Savadlılıq.CV düzgün, ardıcıl vahid bir üslubda yazılmalıdır.
Estetika. CV heç vaxt əl ilə yazılmır. CV-nin hazırlanması texnikası və çap olunduğu kağız nə qədər yaxşıdırsa, işəgötürənin sizə diqqət yetirməsi şansları bir o qədər çoxdur.
Ərizə. Ərizə- bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (rəsmi orqanlara) göndərilməsini təmin edən yazıdır. Ərizənin iki mənası vardır. “Müraciət etmək”, “ərz” mənasında işlənir. Müəyyən formaya malik olub, rəsmi şəkildə yazılmış müraciətdir. Məzmununa görə ərizənin iki növünə təsadüf olunur:
Şikayət xarakterli ərizələr;
Xahiş etmək məqsədi ilə yazılan ərizələr.
Ərizəyə verilən tələblər aşağıdakılardır:
Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır;
Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır;
Ərizəni ərizəçi öz xətti ilə yazılmalıdır;
Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır;
Ərizəçinin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.
Ərizə rəhbərlik tərəfindən baxıldıqdan sonra onun üzərinə dərkənar qoyulur və ərizədə danışılan məsələ barədə icra ilə bağlı müvafiq şöbəyə tapşırıqlar verilir.
Şəxsi sənədlərin növləri və tərtibi qaydalarına aid nümunələr və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər. Tapşırıq: Suallara cavab verin.
Şəxsi sənəd növlərin hansılardır?
Tərcümeyi-halın hansı məcburi elementləri vardır?
CV hazırlayarkən hansı məlumatlara diqqət yetirmək lazımdır?
CV yazarkən ən çox edilən səhvlər hansılardır?
CV rezümedən nə ilə fərqlənir?
Xülasəni yazarkən hansı xüsusiyyətlər nəzərə alınmalıdır?
Ərizəyə verilən tələbləri və ərizənin quruluşunu izah edin.