Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə53/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   49   50   51   52   53   54   55   56   ...   154
Havanın nəmliyi. Hava qızdıqda və su buxarları ilə doymuş olduqda insanın ağ ciyərlərində və dərisinin səthində olan nəmliyin buxarlanması çətinləşir, bəzən isə bu heç mümkün olmur. Bu da binanın havasındakı və bədənin səthindəki su buxarlarının elastikləri fərqinin azalması ilə izah edilir. Otaq havasında mütləq nəmlik çox (85% və daha artıq) və temperatur insan dərisinin temperaturuna bərabər olursa, (32 – 33 °C) tərin buxarlanması mümkün olmur, tərləmə davam edir, nəticədə insanda tez yorulma və zəifləmə müşahidə olunur.

Alçaq temperaturlu və yüksək nisbi nəmlikli havada bədən səthindən istiliyin verilməsi güclənir. Havanın nəmliyi mütləq və nisbi qiymətlərlə ölçülür. Havada olan su buxarlarının qramlarla miqdarına mütləq nəmlik deyilir. Nisbi nəmlik ölçü vaxtındakı temperaturda havanın mütləq nəmliyinin maksimal nəmliyinə olan nisbətinə bərabərdir:



burada Bmüt – müəyyən temperaturda havada su buxarlarının həqiqi miqdarı q/kq;



Bmaks – həmin temperaturda havada doymuş su buxarlarının maksimal miqdarıdır, q/kq. Havadakı su buxarlarının maksimal miqdarı və onun temperaturdan asılılığı statistik cədvəldə verilir.

Nəmliyi ölçmək üçün hiqrometr, hiqroqraf və psixrometr işlədilir. Avqust və aspirasiyalı Asman psixrometrlərindən daha geniş istifadə olunur.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin