ZİRƏ
Zirə çətirçiçəklilər fəsiləsinə mənsub olan birillik və ya ikiillik ot bitkisinin ikitoxumlu meyvəsidir. 30 növündən Azərbaycanda 3 növünə təsadüf edilir.
Meyvəsinin tərkibində 3-7% efir yağı, 22% piyli yağ və 25%-ə qədər zülal maddəsi vardır. Efir yağının tərkibinin 50-60%-ni karvon adlanan ətirli maddə təşkil edir.
Meyvənin rəngi boz-sarımtıl, dadı kəskin yandırıcı acı ədviyyəlidir. Nəmliyi 12%, zibil qatışığı 2%, zədələnmiş və yetişməmiş meyvələri 12%-dən çox olmamalıdır.
Zirədən çörəkçilikdə, qənnadı sənayesində, pendir və spirtsiz içkilər istehsalında, kələmin turşudulmasında, likör-araq sənayesində istifadə olunur. Zirədən alınan efir yağı likör-araq, ətriyyat və tütünçülük sənayesində, həmçinin, təbabətdə işlədilir. Efir yağının antibakterial xassələri vardır.
Elmi təbabətdə zirə meyvələrindən bir sıra mürəkkəb dərmanların tərkibində ətirli maddə kimi və eyni zamanda, mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran vasitə, eləcə də zəif köpmə zamanı geniş istifadə edilir.
T Ə R Ə V Ə Z L Ə R
Tərəvəzlərdən çuğundur, xiyar, pomidor və yerkökü əsasən ayranlı-tərəvəzli içkilərin hazırlanmasında istifadə olunur (10,11).
Dostları ilə paylaş: |