Hidrotexniki meliorasiya-1 FƏnni üZRƏ imtahan biletlərinin suallari I böLMƏ Asan suallar



Yüklə 29,5 Kb.
tarix11.06.2018
ölçüsü29,5 Kb.
#53330

HIDROTEXNIKI MELIORASIYA-1 FƏNNI ÜZRƏ

IMTAHAN BILETLƏRININ SUALLARI
I BÖLMƏ

Asan suallar

  1. Hidrotexniki meliorasiya fənni və onun məzmunu haqqında ümumi məlumat.

  2. Hidrotexniki meliorasiya fənninin tədris olunmasının məqsədi, qarşısında duran əsas məsələlər və tətbiq sahələri.

  3. Meliorasiyası olunacaq ərazilər üzrə təbii şərait üçün ümumi su balansı tənliyi

  4. Suvarma və onun tətbiqinin əsaslandırılması


Orta suallar

  1. Suvarma meliorasiyasının növləri.

  2. Kənd təsərrüfatı bitkilərinin tam su tələbatı.

  3. .Vegetasiya və dövrü suvarma normaları

  4. Torpağın aktiv hesabı qatındakı maksimum nəmliyə uyğun su həcminin təyini.


Çətin suallar

  1. Torpağın aktiv hesabı qatındakı minimum nəmliyə uyğun su həcminin təyini.

  2. Kənd təsərrüfatı bitkilərinin suvarma rejimi və onun təyini üsulları.

  3. Suvarma rejiminin qrafoanalitik üsulla təyini.

  4. Hidromodul ordinatorlarının hesablanması və hidromodul qrafiklərinin qurulması prinsipləri.

  5. Hidromodul qrafikinin nizamlanması şərti və onun əhəmiyyəti.



II BÖLMƏ

Asan suallar

  1. Əsas suvarma üsulları və texnikaları, onların qısa şərhi.

  2. Öz axını ilə suvarma üsullunda suyun torpağa hopma xüsusiyyətləri.

  3. Səth üsulu ilə suvarmada tətbiq edilən suvarma üsul və texnikaları

  4. Şırım suvarma texnikasının tətbiq olunma şəraiti. Onların dərinliklərinə və ara məsafələrinə görə bölünməsi.


Orta suallar

  1. Şırımın əsas hesabı göstəricilərinin-en kəsik ölçülərinin, uzunluğunun (lş), şırıma verilən su sərfinin (qş), şırıma suyun verilmə müddətinin (tş) təyini.

  2. Zolaq suvarma texnikasının tətbiq olunma şəraiti və orada görülməsi zəruri olan hazırlıq işləri.

  3. Zolağın əsas hesabi göstəricilərinin-zolağın eninin (bz), zolağın uzunlu-ğunun (lz), zolağın vahid eninə veriləcək su sərfinin (qz) təyini.

  4. Şırımların uzunluqlarının (lş) və onlara verilən sərflərin (qş) torpağın su hopdurmasından və maillikdən asılılığı.


Çətin suallar

  1. Zolaqların uzunluqlarının (lz) və onlara verilən sərflərin (qz) torpağın su hopdurmasından və maillikdən asılılığı.

  2. Basdırma texnikası ilə suvarmanın mahiyyəti, onun tətbiq olunma şəraiti

  3. Adi üsulla suvarma suyunun şırım və zolaqlara verilməsi texnologiyası.

  4. Suvarma suyunun şırım və zolaqlara verilməsində elastik və sərt borulardan istifadə.

  5. Suvarma suyunun şırım və zolaqlara verilməsinin mexanikləşdirilməsində sulayıcı aqreqat və qurğulardan istifadə (AŞQ-32 sulayıcısı)

III BÖLMƏ

Asan suallar

  1. Yağışyağdırma üsulu ilə suvarmanın mahiyyəti, müsbət və mənfi cəhətləri.

  2. Yağışyağdırma sistemlərinin növləri və onların tətbiqi prinsipləri.

  3. Yağışyağdırmada yağışın orta qalınlığının təyini

  4. Yağışyağdırmada yağışın orta şiddətinin təyini


Orta suallar

  1. Yağışyağdırıcı taxmalar, aparatlar , onların işləmə prinsipləri, növləri, tətbiq sahələri.

  2. . Yağışyağdırıcı taxmalar, aparatların əsas hesabi göstəriciləri.

  3. Yağışyağdırıcı qurğular, onların işləmə prinsiplərinə və normal işləmələri üçün tələb olunan hidravlik basqıya görə qruplaşdırılması.

  4. Hərəkət etməklə suvarılan DDA – 100 M yağışyağdırıcı aqreqatının texniki göstəriciləri və onun işləmə prinsipi.


Çətin suallar

  1. Hərəkət etməklə suvarılan DDA – 100 MA yağışyağdırıcı aqreqatının texniki göstəriciləri və onun işləmə prinsipi.

  2. DDN – 70 yağışyağdırıcı aqreqatının texniki göstəriciləri və onun suvarma prinsipi.

  3. DDN – 100 yağışyağdırıcı aqreqatının texniki göstəriciləri və onun suvarma prinsipi.

  4. DŞK - 64 - “Volyanka” yağışyağdırıcı maşınının texniki göstəriciləri və onun suvarma prinsipi.

  5. Öz oxu ətrafında fırlanmaqla suvarılan Freqat yağışyağdırıcı maşınının texniki göstəriciləri onun işləmə prinsipi.



IV BÖLMƏ

Asan suallar

  1. DDA - 100 M və DDA – 100 MA yağışyağdırıcı aqreqatları ilə suvarmada müvəqqəti kanallar üzrə byefin uzunluqlarının və bir gedişdə yaradılan yağışın qalınlığının təyini.

  2. Yağışyağdırıcı qurğunun növbəlik məhsuldarlığının təyini.

  3. Yağışyağdırıcı qurğunun gündəlik (sutkalıq) məhsuldarlığının təyini.

  4. Yağışyağdırıcı qurğunun mövsümlük məhsuldarlığının təyini.


Orta suallar

  1. Yeraltı üsulla suvarma, onun mahiyyəti, tərkib hissəsinin elementləri, konstruksiyaları və əsas hesabi göstəricilərinin təyini.

  2. Damcılarla suvarma üsulu, onun mahiyyəti, tətbiq sahələri, damğılarla suvarma sisteminin sxemi və tərkib hissələri.

  3. İrriqasiya sistemləri haqqında ümumi məlumat və tətbiq olunma şəraiti.

  4. Mənbədən (çaylardan) suyun irriqasiya sistemlərinə qəbul edilməsi sxemləri, onların tətbiq olunma şəraiti və kanalların planda yerləşdirilməsi prinsipləri.


Çətin suallar

  1. İrriqasiya şəbəkələrinin tərkib hissələri, tənzimləyici şəbəkənin planda yerləşdirilməsi sxemləri.

  2. .İrriqasiya sistemlərinin konstruksiyaları haqqında məlumat.

  3. Açıq konstruksiyalı irriqasiya sistemlərinin növləri, planda yerləşdirilməsi şərtləri və onların mahiyyətləri.

  4. İrriqasiya sistemləri üzrə kanalların hesabi sərflərinin təyini üsulları.

  5. Torpaq məcralı, beton və ya dəmir – beton üzlüklü kanalların hidravliki hesabatları, uzunluq və en kəsik profillərinin tərtibi prinsipləri.

V BÖLMƏ

Asan suallar

  1. Nov kanalların hidravliki hesabatları, uzunluq və en kəsik profillərinin tərtibi prinsipləri.

  2. Qapalı irriqasiya sistemləri, onların üstün cəhətləri, növləri və tərkib hissələri.

  3. Qapalı irriqasiya sistemlərinin planda yerləşdirilməsi sxemləri və tikintisində istifadə olunan materiallar.

  4. Basqılı qapalı sistemlərin hidravlik hesabı və uzunluq profilləri.


Orta suallar

  1. Kanallardan olan su itkiləri və onların növləri (sızma, buxarlanma, texniki)

  2. Sızma itkilərinin növləri-qərarlaşmış və qərarlaşmamış rejimli qeyri-sərbəst sızma, onların mahiyyəti.

  3. Sızma itkilərinin, kanalların və sistemin faydalı iş əmsallarının təyini.

  4. Kanallardan olan su itkilərinə qarşı mübarizə tədbirləri (texniki, istismar) və onların mahiyyəti.


Çətin suallar

  1. İrriqasiya sistemlərinə suyun mexaniki üsulla verilməsi sxemləri, onların tətbiq olunma şəraiti.

  2. Suvarma suyunun İrriqasiya sistemlərinə verilməsi sxemləri üzrə nasos stansiyalarının ümumi gücünün təyini.

  3. Suvarma üçün əsas su mənbələri və suvarma suyunun keyfiyyəti.

  4. Su mənbələrinin suvarma qabiliyyətinin təyini.

  5. İrriqasiya sistemləri üzərindəki hidrotexniki qurğular və onların mahiyyətinə görə qruplaşdırılması (nizamlayıcı, sukeçirən, səviyyə əlaqələndirən qurğular).

Hidrotexniki meliorasiya və hidrologiya”

kafedrasının müdiri, dos. Qəhrəmanlı Y.V.
Yüklə 29,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin