;
–partlayışın başlanğıc təzyiqi, MPa;
–partlayışdan sonra yanma məhsullarının molekul­ların sayı;
–partlayışdan əvvəl qarışıqdakı molekulların sayı;
– divarların qızmasına sərf olunan istilik itkisini və partlayışdan əvvəl qazın və havanın dissosiasi­ya­sını nəzərə alan əmsaldır (K 0,86÷0,90).

Partlayış zamanı yaranan temperatur belə tapılır:


°C (6)

burada Qn –maddənin yanma istiliyi, kkal;


Ci –yanan maddənin istilik tutumu, kkal/kq·dər;
Giyanan maddənin çəkisidir, kq.
Qarışığın partlaması nəticəsində yaranan həcm belə tapılır:



burada –qarışığın ilk həcmi, m3;
–atmosfer təzyiqi, MPa

Partlayış zamanı təzyiqin maksimal həddə çatma müddəti qarışığın yanma sürətindən və həcmindən asılıdır.


Praktiki olaraq, partlayışın davamı qazlar üçün 0,1san, maye buxarları üçün 0,2¸0,3san, tozlar üçün isə 0,5 san qəbul edilə bilər.
Yanar maddələrin tozları yanğın və partlayış təhlükəlidir­lər. Avadanlıq və aparatlar üzərinə çökmüş bu tozlar közərmə və yanma qabiliyyətinə malik olurlar. Fəzadakı yanar tozlar böyük səthə, kimyəvi aktivliyə və hava ilə partlayış təhlükəli qarışıq yaratmaq qabiliyyətinə malikdir.
Havadakı yanar tozun partlayış təhlükəliliyi onun dispers dərəcəsindən, nəmliyindən, tərkibindəki uçucu maddələrin miqda­rın­dan, istilik impulsunun gücündən, öz-özünə alovlan­ma temperaturundan və başqa amillərdən asılıdır. Havadakı tozun aşağı partlayış həddi kiçik olduqca, onun təhlükəsi daha artıq olur.
İstehsalat binalarında alovlanma və partlayış təhlükəsinə görə tozlar 2 qrupa bölünür:
I – Partlayış təhlükəli tozlar
II – Yanğın təhlükəli tozlar.
Partlayış təhlükəli tozlar özü iki sinifdən ibarətdir. I sinfə aşağı partlayış həddi 15 q/m3-a qədər olan partlayış təhlükəli tozlar (ebonit, kükürd və s.), ikinci sinfə isə aşağı partlayış həddi 16-65 q/m3 olan partlayış təhlükəli tozlar aid edilir.
Yanğın təhlükəli tozlar üçüncü sinfə aid edilir. Buraya öz-özünə alovlanma temperaturu 2500C-yə qədər olan tozlaraid edilir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin