7. MÜƏSSİSƏLƏRDƏ TƏHLÜKƏLİ VƏ ZƏRƏRLİ
İSTEHSALAT AMİLLƏRİ
İnsanın həyat fəaliyyəti dövründə, ona təsir edən amillərin əksəriyyətini onun sağlamlığına, psixiki vəziyyətinə, gələcək nəslinin sağlamlığına mənfi təsir edən amillər təşkil edir. Bu amillər ətraf mühitin mənfi amilləri adlanır. Mənfi amillər iki qrupa bölünür:
Mənfi amillərin zərərli və təhlükəlilərə bölünməsi şərtidir, çünki zərərli amillər müəyyən şəraitdə təhlükəli ola bilər. Həm zərərli, həm də təhlükəli mənfi amillər müxtəlif yaranma mənbəyinə malik ola bilər və uyğun olaraq təbii, texnogen və sosial ola bilər. Təbii amillərin mənbəyi təbii obyektlər, hadisələr və proseslərdir (məsələn vulkanlar, ildırımlar, qar uçqunları və s.), texnogen amillərin mənbəyi texnoloji sahələrdir (məsələn nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri, ofis və məişət texnikası və s.), sosial amillərin mənbəyi cəmiyyət, sosial qruplardır (məsələn terrorizm, narkomaniya, dini zəmində konfliktlər və s.). Texnogen və sosial amilləri bəzi ədəbiyyatlarda bir qrupda – antropogen amillər kimi birləşdirirlər, çünki bu və digəri insanın fəaliyyəti ilə bağlıdır.
Mənfi amillərin insana təsiri bir-birindən ciddi fərqlənə bilər, buna görə də amillər aşağıdakı kimi bölünür:
Dostları ilə paylaş: |