Məqsədli təlimat əməyin mühafızəsi sahəsində ən təhlükəli işlərdə icazə naryadı tələb edilən işlərə göndərilən işçilərə keçilir. Təlimat keçən işçinin təlimatı mənimsəmə səviyyəsini mütləq yoxlamalıdır. Məqsədli təlimatı icazə naryadını verən şəxs aparır. Təlimatın keçirilməsi naryadda qeyd edilir. Görülən işin xarakteri və şəraiti bir neçə dəfə dəyişərsə, məqsədli təlimat da həmin sayda keçirilməlidir.
4. MÜƏSSİSƏLƏRDƏ ƏMƏK MÜHAFİZƏSİNİN TƏŞKİLİ
Müəssisələrdə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur.
Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafızəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir:
a) əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin perspektiv planı.
b) təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin illik planı.
c) sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.
Əmək şəraitinin yaxşılaşdırılması sahəsində əməyin mühafizəsi üzrə illik tədbirlər planı əsasən üç bölmədən ibarət olur:
1. Bədbəxt hadisələrə qarşı tədbirlər;
2. İstehsalat xəstələnmələrinə qarşı tədbirlər;
3. Əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi tədbirlər.
Əmək mühafizəsi sahəsində işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulan tədbirləri düzgün və vaxtında həyata keçirmək üçün pul vəsaiti olmalıdır.
Əmək təhlükəsizliyi standartları sisteminin tətbiqinə ümumi rəhbərlik təşkilatın rəhbərinə və baş mütəxəssisə həvalə olunur. Bu sahədə təşkilati- metodik işləri isə müəssisənin standartlaşdırma xidməti ilə birlikdə əmək mühafizəsi xidməti yerinə yetirir. Təşkilatın rəhbəri standartların siyahısını və tətbiqi qaydasını əks etdirən müvafiq əmr verməlidir.
Müəssisələrdə standartların tətbiqini təşkil etmək üçün aşağıdakı heyətdə komissiya yaradılır: baş (mühəndis) mütəxəssis, (sədr), standartlaşdırma şöbəsinin rəisi, əmək mühafizəsi şöbəsinin rəisi, həmkarlar ittifaqı komitəsinin nümayəndəsi, baş texnoloq və b. mütəxəssislər.
Nəqliyyat müəssisələrində işləyən işçilər daha çox təhlükəyə məruz qalırlar, çünki burada öz-özünə hərəkət edən mexanizmlər, nəqliyyat vasitələrinin təmiri zamanı istifadə edilən ağır alətlər, oda həssas və partlayıcı maddələr, ayrılan zəhərli qazlar, istilik və səs-küyün təsiri və s. həyat üçün təhlükə yaradır.
Müəssisədə istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin sayının azaldılması üçün görülən tədbirlərə məsuliyyət daşıyan şəxs müəssisə rəhbərliyidir. Müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və texniki təhlükəsizliyə nəzarəti gücləndirmək üçün komissiya yaradılır və bu işə ictimai müfəttişlik nəzarət edir.
Dostları ilə paylaş: |